Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

 

 

 

 


“Konstruksiyanın texnolojiliyə işlənməsinin əsas texniki istiqamətləri 

və onun mərhələlərlə işlənməsi” 

 

 



Detalların və yığma vahidlərinin konstruksiyasının texnolojiliyə işlənməsi 

zamanı aşağıdakı texniki istiqamətlərə diqqət yetirilməsi tövsiyyə edilir: 

1.  Tökmə  üsulu  ilə  pəstahların  alınması.  Tökmə  üsulu  ilə  pəstahların 

alınmasında  əsas  diqqət  tökmə  prosesinin  metodunun  düzgün  müəyyən 

edilməsidir.  Bu  halda  müəssisədə  ən  çox  tökmə  prosesində  istifadə  edilən 

çuqun,  polad  və  başqa  ərintilərdir.  Bu  üsulla  alınan  pəstahlarının  divarlarının 

qalınlığının eyniliyini təmin etmək, tökmə zamanı alınan əyrilik radiuslarının, 

qabırğalarının  tələb  edilən  dəqiqliklə  alınmasına  nail  olmaqdır.  Tökmə 

prosesindən sonra alınan pəstahlarda mexaniki emal aparılmırsa, cizgidə onun 

kələkötürlüyünə verilən hədd qiymətləri tökmə prosesində alınmalıdır. 

2.  Ştamplama üsulu ilə alınan pəstahlarda ştamplama mayillikləri onların 

ştampdan  düzgün  çıxarılması,  materialın  axıcılıq  qabiliyyəti  öyrənilməklə 

ştamplama pəstahlarının düzgün hazırlanmasına nail olmaq lazımdır. Bu halda 

materialların  düzgün  seçilməsi  ştamplama  əməliyyatından  əvvəl  onların 

qızdırılması,  temperatur  rejiminin  düzgün  seçilməsi,  külli  və  iri  seriyalı 

istehsalda  müxtəlif  profilli  yayma  materiallarından  istifadə  edilməsi  məqsədə 

uyğun hesab edilir. 

3.  Kəsmə  üsulu  ilə  emal  vasitəsilə  detalların  hazırlanmasında  ilk  əvvəl 



kəsmə  rejim  elementlərinin  düzgün  seçilməsinə  nail  olunmalı,  yuvaların  və 

səthlərin  emalında  kəsici  alətin  emal  prosesi  zamanı  çıxış  uzunluğu  detalın 

cizgisində göstərilməlidir. Yuvaların emalında çalışmaq lazımdır ki, detalların 

konstruksiyasında çox uzun yuvaların olmasına yol verilməsin. Emal dəqiqliyi 

və  səthlərin  təmizliyinə  nail  olmaq  üçün  detalların  konstruksiyasında  onların 

dəzgahda düzgün yerləşdirilməsi üçün baza səthləri nəzərə alınmalıdır. 




4.  Qaynaq üsulu ilə hazırlanan maşın və yığma vahidlərində materialların 

konstruksiyasının  düzgün  seçilməsinə  diqqət  yetirmək  lazımdır.  Bu  üsulla 

alınan pəstahlar bir neçə detalların qaynaq üsulu ilə birləşməsindən əmələ gəlir. 

əsas  vacib  cəhətlərdən  biri  qaynaq  materiallarından  asılı  olaraq  elektrodların 

düzgün seçilməsi və düzgün qaynaq üsullarının müəyyən edilməsidir. Qaynaq 

üsulunun tətbiqində ən əsas istehsal üsulunun proqramı nəzərə alaraq, qaynağın 

yarımavtomat, avtomat, kontakt üsulu ilə qaynağın aparılmasına səy göstərmək 

lazımdır. 

5.  Termiki  emal  edilən  detallar.  Termiki  emalın  aparılmasında  əsas 

məqsəd  detalın  bərkliyinin,  üst  qatının  möhkəmləndirilməsinin  və  mexaniki 

xassələrinin  yaxşılaşdırılmasıdır.  Bu  məqsədlə  termiki  emal  rejimi  düzgün 

seçilməlidir.  Bu  işin  yerinə  yetirilməsində  də  iqtisadi  effektliyin  nəzərə 

alınması  vacib  məsələlərdən  biridir.  Adətən  detalların  üst  səthinin 

möhkəmləndirilməsi üçün termiki peçlərdə onların müəyyən temperatura qədər 

qızdırılması  və  termiki  emal  rejiminə  uyğun  uyğun  soyudulması  ilə  detalın 

səthinin  möhkəmləndirilməsi  aparılır.  Odur  ki,  termiki  emal  prosesinin 

seçilməsində  daha  məhsuldar,  yüksək  tezlikli  cərəyanla  termiki  emal  üsuluna 

üstünlük vermək lazımdır. 

6.  Yığma  prosesinin  yerinə  yetirilməsi  üçün  çalışmaq  lazımdır  ki, 

məmulun konstruksiyası qrup, altqrup, düyüm, altdüyümlərdən ibarət olsun ki, 

yığma prosesinin daha effektli yerinə uetirilməsi təmin edilsin. 

Konstruksiyanın  elementlər  üzrə  texnolojiliyə  işlənməsində  çalışmaq 

lazımdır  ki,  konstruksiya  sadə  formalı  səthlərdən  onun  üzərində  olan 

birləşmələr  standarta  uyğun  olmalı  və  səthlərin  dəqiqlik  və  kələkötürlüyünə 

verilən tələblər norma sənədlərinə uyğun olmalıdır. 

 



Maşınqayırmada  məmulun  konstruksiyasının  texnolojiliyə  qiymət-

ləndirilməsində  aşağıdakılar  nəzərə  alınmalıdır:  cizgini  yoxlayan  texnoloq 




nəyinki  müasir  texnologiyanı  yaxşı  bilməli,  həmçinin  konstruksiyanı 

perspektiv 

nöqteyi-nəzərincə 

qiymətləndirə 

bilməlidir. 

Odur 


ki, 

konstruksiyanın  işlənməsi  texnoloqla  konstruktorun  birgə  işləməsi  əldə 

edilməlidir.  Bu  göstərilən  qayda  ГОСТ  14.201-83  ilə  müəyyən  edilmişdir  və 

konstruksiyanın  işlənməsində  bu  standartda  göstərilən  müddəalar  nəzərə 

alınmalıdır. 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin