təşkilatların metodiki rəhbərliyi ilə müəssisənin metroloji xidmət bölmələri
həyata keçirir. Metroloji nəzarətin aparilmasında əsas məqsəd aşağıdakılardır:
detalların, yığma vahidlərin və aqreqatların qarşılıqlı əvəzetmə prinsipi ilə
hazırlanması, istehsalın korparasiya və ixtisaslaşmasına dair lazımi şəraitin
olması, nəzarətin artırılması və zay məhsulun azaldılması ilə istehsalın
effektliyinin artırılması, ölçmə metodu sənədlərinin iqtisadi cəhətdən əlverişli
və düzgün işlənməsinə nəzarət edilməsidir. Metroloji nəzarətin aparılmasında
düzgünlüyünün qiymətləndirilməsi texnoloji prosesə unifikasiya edilmiş,
avtomatlaşdırılmış nəzarət ölçmə vasitələrinin tətbiqi və s.
Texniki sənədlərdə göstərilən tələblərə riayət edilməsi texniki sənədləri
işləyən və onu yerinə yetirən qurumlar tərəfindən həyata keçirilməlidir.
Metroloji nəzarəti aparan bölmələr yuxarıda göstərilən məsələlərin həllinə dair
nəzarət ilə bərabər onlar aşağıdakı işləri də yerinə yetirməlidirlər:
1) İstehsalatda metroloji təminatın yerinə yetirilməsinə dair normativ
texniki sənədlərin hazırlanması və onların istehsala tətbiqi, ölçmə dəqiqliyi
normalarının müəyyən edilməsi. İstehsalat üçün seçilən ölçmə vasitələri və
nəzarət quruluşlarının istehsalata tətbiqi üzrə hazırlıq işlərinin aparılması.
2) Metroloji nəzarəti aparan bölmələr standartlaşdırma metrologiya və
patent xidməti komitəsinin sorğu informasiya fondu ilə birlikdə əlaqəli iş
aparmalı və fondun genişləndirilməsində iştirak etməlidirlər. Baza təşkilatlar
müəyyən müddət ərzində görülən işlər barədə bu fonda məlumat verməlidirlər.
Dostları ilə paylaş: