ekspertizadan keçməlidir. Məhsulun hazırlanması, istismarı, ölçmə prosesinin
düzgünlüyü metroloji ekspertizanın keçirilməsindən çox asılı olur. Metroloji
ölçüləri quraşdırma (montaj) cizgiləri, izahat hissəsi, texniki şərtlər, istehsal
2.
Texnoloji sənədlər. Bura marşrut və əməliyyat xəritələri, eskizlər
xəritəsi, texnoloji təlimatlar, texnoloji prosesin tip detalları üçün texnolji
xəritəsi və s.
3. Metroloji nəzarətdə ölçmə vasitələrinin işlənməsinə texniki tapşırıq,
aparılan bütün növ sınaqların protokolları, normativ texniki sənədlərin
layihələri və s. daxildir.
Metroloji nəzarətdə qəbul edilən və metroloji nəzarətdən keçən sənədlərin
qeydi protokolda göstərilənlərə müqabil xüsusi jurnallarda aparılır. Metroloji
nəzarətin aparılmasında əsas texniki sənəd kimi dövlət standartları və normativ
texniki sənədlərdən istifadə edilir. Bu halda da nəzarətdə istifadə edilən ölçü və
nəzarət quruluşları attestasiyadan keçmiş vəsaitlər olmalıdırlar.
Texniki sənədin növündən asılı olmayaraq, metroloji nəzarət aşağıdakı
ardıcıllıqla aparılmalıdır:
1. Sənədlərin komplektliyi və orada imzaların olması, nəzarətə uğradılan
məmulun məzmunu və hansınəzarətin aparılması müəyyən edilir.
2. İstifadə edilən ölçmə vasitələrindən istehsal prosesində istifadə etdikdə,
bu ölçmə vasitəsinin hansı standarta uyğun hazırlanması müəyyən edilməlidir.
Müxtəlif ölçmə vasitələrindən istehsalatda istifadə edildiyi halda bunlardan
elələri layihədə göstərilməlidir ki, onların qiyməti ucuz, ölçmə məhsuldarlığı
yüksək və ən əsas layihədə göstərilən tələblərə cavab verməlidir
Qeyri-standart hazırlanan ölçmə vasitələrinin standart ölçmə vasitələri ilə
əvəz edilməsinə nail olmaq lazımdır.
Dostları ilə paylaş: