2. Nəzarətə təqdim edilən məhsulun analoqunun xarakteristikaları və bu
sahədə istifadə edilən ölçmə vasitələri, nəzarət və sınaq vasitələrinin siyahısı
daxil edilməlidir.
3. Texniki tapşırığın tam və texniki tələblərə uyğunluğunun işlənməsi və
onların tam standartlarla işləməsi yoxlanılır.
4. Məhsulun işlənməsi, istehsalı, istismarı və sınağın aparılmasına dair
istehsalatın metroloji təminatı qiymətləndirməlidir.
Texniki tapşırığa metroloji təminatın nəzarətinin aparılması zamanı texniki
tapşırığa aşağıdakı tipik məsələlərin həlli daxil edilməlidir:
1. İstehsal, sınaq və istismarda aparılan ölçü parametrlərinin
nomenklaturasının əsaslandırılması.
2. Məhsulun
hazırlanmasında və istismarında texniki nəzarətin
aparılması, isifadə edilən avtomatik nəzarət sisteminin analizi və onun
seçilməsi.
3. Xüsusi halda lazım gələrsə yeni ölçü vahidlərinin işlənib hazırlanması.
4. Məmulun nəzarətə yararlı olma məsələsində ölçü vahidlərinin rahat
yaxınlaşması nəzarət nöqtələrinin sayı və çıxış siqnallarının xarici mühitin
təsirindən qorunması məsələləri həll edilməlidir.
5. Texniki tapşırıqda metroloji termin fiziki kəmiyyət və onların
vahidlərinin düzgün ifadə edilməsi.
Bundan əlavə layihələndirilən məhsula onun istismarına dair tələblərin
olması, metroloji təminat üzrə və sınağın keçirilməsinə dair sənədlər
işlənməlidir. Texniki tapşırığa dair onun tərtib edilməsi və mərhələlərlə
işlənməsi ГОСТ 15.001-73-ə əsasən həyata keçirilir.
Dostları ilə paylaş: