“Məmulun konstruktor layihə sənədlərinə metroloji nəzarət.”
Məmulun işlənməsi və istehsalında metroloji təminatına dair aparılan tipik
işlərə texniki təklif aid edilir. Texniki təklifin tərtibində aşağıdakı məsələlər
öyrənilir:
1. Məmulun
əsas
və
onun
elementlərinin
parametrlərinin
nomenklaturasının müəyyən edilməsi, ölçmə dəqiqliyi, və ölçmə vasitəsi ilə və
ölçmə metodunun müəyyən edilməsi;
2. Metroloji təminat üzrə aparılan işlərin siyahısının müəyyən edilməsi və
məhsula daxil olan texniki sənədlərinin metroloji nəzarəti.
Texniki təklif texniki sənədlərində izahat hissə, layihənin məzmunu,
sxemlər, cizgilər və sair göstərilir. Texniki təklifdə texniki tapşırığa dair irad və
təkliflər texniki tapşırığın məzmunu və layihəyə dair variantların müqaisə
edilməsi və bu variantlardan ən optimalının seçilməsi də qeyd olunur. Bundan
əlavə texniki təklifdə dəqiqlik normalarının əsaslandırılması, məhsul
istehsalına dair konkret yeni təkliflərin verilməsi nəzərdə tutlur.
Eskiz layihə mərhələsində məmulun metroloji təminatına dair aşağıdakı
tipik məsələləri həll etmək lazımdır:
1. Məmulun iş prosesində hazılanması və ölçülməsi lazım gələn əsas
parametrlərinin və onun hassələrinin siyahısının müəyyən edilməsi. Hər bir
parametrinin ölçüsünün hazırlanması zamanı konkret ölçmə vasitəsi və
metodunun seçilməsi
2. Məmulun hazırlanması sınağına dair elmi-tətqiqat və təcrübə işlərinin
aparılması vəmetroloji təminatın təmin edilməsi. Qeyri standart ölçmə
vasitələrinə texniki təkliflərin işlənməsi məhsulun hazırlanması və sınağı
zamanı yeni avadanlıq və ölçmə vasitələrində hazırlaması və bu sahədə
sifarişləain verilməsi.