Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Məmulatların metroloji ekspertizası. Əsas müddəalar.”



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

“Məmulatların metroloji ekspertizası. Əsas müddəalar.” 

 

Ekspertiza  elm  texnika  və  sairə  sahələrdə,  xüsusilə  bilik  tələb  edən 



hərhansı  bir  məsələnin  ekspert  tərəfindən  tətbiq  edilməsidir.  Ekspertizanın 

nəticəsi  rəy  şəklində  bildirilir.  Ekspertiza  ixtisaslaşmanın  dərinləşməsi, 

biliklərin differnsiyası, optimal qərarların qəbul edilməsi, ölkə iqtisadiyyatının 

və  elmin  müxtəlif  sahələrinin  inkişaf  etdirilməsi  ilə  bağlıdır.  Ekspert  xüsusi 

bilik təlb edilən məsələləri həll etmək üçün dəvət olunan xüsusi elm-texnika və 

sair  sahələrin  mütəxəssisləridir.  Metroloji  ekspertiza  ilk  növbədə  ölçmənin 

vahidliyi  və  dəqiqliyi  ilə  bərabər  olan  tələblərdən  düzgün  istifadə  edilməsini 

ekspert  metroloqlar  tərəfindən  analiz  edilib  qiymətləndirilməsidir.  Məqsəd 

məhsul  və  xidmələrin  bütün  həyat  tsiklində  nəzarət  ölçmə  vasitələrindən 

effektli  istifadə  etməni  təmin  etməkdi.  Metroloji  ekpertizada  əsas  aşağıdakı 

məsələlər həll edilir: 

1.  Məhsulun  və  proseslərin  ölçülən  və  nəzarət  edilən  parametrlərinin 

optimal  sayı  və  ölçmə  diapozonunda  dəqiqliyə  verilən  tələblərin  təmin 

edilməsi. 

2.  Ölçmənin  dəqiqlik  göstəricilərinin  nəzarət  və  sınağın  doğruluğu  -

texnoloji prosesləri rejimlərinin optimallığı tələblərinin yoxlanılması. 

3.  Nəzarətə  yararlı məhsulların  nəzarət  avadanlığına  və  ölçmənin  yerinə 

yetirilməsi metodikasına verilən tələblərin uyğunluğunun yoxlanılması. 

4.  İstehsalda  və  istismarda  oln  ölçmə  vasitələrinin  verilən  dəqiqlik  və 

məhsuldarlıq  tələblərinə  uyğun  olması  və  maya  dəyərinin  təmin  edilməsinin 

qiymətləndirilməsi. 

Metroloji  ekspertizaya  uğradılan  məhsulların  nomenklaturasını  onu 

istehsal  edən  və  ya  istifadə  edən  təşkilatlar  müəyyən  deir.Metroloji 

ekspertizanın  nəticələri  ekspert  qərarında  göstərilir.Ekspertiza  bir  neçə 




mərhələlərdə  aparılır.İlk  əvvəl  ekspertizaya  uğradılan  məhsulun  sənədləri  və 

onun  təyinatı  üzrə  istifadəsi,  onun  iş  prinsipi  öyrənildikdən  sonra  məhsulun 

işlənməsində 

istifadə 

edilən 

terminlərin 

standartlara 

uyğunluğu 

yoxlanılır.Bütün  sənədlərin  tərtib  edilməsinin  yoxlanılmasından  sonra  ekspert 

aşağıdakı məzmunda rəy hazırlayır: 



1.  Məhsulun   işlənməsi, istehsalı və yığma prosesində metroloji təminatın 

qiymətləndirilməsi. 

2.  Məhsulun 

istehsalına 

dair 

ümumi 

metroloji 

təyinatın 

qiymətləndirilməsi. 

3.  Ayrı-ayrı termin və fikirlər barədə anlayışların irəli sürülməsi. 

4.  Hesbat  hissəsi  və  onun  məzmunu  və  tərtibi  haqqında  rəyin  irəli 

sürülməsi. 

Müəssisələrdə  ölçmələrin  səviyyəsinin  qiymətləndirilməsi  müəssisənin 

metroloji xidmət orqanlarının fəaliyyətini əks etdirir və metroloji ekspertizada 

aşağıdakılar göstərilir: 



1.  Müəssisədə  metroloji  ekspertizaya  dair  əsasnamənin  olması  və 

müəssisənin metroloji kadrlarla təşkil edilməsi. 

2.  Ölçmə vasitələrinin və ölçmə texnikasına dair onların hazırlanması və 

təmininə dair lisenziyaların olması və ümumilikdə ölçmə vasitələrinə metroloji 

nəzarətin vəziyyəti. 

3.  Müəssisə  metroloji  xidmətinin  müəssisənin  digər  şöbə  və  bölmələri  ilə 

və  həmçinin  dövlət  metroloji  xidmət  orqanları  ilə  qarşılıqlı  fəaliyyətinin 

vəziyyəti. 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin