komitəsinin nəzdində fəaliyyət göstərən texniki komitənin işçiləri tərəfindən
bağlanan müqaviləyə əsasən yerinə yetirilir. Sahə standartları, sahədə istehsal
edilən məhsullara, xidmət sahələrinə, təhlükəsizlik üzrə təşkilat-metodiki
işlərin yerinə yetirilməsinə dair hazırlanır. Sahənin hər hansı bir məhsulu
beynəlxalq standartlara uyğun işlənməsi lazım gəlirsə, bu halda hazırlanan
məhsula daha ciddi tələblər verilir. Sahə standartları, ARSMPDK-nın müvafiq
qərar və qaydalarına əsasən işlənməli və standarta verilən tələb və şərtlərə bila-
vasitə sifariş verən idarəetmə orqanları məsuliyyət daşıyır. Respublika
ərazisində işlənib hazırlanan sahə standartları, bu nazirliyin tabeliyində olan
bütün müəssisələr üçün bu standartların yerinə yetirilməsi məcburi hesab edilir.
Başqa sahə üzrə isə bu standartın tətbuq edilməsi könüllülük prinsipi daşıyır.
Təşkilati-metodiki cəhətdən sahə standartlarının işlənib hazırlanması 5
mərhələdə aparılır:
1. Sahə standartlarının texniki tapşırığının işlənib hazırlanması və onun
təsdiq edilməsi;
2. Standartların birinci redaksiyasının işlənməsi və onların aidiyyatı üzrə
rəylər alınması üçün təşkilatlara göndərilməsi;
3. Standartın son redaksiyasının və onun reallaşdırılması üçün maraqlı
təşkilatlara təqdim edilməsi;
4. Standarın təsdiqi və qeydiyyatdan keçirilməsi;
5. Standartın nəşri, onun tərtibi, məzmunu və rəsmiləşdirilməsi (AZS 1.5-
96-ya əsasən aparılır).
Sahə standartlarının işlənib hazırlanması ölkə tələbatı və iqtisadi cəhətdən
əsaslandırılmalıdır. Bu halda sifarişlərin hazırlanması, məhsul barədə illik plan
tədbirlərinin tərtibi, standartlara dair müqavilələrin bağlanması dövlət
idarəetmə orqanının müəyyən etdiyi norma və qaydalara uyğun aparılır.
Sahə standartlarının layihəsinin izahedici məktub vasitəsilə rəylərinin
cavablarından sonra onların təsdiqə verilməsi və onların məzmunu AZS 1.2-96-
ya əsasən tərtib edilir.
Sahə standartlarının təsdiqindən əvvəl onu təsdiq edən orqan standartın
dövlət standartları qaydalarına uyğun olması, onların metroloji ekspertizadan
keçirilməsi təmin edilir.
Müəyyən hallarda sahə üzrə məhsulların beynəlxalq əlaqələrini və
ticarətdə iştirakını nəzərə alaraq standartların işlənməsi lazım gəlir. Bu halda
məhsula verilən tələblər daha yüksək olmalıdır ki, məhsul xarici rəqabətə
davam gətirə bilsin. Sahə standartlarının işarəsi SS AZ kimi göstərilir və burada
sahə idarəetmə orqanının rəqəmli şərti işarəsi olur. Bu sahə standartı,
ARSMPDK tərəfindən razılaşdırıldıqdan sonra ona qeydiyyat nömrəsi və
standartın işlənmə müddəti ilinin axırıncı 2 rəqəmi əlavə edilir. Standartların
nəşri,onların ləğvi, yenidən baxılması, təsdiqi AZS 1.2-96-ya əsasən aparılır.
Dostları ilə paylaş: