Standartlaşdırma və sertifikasiya fənninin testləri(500)
Tərtib etdi: Keyfiyyət mühəndisliyi kafedrasının baş müəllimi
Qədimov İlham Oqtay oğlu
1.“Standard” sözü hansı dildən götürülmüşdür?
A) İngilis B) Türk C) Ərəb D) Alman E) Rus
2.«Standard» sözünün mənası nədir?
A) Etalon B) Bərabərlik C) Birincilik D) Müxtəliflik E) Eynilik
3.İki və çox dövlətlərin qarşılıqlı razılıq əsasında qəbul etdikləri və istifadə etdikləri standart hansı standartlardır?
A) Dövlətlərarası B) Regional C) Hövzə D) Beynəlxalq E) Milli
4.1996-cı ildən sonra standartların neçə kateqoriyası qəbul edilmişdir?
A) 6 B) 3 C) 4 D) 2 E) 8
5.Standartlaşdırmanın hansı üsulunda məmulatların tiplərinin, növlərinin, ölçülərinin
sayının rasional ixtisarı xarakterizə olunur?
A) Unifikasiya B) Tipləşdirmə C) Sistemləşdirmə D) Simplifikasiya
E) Aqreqatlaşdırma
6.Standartlaşdırmanın bu üsulunun məqsədi məmulatların tiplərinin və ya digər növ
müxtəlifliyinin sayını hazırkı vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan
miqdara qədər azaltmaqdır. Bu hansı üsuldur?
A) Simplifikasiya B) Unifikasiya C) Sistemləşdirmə D) Tipləşdirmə
E) Aqreqatlaşdırma
7.Bu üsulun əsas prinsipi standart mexanizmlərdən istifadə edərək maşın, avadanlıq,
cihaz və digər məmulatların yaradılmasıdır. Bu hansı üsuldur?
A) Aqreqatlaşdırma B) Tipləşdirmə C) Sistemləşdirmə D) Simplifikasiya
E) Unifikasiya
8.Standartların neçə növü mövcuddur?
A) 4 B) 6 C) 7 D) 10 E) 12
9.Sahə standartları necə işarə olunur?
A) SSAZ B) MS C) TŞAZ D) ETMCS E) ГОСТ
10.Azərbaycan Respublikasının dövlət standartları necə işarə olunur?
A) AZS B) TŞAZ C) SSAZ D) ГОСТ E) ETMCS
11.Azərbaycan Respublikasının dövlət standartları hansı sənədə əsasən işlənib
hazırlanır və təsdiq edilir?
A) AZS 1.2-96 B) AZS 1.5-96 C) ГОСТ 1.0-81 D) AZS 1.3-96
E) AZS 1.6-96
12.Aşağıdakılardan hansı texniki şərtin indeksidir?
A) TŞAZ B) AZS C) ГОСТ D) TŞ E) MS
13.«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiq
edilmişdir?
A) 8 oktyabr 1996-cı ildə B) 22 oktyabr 1996-cı ildə C) 14 oktyabr 1996-cı ildə
D) 7 oktyabr 1993-cü ildə E) 16 dekabr 1993-cü ildə
14.Standartların işləməsi üçün nə yaradılmalıdır?
A) Texniki Komitə B) Standartlaşdırma komitəsi C) Lobaratoriya
D) Texniki Şura E) Elmi tədqiqat institutu
15.Standartların kateqoriyaları hansı göstəricisinə görə bölünürlər?
A) Təsir dairəsinə görə B) Həcminə görə C) İşlənib hazırlanma müddətinə görə
D) Əlifba sırası ilə düzülüşünə görə E) Saylarına görə
16.Konkret məhsula, o cümlədən onun müxtəlif markalarına tələbləri təyin edən
standartlar hansı növə aiddir?
A) Məhsul (xidmət) üçün standartlar B) Kompleks standartlar C) Məhsul və marka
standartları D) Proseslər üçün standartlar E) Əsasverici standartlara
17.Standartların işlənib hazırlanmasının 4-cü mərhələsi neçə adlanır?
A) Standart layihəsinin baxılması, təsdiqi və qeydiyyatı B) Standart layihəsinin
hazırlanması C) Standartın işlənməsinin təşkili D) Standartın nəşr edilməsi
E) Standart layihəsinin rəyə göndərilməsi
18.Standartların işlənib hazırlanmasının 2-ci mərhələsi necə adlanır?
A) Standart layihəsinin hazırlanması və onun rəyə göndərilməsi
B) Texniki tapşırığın işlənməsi C) Texniki tapşırığın təstiq edilməsi
D) Standart layihəsinin təsdiq edilməsi E) Standartın nəşr edilməsi
19.Standartın işlənib hazırlanmasının 5-ci mərhələsi necə adlanır?
A) Standartın nəşr edilməsi, onun geniş yayılması
B) Standart layihəsinin təsdiq edilməsi C) Standart layihəsinin rəyə göndərilməsi
D) Standart layihəsinin qeydiyyatı E) Standart layihəsinin razılaşdırılması
20.Standartların işlənib hazırlanmasının 7-ci mərhələsi necə adlanır?
A) Yoxdur B) Layihənin rəyə göndərilməsi C) Standart layihəsinin nəşr edilməsi
D) Standartın yayılması E) Standartlayihəsinin tərtib edilməsi
21.Standartların işlənib hazırlanmasının 3-cü mərhələsi necə adlanır?
A) Rəylərin təhlili, layihəsinin son redaksiyanın işlənib hazırlanması
B) Layihənin rəyə göndərilməsi C) Standart layihəsinin hazırlanması
D) Standart layihəsinin baxılması E) Standartın nəşr edilməsi
22.Məhsul üçün yaradılmış standartların təsir müddəti bitdikdən sonra nə baş verir?
A) Onlara yenidən baxılır B) Ləğv edilir C) Müddət artırılır
D) Standart yenişi ilə əvəz edilir E) Təsir müddəti 3 il də artırılır
23.Standart layihəsinin izahat vərəqi standartın işlənməsinin neçənci mərhələsində
tərtib olunur?
A) 2-ci B) 1-ci C) 3-cü D) 4-cü E) 6-cı
24.Standartların tətbiqinə, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa olan ümumi
tələbləri özündə əks etdirən standart hansıdır?
A) AZS 1.5 – 96 B) AZS 1.2 – 96 C) AZS 1.3 – 96 D) AZS 1.0 – 96
E) AZS 1.6 – 96
25.Standartlar işlənən zaman praktiki təcrübənin geniş öyrənilməsi ilə yanaşı, nəzəri,
eksperimental və təcrübi konstruktor işlərinin aparılması zəruridir. Bu deyilənlər
standartlaşdırmanın hansı prinsipinə aiddir?
A) Elmi-tədqiqat prinsipi B) Dinamiklik prinsipi C) Qarşılıqlı uzlaşma prinsipi
D) Kompleslilik prinsipi E) Sistemlilik prinsipi
26.Aşağıdakılardan hansı standartlaşdırmanın əsas prinsipinə aid deyil?
A) Normallaşdırma B) Komplekslilik C) Sistemlilik D) Elmi-tədqiqat
E) Dinamiklik
27.Aşağıdakı əmsallardan hansı standartlaşdırma və unifikasiya səviyyəsinin əsas
göstəricilərindən biri hesab olunur?
A) Qrup məmumatlarının unifikasiya əmsalı B) Kompleksləşdirmə əmsalı
C) Standartlaşdırma əmsalı D) Qablaşdırma əmsalı E) Tipləşdirmə əmslı
28.Standartlaşdırmanın iqtisadi səmərəliliyi hansı standartla təyin olunur?
A) ГОСТ 20779-81 B) AZS 1.2-96 C) AZS 1.3-96 D) AZS 1.4-96
E) ГОСТ 1.0-85
29.Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən məhsul vahidinə sərf
olunan gətirilmiş xərc necə hesablanır?
A) G = M + EnK B) G = (A1 + A2) M C) G = (A1 + A2) ∙ EnK
D) G = E1 – E2 E) G = E (A1 + A2)
30.Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən kapital qoyluşunun
normativ ödəmə müddəti necə hesablanır?
A) Töd = B) Töd = K1 – K2 C) Töd = M1 + M2 D) Töd = K ∙ M
E) Töd =
31.Sertifikat sözü hansı dildən götürülüb?
A) Latın B) Alman C) İngilis D) Rus E) Fransız
32.Sertifikat sözünün mənası nədir?
A) Düzgün edilmişdir B) Etalon C) Ən yaxşı D) Düzgün E) Nümunə
33.“Sertifikatlaşdırma” termini neçənci ildən başlayaraq işlədilir?
A) 1982 B) 1946 C) 1926 D) 1991 E) 1996
34.İSO-nun 1982-ci ilədək sertifikatlaşdırma məsələləri üzrə komitəsi necə adlanırdı?
A) SERTİKO B) STAKO C) SERTİFİKO D) REMKO E) PLAKO
35.AZS Milli sertifikatlaşdırma sistemi neçənci ildə yaranmışdır?
A) 1993 B) 1992 C) 1991 D) 1996 E) 2000
36.”AZS Milli sertifikatlaşdırma sistemi. Əsas müddəalar”.Bu, hansı sənəddir?
A) RS-001-93 B) RS-002-93 C) RS-003-93 D) RS-004-93 E) RS-005-95
37.”AZS Milli sertifikatlaşdırma sistemi.Oxşar məhsulun sertifikatlaşdırma sistemi”.
Bu, hansı sənəddir?
A) RS-003-93 B) RS-002-93 C) RS-001-93 D) RS-004-93 E) RS-005-93
38.”AZS Milli sertifikatlaşdırma sistemi.Dövlət Reyestrinin aparılma qaydaları.”
Bu, hansı sənəddir?
A) RS-005-93 B) RS-002-93 C) RS-003-93 D) RS-004-93 E) RS-001-93
39.”AZS Milli sertifikatlaşdırma sistemi.Sınaq laboratoriyalarına tələblər və onların
akkreditləşdirmə qaydaları”. Bu, hansı standartdır?
A) RS-004-94 B) RS-002-93 C) RS-003-93 D) RS-001-93 E) RS-005-95
40.”AZS Milli sertifikatlaşdırma sistemi.Sertifikatlaşdırma üzrə orqana tələblər və
onların akkreditləşdirilmə qaydaları”. Bu, hansı sənəddir?
A) RS-002-93 B) RS-001-93 C) RS-003-93 D) RS-004-93 E) RS-005-93
41.AZS Milli sertifikatlaşdırma sisteminin rəsmi dili hansıdır?
A) Azərbaycan B) Azərbaycan, ingilis C) Azərbaycan, türk
D) Azərbaycan, rus, ingilis E) Aərbaycan, türk, ingilis
42.AZS Milli sertifikatlaşdırma sisteminin təşkilati strukturuna aşağıdakılardan hansı
daxil deyil?
A) Sertifikatlaşdırma üzrə dövlətlərarası orqan B) Sertifikatlaşdırma üzrə Milli orqan
C) Oxşar məhsulun sertifikatlaşdırılması üzrə akkreditləşdirilmiş orqan
D) Akkreditləşdirilmiş sınaq laboratoriyaları E) Məhsulun istehlakçıları və tədarükçüləri
43.Sertifikatlaşdırmanın neçə növü var?
A) 2 B) 1 C) 3 D) 4 E) 5
44.Qanunvericiliklə tənzimlənən sertifikatlaşdırma necə adlanır?
A) Məcburi sertifikatlaşdırma B) Qanuni sertifikatlaşdırma
C) Tənzimlənən sertifikatlaşdırmaD) Könüllü sertifikatlaşdırma
E) Beynəlxalq sertifikatlaşdırma
45.Qanunvericiliklə tənzimlənməyən sertifikatlaşdırma necə adlanır?
A) Könüllü sertifikatlaşdırma B) Qanuni sertifikatlaşdırma
C) Məcburi sertifikatlaşdırma D) Tənzimlənməyən sertifikatlaşdırma
E) Beynəlxalq sertifikatlaşdırma
46.Məcburi sertifikatlaşdırılmalı məhsul və xidmətlərin namenklaturası kim tərəfindən
təsdiq edilir?
A) Nazirlər Kabineti tərəfindən B) Sertifikatlaşdırma komitəsi tərəfindən
C) Milli məclis tərəfindən D) Standartlaşdırma komitəsi tərəfindən
E) Prezident aparatı tərəfindən
47.Aşağıdakılardan hansı məcburi sertifikatlaşdırma obyekti deyil?
A) Bina və tikililər B) Tibbi texnika C) Yüngül sənaye malları
D) Baytar bioloji dərmanlar E) Maşınqayırma kompleksi malları
48.Aşağıdakı xidmətlərdən hansı məcburi sertifikatlaşdırma obyekti deyil?
A) Humanitar yardım B) Məişət xidmətləri C) Rabitə D) İctimai iaşə E) Ticarət
49.Məhsulun sertifikatlaşdırılmasının aparılma ardıcıllığı neçə bölmədən ibarətdir?
A) 7 B) 6 C) 5 D) 8 E) 9
50.Məhsulun sertifikatlaşdırılmasının aparılması qaydası haqda qərar neçənci ildə
qəbul olunmuşdur?
A) 1993 B) 1992 C) 1991 D) 1994 E) 1996
51.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının I bölməsi hansıdır?
A) Sertifikatlaşdırmaya sifarişin verilməsi B) Nümunələrin seçilməsi
C) İstehsalatın qiymətləndirilməsi D) Nümunələrin identifikatlaşdırılması
E) Nümunələrin sınağının aparılması
52.Standartlara dövlət nəzarəti zamanı aparılan yoxlamalar necə olur?
A) İlkin və təkrar B) Təkrar C) Kompleks D) İlkin E) İlkin, təkrar və kompleks
53.Hansı müəssisə və təşkilatlarda dövlət nəzarəti aparılmır?
A) Poçt və rabitə müəssisələrində B) Məhsul istehlak edən müəssisələrdə
C) Təmir müəssisələrində D) Nəqliyyat müəssisələrində
E) Məhsul istehsal edən müəssisələrdə
54.Azərbaycan Respublikasının «Standartlaşdırma haqqında» qanunu neçənci ildə
qüvvəyə minmişdir?
A) 1996 B) 1993 C) 1994 D) 1995 E) 1991
55.Keçmiş Sovet ittifaqında standartlaşdırma komitəsi neçənci ildə yaradılmışdır?
A) 1925 B) 1923 C) 1920 D) 1926 E) 1946
56.Standart nədir?
A) Normativ sənəd B) Ölçmə vasitəsi C) Nümunə D) Etalon
E) Nəzarət vasitəsi
57.Dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar hansı stan-
dartlardır?
A) Beynəlxalq B) Regional C) Hövzə D) Dövlətlərarası E) Milli
58.ГОСТ nədir?
A) Dövlətlərarası standart B) Beynəlxalq standart C) Milli standart
D) Rusiya standartı E) Regional standart
59.Standartlaşdırma neçə üsulla həyata keçirilir?
A) 5 B) 4 C) 3 D) 6 E) 7
60.Əşyanın hadisənin və anlayışın müəyyən ardıcıllıqla düzülməsi standartlaş-
dırmanın hansı üsuluna aiddir?
A) Sistemləşdirmə B) Tipləşdirmə C) Unifikasiya D) Simplifikatlaşdırma
E) Aqreqatlaşdırma
61.Bu üsul standartlaşdırmanın elə növ müxtəlifliyidir ki, burada ümumi konstruktiv
və ya texnoloji xarakteristikalara malik olan bir sıra məmulatlar, tərkib hissələri,
proseslər üçün konstruktiv və texnoloji həllər işlənib hazırlanır və təyin edilir. Bu
hansı üsuldur?
A) Tipləşdirmə B) Unifikasiya C) Sistemləşdirmə D) Simplifikatlaşdırma
E) Aqreqatlaşdırma
62.Standartların növlərinə aid olmayanı göstərin.
A) Kompleks standartlar B) Məhsul, xidmət üçün standartlar
C) Proseslər üçün standartlar D) Nəzarət metodları üçün standartlar
E) Əsasverici standartlar
63.Sahə standartı nədir?
A) Müvafiq nazirliyik tərəfindən təsdiq olunmuş standartlar
B) Müəssisədə tətbiq olunan standartlar C) Bütün sahələri əhatə edən standartlar
D) Milli standartlar E) Dövlətlərarası standartlar
64.Standartlarının işlənib hazırlanması neçə mərhələdən ibarətdir?
A) 5 B) 4 C) 3 D) 6 E) 7
65.Standartların işlənib hazırlanmasının I mərhələsi nə ilə yekunlaşır?
A) Texniki tapşırıq tərtib və təsdiq edilir D) Standart layihəsi hazırlanır
B) Standart layihəsi razılaşdırılır C) Standartın əsas bölmələri işlənib hazırlanır
E) Standart layihəsi təsdiq edilir
66.Standart layihəsi rəy üçün hansı təşkilata göndərilmir?
A) Beynəlxalq təşkilatlara B) Dövlət nəzarət orqanlarına
C) Standartın tətbiqini təşkil edən təşkilata D) Texniki komitə üzvlərinə
E) Sifarişçi təşkilata
67.Standartın işlənib hazırlanmasına orta hesabla neçə il tələb olunur?
A) 1,5 il B) 1 il C) 2,5 il D) 5 il E) 10 il
68.Məhsul üçün yaradılmış standartların təsir müddəti neçə ildən çox olmur?
A) 5 ildən B) 2 ildən C) 3 ildən D) 1ildən E) 10 ildən
69.Azərbaycan Respublikasının Dövlət standartları hansı dildə yazılmalıdır?
A) Azərbaycan B) Azərbaycan və rus C) Azərbaycan, rus, ingilis
D) Azərbaycan və ingilis E) Türk
70.Dövlət standartlarının adları hansı dildə yazılmalıdır?
A) Milli və ingili B) Milli C) Milli, rus, və ingilis D) Milli və rus
E) Milli, rus, ingilis və alman
71.Standartlarda dəyişiklik və onları ləğv etmək hüququ hansı təşkilata verilir?
A) Standartı təsdiq edən təşkilata B) Standartlaşdırma üzrə baş təşkilata
C) Standart layihəsini işləyən təşkilata D) Nazirlər kabinetinə
E) Beynəlxalq təşkilatlara
72.AZS 1.5-96 standartına əsasən aşağıdakılardan standartın strukturuna aid edil-
məyəni hansı bənddir?
A) İzahat vərəqi B) Müqəddimə C) Mündəricat D) Giriş E) Titul vərəqi
73.Standartlaşdırmanın neçə əsas prinsipi mövcuddur?
A) 9 B) 5 C) 7 D) 8 E) 4
74.Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün standartlaşdırma məhsulun bütün
mərhələlərini, yəni layihələndirilməsi, istehsalı və istismarı mərhələlərini əhatə
etməlidir. Bu standartlaşdırmanın hansı prinsipinə aiddir?
A) Komplekslilik B) Sistemlilik C) Dinamiklik D) Qarşılıqlı uzlaşma
E) Üstün tutulma
75.Xalq təsərrüfatının səmərəliliyini yüksəltmək üçün standartlaşdırma obyektlərinə
qoyulan tələblər dövri olaraq yenidən baxılmalıdır. Bu o məqsədlə edilir ki,
standartlaşdırma obyekti texniki tərəqqinin tələblərinə uyğunlaşdırılsın. Bu deyilənlər
standartlaşdırmanın hansı prinsipinə aiddir?
A) Dinamiklik B) Komplekslilik C) Üstün tutulma D) Qarşılıqlı uzlaşma
E) Elmi-tədqiqat
76.Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəriciləri neçə əmsalla
xarakterizə olunur?
A) 4 B) 3 C) 2 D) 5 E) 10
77.Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəricilərindən biri olub,
Kn=düsturu ilə təyin olunan əmsal necə adlanır?
A) Təkrarlanma əmsalı B) Tətbiqolunma əmsalı C) Qarşılıqlı unifikasiya əmsalı
D) Qrup məmulatlarının unifikasiya əmsalı E) Qarşılıqlı əvəzolunma əmsalı
78.Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəricilərindən biri olan
«tətbiqolunma» əmsalı neçə əmsalla xarakterizə olunur?
A) 3 B) 2 C) 4 D) 5 E) 6
79.Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən neçə metoddan istifadə
olunur?
A) 2 B) 3 C) 4 D) 5 E) 7
80.Normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına,
saxlanmasına, xidmətlərin göstərilməsinə görə hansı sanksiya tətbiq edilir?
A) Satılmış malların 25% - i qədər cərimə B) Satılmış malların 10% - i qədər cərimə
C) Satılmış malların 15% -i qədər cərimə D) Minimum əmək haqqının 20% qədər
cərimə E) Minimum əmək haqqının 5% qədər cərimə
81.Lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və
şəraiti barədə məlumat vərəqəsi olmadan satılan təhlükəli malların satılmasına görə
hansı sanksiya tətbiq olunur?
A) Satılmış malların 50% - i miqdarında cərimə
B) Minimum əmək haqqının 12% misli miqdarında cərimə
C) Satılmış malların 15% - i miqdarında cərimə
D) Minimum əmək haqqının 10% misli miqdarında cərimə
E) Satılmış malların 55% - i miqdarında cərimə
82.İnsanların həyatının, sağlamlığının, əmlakının və ətraf mühitin təhlükəsizliyinə
dair qüvvədə olan standartların tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malların
respublikamız ərazisində satılmasına görə hansı sanksiya tətbiq olunur?
A) Satılmış malların 50% - i miqdarında cərimə
B) Satılmış malların 25% - i miqdarında cərimə
C) Satılmış malların 100% - i miqdarında cərimə
D) Minimum əmək haqqının 10 misli miqdarında cərimə
E) Minimum əmək haqqının 30 misli miqdarında cərimə
83.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının I bölməsi hansıdır?
A) Sertifikatlaşdırmaya sifarişin verilməsi B) Nümunələrin seçilməsi
C) İstehsalatın qiymətləndirilməsi D) Nümunələrin identifikatlaşdırılması
E) Nümunələrin sınağının aparılması
84.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının sonuncu bölməsi necə
adlanır?
A) Korrektəetmə tədbirlərinin həyata keçirilməsi B) İstehsalatın qiymətləndirilməsi
C) Uyğunluq sertifikatının verilməsi D) Uyğunluq nişanının tətbiq edilməsi
E) Setifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti
85.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının 2-ci bölməsi necə
adlanır?
A) Nümunələrin seçilməsi, identifikatlaşdırılması və sınağı
B) İstehsalatın qiymətləndirilməsi C) Sertifikatlaşdırmaya sifarişin verilməsi
D) Uyğunluq sertifikatının verilməsi E) Uygunluq nişanının tətbiqi
86.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının 3-cü bölməsi necə
adlanır?
A) İstehsalatın qiymətləndirilməsi B) Nümunələrin seçilməsi, identifikatlaşdırılması
və sınağı C) Uyğunluq sertifikatının verilməsi D) Korrektəetmə tədbirlərinin həyata
keçirilməsi E) Sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti
87.RS-004-93 sənədinə əsasən Milli uyğunluq nişanının neçə forması qəbul edil-
mişdir?
A) 2 B) 1 C) 3 D) 4 E) 5
88.Milli uyğunluq nişanının “H” baza ölçüsü neçə mm.-dən az olmamalıdır?
A) 4mm-dən B) 3mm-dən C) 2mm-dən D) 5mm-dən E) 10mm-dən
89.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının 4-cü bölməsi necə
adlanır?
A) Uyğunluq sertifikatının verilməsi B) Nümunələrin seçilməsi, identifikatlaşdırılması
və sınağı C) Sertifikatlaşdırmaya sifarişin verilməsi D) İstehsalatın qiymətləndirilməsi
E) Uyğunluq nişanının tətbiqi
90.Məhsulun sertifikatlaşdırılmasının aparılması ardıcıllığının 5-ci bölməsi hansı-
dır?
-
Uyğunluq nişanının tətbiqi B) Nümunələrin seşilməsi, identifikatlaşdırılması və
sınağı C) Uyğunluq sertifikatının verilməsi D) İstehsalatın qiymətləndirilməsi
E) Korrektəetmə tədbirlərinin həyata keçirilməsi
91. Sertifikatlaşdırmaya sifarişə hansı müddətdə baxılır?
A) 1 ay müddətində B) 10 gün müddətində C) 15 gün müddətində
D) 1 həftə müddətində E) 3 ay müddətində
92.Uyğunluq sertifikatının təsir müddəti neçə ildən artıq olmur?
A) 3 ildən B) 2 ildən C) 1 ildən D) 4 ildən E) 5 ildən
93.Sertifikatlaşdırmanın terminlərinə görə məhsulun konkret standarta uyğun olduğunu
göstərən sənəd necə adlanır?
-
Uyğunluq sertifikatı B) Sertifikat C) Könüllü sertifikat D) Məcburi sertifikat
E) Attestat
94.Milli uyğunluq nişanının təsviri necə yerinə yetirilməlidir?
A) Birrəngli fonda B) Qara rəngli fonda C) Ağ fonda D) Qarışıq rəngli fonda
E) İxtiyari fonda
95.Sertifikatlaşdırma sınaqları neçə tərkib hissədən barətdir?
A) 4 B) 3 C) 5 D) 6 E) 7
96.Məhsulun sertifikatlaşdırılmasının aparılması qaydasının 6-cı bölməsi hansı-
dır?
A) Sertifikatlaşdırılmış məhsula müfəttiş nəzarəti B) Uyğunluq sertifikatının
verilməsi C) Uyğunluq nişanının tətbiqi D) İstehsalatın qiymətləndirilməsi
E) Nümunələrin seçilməsi, identifikatlaşdırılması və sınağı
97.Sertifikatlaşdırma sınaqları aparılan zaman keyfiyyətin qiymətinin (parametri-
nin) təyin sdilməsi necə adlanır?
A) Ölçmə B) Nəzarət C) Sınaq D) Ekspertiza E) Analiz
98.Məhsulun xarakteristikalarının normativ sənədlərdə verilən tələblərə uyğunlunun
təyin edilməsi necə adlanır?
A) Nəzarət B) Sınaq C) Ölçmə D) Ekspertiza E) Analiz
99.Keyfiyyətin qiymətinin (parametrinin) verilmiş rejimdə,şəraitdə təyin edilməsi
necə adlanır?
A) Sınaq B) Nəzarət C) Ölçmə D) Ekspertiza E) Analiz
100.Aşagdakılardan hansı sertifikatlaşdırmanın sınaq prosesinin tərkib hissəsinə aid
deyil?
A) Sınaq üsulları B) Sınağın şəraiti C) Sınaq vasitələri D) Sınaq obyektləri
E) Sınağın icraçıları
101.Sertifikatlaşdırma sınağı zamanı təsiredici faktorların və obyektin iş rejiminin
məcmusu necə adlanır?
A) Sınaq şəraiti B) Sınaq obyektləri C) Sınaq vasitələri D) Sınaq üsulları
E) Sınağın icraçıları
102.Sertifikatlaşdırma sisteminin normativ-texnikibazasına aid olası məhsulun
həndəsi formasını və ölçülərini təyin edən standart necə adlanır?
A) Çeşidlərin standartı B) Markaların standartı C) Qəbul standartları
D) Parametrlərin standartı E) Texniki tələblərin standartı
103.Sertifikatlaşdırma sisteminin normativ-metodiki bazasına aid olan məmulatın
əsas istismar xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını
müəyyənləşdirən standart necə adlanır?
A) Parametrlərin standartları B) Ölcü sıralarının standartları
C) Texniki şərtlərin standartları D) İstismar standartları
E) Tiplərin, əsas parametrlərin standartları
104.Sertifikatlaşdırma sisteminin normativ-texniki bazasına aid olan eynicinsli
məhsul qrupu üçün ümumi olan istismar xarakteristikalarının, qəbul, nəzarət,
nişanlama, qablaşdırma, daşınma və saxlanma qaydalarını müəyyənləşdirən stan-
dart necə adlanır?
A) Texniki şərtlərin standartları B) Texniki tələblərin standartları
C) Parametrlərin standartları D) Çeşidlərin standartları E) Qaydalarının standartları
105.Sertifikatlaşdırma sisteminin normativ-texniki bazasına aid olan eyni cinsli
məhsul qrupu üçün ümumi olan optimal keyfiyyət səviyyəsini təmin edən norma
və tələbləri müəyyən edən standartlar necə adlanır?
Dostları ilə paylaş: |