685.Əsas kapitalın köhnəlməsinin pulla ifadəsinə iqtisadçılar nə ad verirlər?
a) Əsas kapitalın amortizasiyası;
b)Əsas kapitalın aktivi;
c)Əsas kapitalın passivi;
d) Qalıq dəyəri;
e) Cari dəyəri.
686.İllik amortizasiya ayırmalarının əsas kapitalın tam dəyərinə nisbətinin faizlə ifadəsi nəyi anladır?
a Amortizasiya normasının;
b) Amortizasiya ayırmalarını;
c) Qazancı;
d) qalıq dəyərini;
e) cari dəyərini.
687.Verilənlərdən hansı əsas kapitalın vəziyyətini səciyyələndirən göstəricilərdən hesab edilir?
a) Əsas kapitalın köhnəlmə və yaralılıq əmsalı;
b) Kapital verimi,
c) Kapital tutumu;
d) Təzələnmə əmsalı;
e) Bunların hamısı.
688.Əsas kapitalın dəyərinin hər vahidinə nə qədər məhsul istehsal edildiyini səciyyələndirən göstəriciyə nə ad verirlər?
a) Kapital verimi (fondverimi);
b) Kapital tutumu;
c) Təzələnmə əmsalı;
d) Əsas kapitalın köhnəlmə əmsalı;
e) Yaralılıq əmsalı;
Dostları ilə paylaş: |