210) Aşağıdakı əlamətlərdən hansı dəyişəndir?
a) Dolların məzənnəsi
b) Suyun qaynama temperaturu
c) Əmtəənin bir kiloqramının çəkisi
d) Səhrada insanın hərəkətetmə sürəti
e) Avtomobilin sürəti
211) Variasiya:
a) Əlamətin qiymətlərinin dəyişməsi deməkdir
b) Məkan daxilində statistik toplunun strukturunun dəyişməsi deməkdir
c) Zaman daxilində kütləvi hadisələrin dəyişməsi deməkdir
d) Toplunun tərkibinin dəyişməsi deməkdir
e) Toplunun kəmiyyətinin dəyişməsi deməkdir
212) Statistikanın tədqiqat metodlarına aiddir:
a) Statistik müşahidə, yekunlaşdırma və qruplaşdırma, ümumiləşdirici göstəricilər
b) Statistik müşahidə, indekslər, orta kəmiyyətlər
c) Yekunlaşdırma, qruplaşdırma, nisbi kəmiyyətlər
d) Seçmə müşahidəsi, qruplaşdırma, indeks metodu
e) Qruplaşdırma, sistemləşdirmə, orta kəmiyyətlər
213) Azərbaycan Respublikasında statistika işləri hansı qanunla tənzimlənir:
a) Rəsmi Statistika haqqında qanun
b) Müəssisə haqqında qanun
c) Mülki məcəllə
d) İnformasiya əldə etmək haqqında qanun
e) Səhmdar cəmiyyəti haqqında qanun
214) Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” qanunu nə vaxt qəbul edilmişdir?
a) 18 fevral 1994-cü il
b) 18 fevral 1993-cü il
c) 28 mart 1994-cü il
d) 18 fevral 1995-ci il
e) 18 fevral 1992-ci il
215) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri kim tərəfindən təyin edilir:
a) Azərbaycan Respublikasının Prezidenti
b) Azərbaycan Respublikası Maliyyə Naziri
c) Azərbaycan Respublikasının Vergilər Naziri
d) Azərbaycan Respublikasının Baş Naziri
e) Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri
216) “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında əsasnamə” nə vaxt təsdiq edilmişdir?
a) 24 iyun 2009-cu il
b) 24 iyun 2008-ci il
c) 24 may 2009-cu il
d) 24 iyun 2010-cu il
e) 26 iyun 2009-cu il
Dostları ilə paylaş: |