648.İşə çıxan adam-günlərin umumi sayının 1500 adam-gün¸ bütün günü boşdayanmaların sayının 250 adam-gün olduğunu bilərək faktiki işlənmiş adam-günlərin ümumi sayını hesablayın:
a) 1250 adam-gün;
b) 1100 adam-gün;
c) 1000 adam-gün;
d) 1500 adam-gün;
e) 1750 adam-gün;
649.Bütün növbələrdə işlənmiş adam-günlərin umumi sayının ən böyük növbədə işlənmiş adam-günlərin sayına bölünməsindən alınan göstəriciyə statistikada nə ad verirlər?
a) Növbəlilik əmsalı;
b) Ən kiçik növbə;
c) Ən böyük növbə;
d )iş gününün faktiki orta uzunluğu;
e) Sosial yüklənmə əmsalı.
650.İşlənmiş adam-günlərin umumi sayının 2000 adam-gün¸ iş günlərinin sayının 25 gün olduğunu bilərək faktiki işləyənlərin orta sayını tapın:
a) 80 nəfər;
b) 225 nəfər;
c) 175 nəfər;
d) 5000 nəfər;
e) 200 nəfər.
651.İşə çıxılan adam günlərin umumi sayından bütün günü boşdayanmaların sayını çıxmaqla alınan göstərici nəyi anladır?
a)İşlənmiş adam günlərin faktiki sayını;
b) İşlənmiş adam günlərin ümumi sayını;
c) İşlənmiş adam günlərin xüsusi sayını;
d) İşlənmiş adam günlərin orta siyahı sayını;
e) İşsizlərin sayını.
652.İşçilərin ayın bütün günlərindəki siyahı sayının 9900 adam-gün¸ təqvim günlərinin sayının 30 gün olduğunu bilərək işçilərin orta aylıq siyahı sayını hesablayın:
a) 330 nəfər;
b) 350 nəfər;
c) 500 nəfər;
d) 9930 nəfər;
e) 990 nəfər.
653.İşə qəbul edilən şəxslərin sayının işçilərin orta siyahı sayına bölünməsindən alınan göstərici statistikada nəyi anladır?
a) İşə qəbul üzrə dövriyyə əmsalını;
b) İşə qəbul üzrə getmə əmsalı;
c) Növbəlilik əmsalı;
d) məşğulluq əmsalı.
e) iş gününün orta uzunluğu.
654.İşdən çıxanların sayının işçilərin orta siyahı sayına bölünməsindən alınan göstəriciyə nə ad verirlər?
a) İşdən çıxma üzrə dövriyyə əmsalı;
b) İşdən çıxma üzrə dövriyyədaxili əmsal;
c) Növbə rejimindən istifadə əmsalı;
d) İşə qəbul üzrə dövriyyə əmsalını;
e) iş gününün orta uzunluğu.
655.Öz arzusu və əmək intizamını pozduğuna görə işdən çıxanların sayının işçilərin orta siyahı sayına bölünməsindən alınan göstərici nəyi anladır?
a) İşçi axını əmsalını;
b) İşçilərin sayını;
c) İşçilərin sayınını mütləq artımını;
d) İşdən çıxma üzrə dövriyyədaxili əmsal;
e) Növbə rejimindən istifadə əmsalı.
656.Aşağıdakı şərti məlumatlara əsasən işə qəbul üzrə dövriyyə əmsalını hesablayın:
1.İşə qəbul edilənlərin sayı --- 20 nəfər;
2.İşdən çıxanların sayı --- 70 nəfər;
o cumlədən:
- öz arzusu ilə işdən çıxanlar --- 40 nəfər;
- əmək intizamını pozduğuna görə işdən çıxanlar --- 25 nəfər;
3.Işçilərin orta siyahı sayı---500 nəfər
a) 4%;
b)6%;
c) 8%;
d)5%;
e)14%
657.Aşağıdakı şərti məlumatlara əsasən işdən çıxma üzrə dövriyyə əmsalını hesablayın:
1.İşə qəbul edilənlərin sayı --- 20 nəfər;
2.İşdən çıxanların sayı --- 70 nəfər;
o cumlədən:
- öz arzusu ilə işdən çıxanlar --- 40 nəfər;
- əmək intizamını pozduğuna görə işdən çıxanlar --- 25 nəfər;
3.Işçilərin orta siyahı sayı---500 nəfər
a) 14%;
b) 4%;
c) 8%;
d)5%;
e) 27%.
Dostları ilə paylaş: |