433. Yeni sahədə birgə müəssisə yaratmağı diversifikasiya hesab etmək olarmı:
A)) Olar;
B) Olmaz;
C) Əgər kapitalın bölgüsü 40 : 60 nisbətindədirsə olar;
D) Əgər qohum olmayan sahədirsə olmaz;
E) Strateji uyğunluq varsa olar, yoxdursa olmaz.
434. Aşağıdakı variantlardan hansında qohum sahələrə diversifikasiya göstərilmişdir:
A)) Qadınlar üçün gigiyenik vasitələr – uşaqlar üçün şampun – ancaq reseptlə buraxılan dərmanlar;
B) Avtomobil ehtiyat hissələri – santexnika avadanlığı – ölçücü cihazlar;
C) Kondisionerlər – lift avadanlığı – avtomobil mühərrikləri;
D) Dondurma - dondurulmuş məhsullar – alkoqolsuz içkilər;
E) Təyyarə - vertolyot – süni peyk.
435. Hansı halda diversifikasiya etmiş firma böhran əleyhinə strategiya tətbiq edir:
A)) Ziyana düşmüş bölmə cəlbedici sahədə işlədikdə;
B) Ziyana düşmüş bölmə getdikcə zəiflədikdə;
C) Ziyana düşmüş bölmə durğunluq və enmə mərhələsində olan sahədə işlədikdə;
D) Ziyana düşmüş bölmə seqmentləşdirilmiş sahədə işlədikdə;
E) Ziyana düşmüş bölmə autsorsinqə iş götürdükdə.
Dostları ilə paylaş: |