153. Münaqişələrin həllinin şəxsləarası üslubları hansılardır
A)) Qaçma, aradangötürmə, məcburetmə, kompromis, həll
B) Qaçma, məcburetmə, həll, araşdırma, kompromis
C) Qaçma, məcburetmə, inandırma, həll, aradan götürmə
D) Qaçma, kompromis, həll, aradan götürmə, beyin hücumu
E) Qaçma, kompromis, inandırma, həll, qərar qəbulu
154. Müasir motivasiya nəzəriyyələri neçə kateqoriyaya bölünür?
A)) İki;
B) Üç;
C) Beş;
D) Yeddi;
E) Dörd.
155. Firmanın funksiyalarının bir hissəsinin autsorsinqə verilməsi nə zaman faydalıdır?
A)) Müstəqil əməkdaşlar onları daha yaxşı və ucuz yerinə yetirdikdə;
B) Firmanın imkanları böyüdükdə;
C) Firmanın quruluşu mürəkkəbləşdikdə;
D) Sahədə coğrafi yayılma üçün imkanlar olduqda;
E) Firmanın kompetensiyası aşağı düşdükdə.
156. Düzgün olmayan variantı göstərin. Strategiyanın reallaşdırılması prosesində menecer öz üzərinə aşağıdakı beş idarəetmə vəzifəsini götürür:
A)) Təşkilatın strateji uzağı görməsini formalaşdırır, missiyasını seçir və məqsədlərini dəqiqləşdirir;
B) Hadisələrin gedişinə nəzarət edir, strategiyanın reallaşdırılması prosesinin gedişinə maneələri təhlil edir;
C) Təşkilati mədəniyyəti və korporativ ruhu möhkəmləndirərək, təşkilatın üzvlərinin strategiyanın səmərəli reallaşdırılmasına səfərbər edir;
D) Təşkilatın adaptasiya qabiliyyətlərini dəstəkləyir, daim yeni imkanlar axtarır, ideyalar verir;
E) Yüksək etik standartların tətbiqinə rəhbərlik edir və firmanın öz fəaliyyətini “nümunəvi vətəndaş” kimi həyata keçirməsinə nail olmağa çalışır.
Dostları ilə paylaş: |