Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə21/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
Ədəbi tənqid. cavab

18. Sosioloji tənqid

Sosioloji tənqid ədəbi tənqidin mühüm istiqamətlərindən biridir. Bu tənqid ədəbiyyatın cəmiyyət içərisində yarandığı, cəmiyyətin ifadəsinə çevrildiyi, hətta həyatı əks etdirdiyi prinsipdən çıxış edir. Sosioloji tənqidə görə, ədəbiyyatın ifadə vasitəsi dildir. Dil isə cəmiyyətə məxsusdur. Həmçinin, bədii əsərin müəllifinin, həmin əsərin oxucusunun və cəmiyyətin şərtləri müəyyənləşdirir. Bədii əsər daxilindəki məcaz və simvollar cəmiyyətin adət-ənənələrindən qaynaqlanır. Bütün bunlar isə ədəbiyyatla cəmiyyətin sıx əlaqəsini göstərir. Ədəbiyyat və cəmiyyət arasındakı əlaqə uzun zaman “ədəbiyyat cəmiyyətin güzgüsüdür” düşüncəsinə görə izah olunmuşdur. Bu ifadə tam mənası ilə doğru deyildir, çünki incəsənət əslində bir təqlid vasitəsidir, ədəbiyyat da bir təqliddir. Ədəbiyyat həyatı birbaşa əks etdirmir, müəyyən dərəcədə təqlid edir. Təqlid zamanı yazıçı həyatın müəyyən məqamlarını qabardır, müəyyən məqamlarını isə arxada qoyur.

Sosioloji tənqidin əsas sualı“Bədii əsər həyatı necə əks etdirir?”– məsələsidir. Bu baxımdan sosioloji tənqiddə sənətkar və onun yaşadığı mühit və dövr arasındakı əlaqə ortaya çıxarılır. Çünki dövrün siyasi, iqtisadi, mədəni, elmi, ədəbi və s. şərtləri bədii əsərdə təzahür edir. Bu tənqidin başlanğıcı Giambastista Viko tərəfindən yazılmış “Yeni elm”(1725)əsərilə başlayır.Bu əsərdə o, yunan şairi Homeri sosioloji və psixoloji yöndən izah etməyə çalışır.

Vikodan sonra bu sahədə Madam de Stal adlı müəllifin adı çəkilir.1800-də onun“Ədəbiyyata dair”əsəri nəşr olu- nur.Bu əsərində o,dinin,adətlərin,qanunların ədəbiyyat üzərində hansı təsirləri olduğunu ortaya çıxarmağa çalışır. Daha sonra sosioloji tənqidlə bağlı Abel Fransua Vilma,İppolit Tayn,Qustav Lanson kimi müəlliflərin adlarını çəkirik.


19. Mətnlərarası əlaqə və tənqid. 20. Rus formalistləri. 29. Mətnlərarası tənqid anlayışı

40. Yuliya Kristeva mətnlərarası əlaqə metodunun yaradıcısı kimi 42.Mətnlərarası əlaqənin formaları


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin