Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Jerar Jenetin tənqidi görüşləri 69. Mixail Baxtin və polifoniya nəzəriyyəsi



Yüklə 153,78 Kb.
səhifə22/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Ədəbi tənqid. cavab

67. Jerar Jenetin tənqidi görüşləri 69. Mixail Baxtin və polifoniya nəzəriyyəsi

72. Rolan Bartın tənqidi görüşləri

Mətnlərarası əlaqə anlayışı bir termin kimi 1960-cı illərdən sonra işləklik qazanmağa başlamışdır. Mətnlərarası əlaqə iki və daha çox mətn arasındakı bağlılığı öyrənən nəzəriyyədir. Bu əlaqə müxtəlif formul, qəlib, arxetip, motiv və s. vasitəsilə həyata keçirilir. “Mətnlərarası əlaqə anlayışı ədəbiyyatşünaslıqla semiotika elmlərinin qovşağında formalaşıb. Elmi tədavülə isə Yuliya Kristeva tərəfindən daxil edilib”. Mətnlərarası əlaqə anlayışından bir termin kimi ilk dəfə Y.Kristevanın “Söz, dialoq və roman”, daha sonra isə “Sərhədsiz mətn” əsərlərində istifadə edilmişdir. “Mətn¬lərarası əlaqə adlı nəzəriyyəsi ilə o, mətnlərə statik struktur və məhsul kimi baxmaqdan daha çox dinamik proseslərdən keçən, bir-birilə əlaqəsi olan elementlər kimi baxmışdır”.

Beləliklə, mətnlərarası əlaqə mətnlər arasında olan bağlılığı ifadə edən bir konsepsiyadır. Bu anlayış müxtəlif mətnlər ara¬sın¬da müxtəlif tipli bənzərlik, əlaqə və münasibətin mövcudluğunu ehtiva edir.

Bu nəzəriyyənin yaradıcısı Yuliya Kristeva hesab olunsa da, Ferdinand de Sössür, Mixail Baxtin kimi məşhur dilçi və ədəbiyyatşünasların bu konsepsiyanın formalaşmasında rollarını qeyd etmək lazımdır.

Türkiyədə bu nəzəriyyənin aparıcı simalarından olan Kubilay Aktuluma görə, “Bir yazar başka bir yazarın metninden parçaları kendi metninin bağlamında kaynaştırarak yeniden yazar. Her söylemin başka bir söylemi yinelediğini, her yazınsal metnin daha önce yazılmış olan metinlerden ayrı olarak yazılamayacağını, her metnin açık ya da kapalı bir biçimde önceki metinlerden, yazınsal gelenekten izler taşıdığını savunan yeni eleştiri yanlıları onun “alıntılar” özelliğini göstermeye uğraşırlar”.

Beləliklə, mətnlərarası əlaqə anlayışını filologiya elminə Yuliya Kristeva daxil etsə də, bu nəzəriyyənin formalaşmasında digər müəlliflərin də böyük rolu olmuşdur. “1960`larda başta Bakhtin, Julia Kristeva olmak üzere, Roland Barthes, Michael Riffaterre, Harold Bloom, Genete gibi teorisyenlerin çalışmalarıyla metinlerarası ilişkiler, edebi çözümlemenin temel kavramlarından biri durumuna gelmiştir”.

Rus formalistləri və Mixail Baxtin: XX əsrin əvvəllərində Rusiyada bir qrup “Poetik dilin öyrənilməsi cəmiyyəti” adı altında birləşərək ədəbi mətnləri təhlil etməyə başlayırlar, lakin onlar tarixi, sosioloji, psixoloji və s. metodları rədd edirdilər. Buna görə də əleyhdarları tərəfindən “formalistlər” adlandırılan bu qrup mətni öz kontekstində təhlil etməyə çalışırlar. Onlar ənənəvi təhlil metodlarına qarşı çıxır və tarixi, psixoloji metodları inkar edərək linqvistik təhlilə üstünlük verirlər. “Saussure`ün dilbilim kuramlarından esinlenerek metni büyük ölçüde eşsüremli olarak kendi içerisinde inceler, onun içkin yasalarını saptamaya uğraşır ve yazın yerine “yazınsallığı” kuramlarının nesnesi yaparlar”. Rus formalistləri mətndəki müxtəlif formaların digər mətnlərinə keçidlərindən və təkrarlarından bəhs edirlər. Buna nümunə olaraq isə Lorens Sternin “Tristam Şendinin həyatı və düşüncələri” romanını nümunə göstərirlər. “Rus biçimcileri metinlerarasından söz etmeden, yapıtlarda kullanılan yeni biçimlerin, yerini aldıkları eski biçimlerin kullanıldığı öteki yapıtlarla karşılaştırılarak anlaşabileceği olgusunu artık benimsemiş, böylelikle metinlerarasının varlığını dolaylı olarak kabul etmişlerdir”. Rus formalistlərindən sonra isə bu nəzəriyyənin yaradılmasında mühüm rolu olan filosof və nəzəriyyəçilərdən biri Mixail Baxtindir.

Mətnlərarası əlaqənin formalaşmasında Mixail Baxtinin “dialogizm nəzəriyyəsi” xüsusi çəkiyə malik olub. Bu nəzəriyyə ilə bağlı onun iki mühüm əsəri vardır: “Dostoyevski yaradıcılığının poetikası” və “Fransua Rablenin yaradıcılığı və orta əsrlər və renessans dövrü xalq mədəniyyəti”. Bu əsərlərində o, “karnavallaşma” və “dialogizm” nəzəriyyələrini irəli sürmüşdür. Baxtinə görə, mətnlər arasında dialoq mövcuddur. Bu dialoq daha sonralar Yuliya Kristeva tərəfindən “mətnlərarası əlaqə” adlandırılır. Kubilay Aktuluma görə, Yuliya Kristeva Baxtinin əsərlərini Fransada tanıdır, onun dialogizm nəzəriyyəsini 40 il sonra “mətnlərarası əlaqə” adı altında təqdim edir.

Mixail Baxtin romanla şeirin dialogizm nəzəriyyəsi baxımından fərqli səciyyə daşıdıqlarını, romanın “çoxsəsli” və ya “polifonik”, şeirin isə “təksəsli” olduğunu qeyd edir. Lakin Baxtinin bu fikrinə münasibət birmənalı deyil. “Mətnlərarasılıq” kitabının yazarı Qraham (Graham) Allen bu baxımdan Robert Börnün “Qırmızı, qırmızı qızılgül” poemasını nümunə gətirir. Poemadan müəyyən misraları seçib təqdim edən Q.Allen aşağıdakı qənaətə gəlir: “Biz burada sadəcə bir lirik səsi eşidirik, Baxtin isə bunu “poetik monologizm” adlandırır. Lakin həmin lirik səsin daxilində ədəbi ingiliscə ilə İsveç dialektinin gurultulu dialoqu eşidilməkdədir”. Baxtin əslində bu nəzəriyyəni xüsusilə Dostoyevskinin romanlarına tətbiq etmiş və daha sonradan mətnlərarasılıq konsepsiyası lirik mətnlərə, həmçinin şifahi xalq ədəbiyyatı nümunələrinə də aid edilmişdir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin