Mişel Riffater (Michael Riffaterre)
Mətnlərarası əlaqədə oxucunun rolunu qabardan Mişel Riffater müxtəlif mətnlər arasındakı əlaqəni göndərilən işarələrə bağlayır. Mətnin göndərdiyi işarələr oxucu üçün nə qədər aydındırsa, mətn o qədər qavranılır. Mətnlərarası əlaqə anlayışı ilə təbii ki, təkcə bədii mətnlərə bağlı deyil, bu nəzəriyyə çərçivəsində işarələr sisteminin bir-biri ilə əlaqəsi nəzərdə tutulur. İşarələr sistemi isə müxtəlif incəsənət sahələrini də əhatə edir. Mişel Riffater iki növ mətnlərarası əlaqədən bəhs edir:
1. Məcburi mətnlərarasılıq
2. Adi mətnlərarasılıq
I mətnlərarasılıqda oxucu özü mətndən çıxış edərək onun işarələri vasitəsilə əlaqələri tapa,müəyyənləşdirə bi- lir. II tip mətnlərarasılıq isə oxucunun dilindən fərqli 1 dildədir və onu məcbur edir ki,mətnlərarası əlaqənin izinə düşüb onu üzə çıxarsın.Bu 2 tipdən isə mətnlərarasılığın yeni çeşidləri yaranır: mətnin “mənası” və “mətnin məna- landırılması”.
Məna mətnin xətti oxunmasının nəticəsi, mənalandırma isə mətnlərarası oxumağın nəticəsidir. “Okur, metindeki bir göndergenin, içerisine girdiği yeni bağ¬lam¬daki yeni anlamını bulmaya çalışır. İşte bu yeni anlama Riffaterre “anlamlama” adını verir. Bunlar, her biri kendince, iki farklı anlama götüren, iki algılayış biçimidir”. Bu cür oxumalar isə “mimetik oxuma” və “semiotik oxuma” olaraq təsnif edilir. Mimetik oxuma mətnin mənasıdır, semiotik oxuma isə işarələrlə bağlı mənalandırmadır. Mətni oxuduqdan sonra “retroaktiv” (geriyə təsir) prosesi nəticəsində oxucu mətnlərarası əlaqəni tapmağa çalışır. Bu zaman Riffaterin “xəyalət mətn” adlandırdığı mətnlə əlaqəli bir başqa mətnin oxunması prosesi baş verir. Bu isə interpretasiya ilə mümkün olur.
Dostları ilə paylaş: |