Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə34/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
Ədəbi tənqid. cavab

31. Karl Qustav Yunq və psixoanalizm

Karl Qustav Yunq-İsveçrə psixoloqu,mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən taninmiş və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur.Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.

Ailə keçmişində çoxlu sayda sayda din adami olan Yunq əvvəlcə din adami olmağa qərar versə də sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu.Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu.Çagrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi.Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları süuraltı kompleksləri hərəkətə gətirərək şüur aximinda durğunluq yaradir və saniye ölçən ilə ölçülən çağrışım vaxtı artır.

Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdi.Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi.Yunq Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.

Freydin tədqiqatlarını İsveçrəli həkim Yunq davam etdirir. “Libido” anlayışı onun tərəfindən gətirilib. (“Həyat istəkləri və enerjisi”)

1912-ci ildə “Libidonun dəyişikləri və simvolları” adlı əsərini çap etdirir. 1920-ci ildə yazdığı “Ruh tipləri” əsərində “kollektiv təhtəlşüur” anlayışından istifadə edir. Eyni zamanda, “Arxetip nəzəriyyəsini” yaradıb və “Dörd arxetip” ən məşhur əsərlərindən biridir. Məs: müdrik qoca arxetipi kömək edən vasitə sayılır. “Kollektiv təhtəlşüur” anlayışı isə gen yaddaşımızdan gələn informasiyalar sayılır.

Freyd öz əsəri olan “psixoanaliz”i gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı.1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər.Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər.Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı. 1912-ci ildə Yunq "Şüuraltının psixologiyasi" kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı.Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndiridiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi "Psixoloji tiplər" adlı əsərində şüurun başlica 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davraniş modellərinin olduğunu bildirdi.Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edirdi.O şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima,qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı.Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.

Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq,yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika,Arizona,New meksiko,Kenyaya getdi.Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfraslar verərək keçirtdi.

1961-ci ildə 86 yaşında ikən vəfat etdi.

ANALITIK NƏZƏRIYYƏ: Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

EQO: Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

ŞƏXSI ŞÜURSUZLUQ: Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

KOLLEKTIV ŞÜURSUZLUQ: Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.

ARXETIPLƏR: Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip-bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər-anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.

Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.

Persona: (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və animus: Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

Kölgə: Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.

Özəllik, mənlik: Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin