Jorj Pule (1902-1991)
Cenevrə məktəbinin nümayəndəsidir. O da Qaston Başlar kimi yaradıcı şüurla maraqlanmışdır. Hər sənətkarın özünəməxsus təsvir və ifadələrin necə yarandığını açıqlamağa çalışmışdır. Məs.: zaman məfhumuna böyük maraq göstərmiş və “İnsan zamanı haqqında araşdırmalar” adlı əsərini 1944-68-ci illərdə çap etdirmişdir. Puleyə görə, müddət deyil, anlar önəmlidir.
Pule də yaradıcı tənqidlə bağlı fikirlərini “Tənqidi şüur” adlı əsərində açıqlamışdır. Onun fikrincə, tənqid etmək üçün hiss etmək və anlamaq lazımdır. Tənqidçi əsəri dərindən və diqqətlə oxumalı, eyni zamanda, ədəbiyyat, intuisiya və bilgisi möhkəm olmalıdır. Pulenin tənqidi görüşləri yaradıcı tənqidlə strukturalistlər arasında orta mövqedədir.
Dostları ilə paylaş: |