41. Sosioloji tənqid və nümayəndələri 48. Lukaç və Qoldmanın tənqidi görüşləri
Sosioloji tənqid ədəbi tənqidin mühüm istiqamətlərindən biridir. Bu tənqid ədəbiyyatın cəmiyyət içərisində yarandığı, cəmiyyətin ifadəsinə çevrildiyi, hətta həyatı əks etdirdiyi prinsipdən çıxış edir. Sosioloji tənqidə görə, ədəbiyyatın ifadə vasitəsi dildir. Dil isə cəmiyyətə məxsusdur. Həmçinin, bədii əsərin müəllifinin, həmin əsərin oxucusunun və cəmiyyətin şərtləri müəyyənləşdirir. Bədii əsər daxilindəki məcaz və simvollar cəmiyyətin adət-ənənələrindən qaynaqlanır. Bütün bunlar isə ədəbiyyatla cəmiyyətin sıx əlaqəsini göstərir. Ədəbiyyat və cəmiyyət arasındakı əlaqə uzun zaman “ədəbiyyat cəmiyyətin güzgüsüdür” düşüncəsinə görə izah olunmuşdur. Bu ifadə tam mənası ilə doğru deyildir, çünki incəsənət əslində bir təqlid vasitəsidir, ədəbiyyat da bir təqliddir. Ədəbiyyat həyatı birbaşa əks etdirmir, müəyyən dərəcədə təqlid edir. Təqlid zamanı yazıçı həyatın müəyyən məqamlarını qabardır, müəyyən məqamlarını isə arxada qoyur.
Sosioloji tənqidin əsas sualı“Bədii əsər həyatı necə əks etdirir?”–məsələsidi.Bu baxımdan sosioloji tənqiddə sənət kar və onun yaşadığı mühit və dövr arasındakı əlaqə ortaya çıxarılır. Çünki dövrün siyasi, iqtisadi, mədəni, elmi, ədəbi və s. şərtləri bədii əsərdə təzahür edir. Bu tənqidin başlanğıcı Giambastista Viko tərəfindən yazılmış “Yeni elm” (1725) əsəri ilə başlayır. Bu əsərdə o, yunan şairi Homeri sosioloji və psixoloji yöndən izah etməyə çalışır.
Vikodan sonra bu sahədə Madam de Stal adlı müəllifin adı çəkilir. 1800-cü ildə onun “Ədəbiyyata dair” əsəri nəşr olunur. Bu əsərində o, dinin, adətlərin, qanunların ədəbiyyat üzərində hansı təsirləri olduğunu ortaya çıxarmağa çalışır. Daha sonra sosioloji tənqidlə bağlı Abel Fransua Vilma, İppolit Tayn, Qustav Lanson kimi müəlliflərin adlarını çəkirik.
Dostları ilə paylaş: |