Abel Fransua Vilma(1790-1870)
Fransız tarixçisi, tənqidçisi və siyasətçisidir. Ən mühüm əsəri 1828-ci ildə yazdığı “Fransız ədəbiyyatı dərsləri” əsəridir. Tənqidi görüşlərinə görə Madam de-Stalın davamçısıdır.
Abel Fransisə görə, mühit, ölkə və mədəniyyət bədii əsərin formalaşmasında mühüm rol oynayır və bədii əsərin təhlili yuxarıda qeyd etdiyimiz üç əsas anlayışa görə yer tutur.
İppolit Tayn (1828-1893)
Fransız tənqidçisi və tarixçisidir. O, sosioloji tənqidi üç təsir dairəsinə görə sistemləşdirmişdir:
1. İrq
2. Dövr
3. Mühit
İppolit Tayn bu kateqoriyalar əsasında bədii əsəri daha doğru təhlil edəcəyinə inanır. İrq anlayışı tənqidçiyə görə bioloji bir anlayış deyil. Bu terminlə o, hər millətin özünəməxsus milli xüsusiyyətlərini nəzərdə tutur. Mühit dedikdə, iqlim, torpaq, coğrafi vəziyyət və ictimai şərtlər nəzərdə tutulur.
İ. Tayn 1863-cü ildə “İngilis ədəbiyyatı tarixinə giriş” adlı əsərini nəşr etdirir. Bu əsərində tənqidi görüşlərə yer verilir
Dostları ilə paylaş: |