Georq Lukaç (1885-1971) və davamçısı Lüseyn Qoldman.
Bu tənqidçilər marksist estetika əsasında sosioloji tənqidlə bağlı fikirlərini bildirmişlər. Lukaçın ən mühüm əsəri 1920-ci ildə yazdığı “Roman nəzəriyyəsi” əsəridir. 1923-cü ildə isə “Tarix və sinfi şüur” adlı əsərini çap etdirib. Bu əsərlərində o, dialektik materializmə zidd olan fikirlər səsləndirmişdir.
Lüseyn Qoldman tənqidi fikirlərində Lukaçın tezislərini isbat etməyə çalışıb. Onlar arasında ortaq özəllik hər ikisinin Hegel fəlsəfəsinə əsaslanmasıdır.
Qoldman tənqidə “mənalı struktur” anlayışını gətirmişdir. Bu termin Marksın tip məfhumuna yaxındır. Anlamlı struktur dedikdə, Qoldman bədii mətnin hər müs-təqil hissəsinin ayrı-ayrılıqda açıqlanması və o hissələr arasındakı əlaqənin şərhidir. O, ədəbiyyatın genetik problemlərinə də toxunub. Qoldmana görə, bədii mətnlər müəyyən müddət sonra yeni məna qazanır.
Dostları ilə paylaş: |