Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə49/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   46   47   48   49   50   51   52   53   54
Ədəbi tənqid. cavab

Problematik məqalə ilə polemik məqalə arasında müəyyən bənzərliklərin olması hər iki janrın təməlində konkret bir problemin dayanmasından qaynaqlanır. Lakin bu amil heç də onların eyni tür olması anlamına gəlməməlidir. Belə ki, problematik məqalələr üçün araşdırılan mövzunun polemika doğurması zəruri deyildir.

Nəzəri məqalə – daha çox akademik çevrəyə ünvanlandığı üçün ədəbi tənqidin digər janrları ilə müqayisədə o qədər də yayğın deyildir. Bu janr əsasən ədəbiyyatın nəzəri problemlərinə diqqətin yönəldilməsi baxımından maraq doğurur.

Nəzəri məqalə müəyyən mənada ədəbi tənqidi ədəbiyyat nəzəriyyəsinin problemlərinə yaxınlaşdırır, bəzənsə ortaq məcraya yönəldir.

Nəzəri məqalələrdə dünya ədəbiyyatında gedən proseslərə diqqət yönəldilir, müqayisələr fonunda milli ədəbiyyatın problemləri səciyyələndirilir.

Nəzəri məqalələr ədəbiyyatşünaslıq, fəlsəfə, estetika, dilçilik və başqa elmlərə məxsus terminlərlə müşayiət olunan mürəkkəb elmi üslubda yazılır. Azərbaycan ədəbi tənqidində dil-üslub, bədii təhkiyə, dövrləşmə problemi, yaradıcılıq metodu, bədii təsvir vasitələri və s. məsələlərə həsr olunmuş nəzəri məqalələrə təsadüf olunur.



Yol qеydləri (Səfər təəssüratı) – müasir ədəbi tənqidin gеniş yayılmış janrlarından olub, səyahət, yolçuluq fonunda qələmə alınan tənqidi yazı türüdür. Ədəbi tənqidin janrı olaraq yol qeydlərinin öz başlanğıcının əski dönəmlərdə səyyahların qələmə aldığı ənənəvi səyahətnamələrdən aldığı şübhə doğurmur.

Yol qеydlərində müəllif hər hansı bir səyahətlə bağlı təəssüratları fonunda bu və ya digər problеmlə əlaqədar olaraq ədəbi-kulturoloji məsələlərə yеrvеrir, yaхud da gеtdiyi ölkənin ədəbiyyatı, mədəni həyatı, görüşdüyü və ünsiyyətdə olduğu yazıçı və tənqidçiləri haqqında qənaətlərini əks еtdirir.

Şübhəsiz, yol qеydləri səpkisində yazılmış bütün nümunələrin ədəbi tənqidin janrı hеsabеdilməsi doğru deyildir. Yalnız səfər, səyahət təəssüratları fonunda ədəbi-mədəni məsələlərə kifayət qədər yеrvеrilən yazılar ədəbi tənqidin janrı kimi dəyərləndirilməlidir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin