Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Antik dövrdə ədəbi-tənqidi fikirlər



Yüklə 153,78 Kb.
səhifə9/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
Ədəbi tənqid. cavab

4. Antik dövrdə ədəbi-tənqidi fikirlər

Ədəbi tənqid antik dövrdə Yunanıstan və Romada,habelə Hindistan və Çində mövcud olmuş, lakin daha çox tətbiqi funksiya daşımışdır. Azərbaycanda isə Xətib Təbrizinin XI əsrdə qələmə aldığı poetik risalə və şərhlər ədəbi tənqi- din ilk örnəkləri hesab olunur.Azərbaycan ədəbiyyatşünaslığında işlənən ərəb mənşəli “nəqd”, “tənqid”, daha sonra Avropa mənşəli“kritika”tеrminləri təхminən еyni mənanı ifadə еtməkdədir.Qеyd еdək ki,“kritika”(criticism)tеrmi- nini Avropa ədəbiyyatşünaslığına ХVII yüzildə ingilis ədibi Con Draydеn gətirib.Azərbaycan ədəbi еstеtik fikrində isə “tənqid” tеrmininə paralеl olan bu istilahı ilk dəfə ХIХ əsrdə Mirzə Fətəli Axundzadə işlətmişdir.Sonralar Azər- baycan ədəbiyyatşünaslığında“kritika” 1 tеrmin olaraq tədricən işləkliyini itirmiş və öz yеrini bugün dilimizdə sabit ləşmiş olan “ədəbi tənqid” istilahına vеrmişdir.

Qeyd etmək lazımdır ki,ədəbi tənqid anlayışının əhatə dairəsi müx. xalqlarda fərqli səciyyə daşımaqdadır.Rusiya- da və keçmiş Sovetlər Birliyi ölkələrində olduğu kimi, Azərbaycanda da ədəbi tənqid ədəbiyyat nəzəriyyəsi və ədə- biyyatşünaslıqdan ayrı dərk olunur və əsas etibarilə müasir ədəbi prosesə yönəlik araşdırmalar aparır.Qərb ədəbiy- yatında isə ədəbi tənqid anlayışının hüdudları daha geniş olmaqla ədəbiyyat adına yazılan bütün araşdırmaları ehti- va edir. Ədəbi tənqidin predmetini müasir ədəbi proses təşkil etsə də, onun nüfuz sferası yalnız təhlil obyekti kimi seçdiyi dönəmlə məhdudlaşmır,bütövlükdə klassik bədii düşüncənin elmi-nəzəri ümumiləşdirməsilə xarakterizə olu nur.Qarşı tərəfdən ədəbi tənqidin predmetini oluşduran müasir ədəbi proses anlayışı da xronoloji baxımdan dəqiq hüdudlara söykənmədiyindən şərti sə ciyyə daşıyır.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin