Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə19/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
Ədəbi tənqid. cavab

16. Marksist tənqidçilər:

Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur.

Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir.[3] Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir.[4]

Marksizm antropologiya, arxeologiya,sənətnəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir.

Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir. Bu sosial münasibətlər iqtisadi sistemlə birlikdə altstruktur və üststruktur formalaşdırır. İstehsal qüvvələri inkişaf etdikcə mövcud istehsalın təşkili formaları köhnəlir və daha da irəliləməyə mane olur. Karl Marks müşahidə etdiyi kimi:

Marksizm termini Marksın ortodoks və revizionist davamçıları arasındakı mübahisə zamanı özünü ortodoksal marksist hesab edən Karl Kautski tərəfindən populyarlaşdırıldı.[14]:18–19 Kautskinin revizionist rəqibi Eduard Berşteyn də sonra bu terminin istifadəsini mənimsədi. Engels özünün və ya Marksın fikirlərini izah etmək üçün marksizm termininin istifadəsini dəstəkləməmişdir. O, bu terminin özlərini Marksın həqiqi davamçıları kimi qələmə verməyə çalışanlar tərəfindən təhqiranə şəkildə ritorik təyin kimi sui-istifadə edildiyini iddia edirdi.[14]:12 1882-ci ildə Engels iddia etmişdi ki, Marks özünü marksist adlandıran Pol Lafarqı - "əgər Lafarqın görüşləri marksist hesab olunursa, onda bir şey dəqiqdir ki, mən marksist deyiləm" - deyərək tənqid etmişdi.

XX əsrdə də sosioloji tənqid davam etdirilir.

Avropanın şərqində Georq Lukaç və Lüsen Qoldman kimi marksist tənqidçilər yetişir. Qərbdə isə Qərbi Almaniyanın Frankfurt məktəbinin iki mühüm təmsilçisi Teodor Adorno və onun həmkarı Volter Benjamin kimi tənqidçilər yetişir.

1990-cı ildən sonra isə Peter Zima adlı tənqidçi sosioloji tənqidi davam etdirir.

Adorno və Benjamin:

Bu məktəbin (FRANKFURT MƏKTƏBİNİN) nümayəndələri də marksist tənqidçiləri kimi ümumi anlayışdan istifadə etmişlər:

1. Kapitalizm

2. Maddiləşmə

3. Özgələşmə

4. Dəyişən dəyərlər

5. Hökmetmə

Benjamin özünəməxsus yeni termindən də istifadə etmişdir- “Auranın pozulması”. O, sənətləri mexaniki və auratik olaraq iki yerə ayırmışdır.

Auratik sənətlər dini mərasimlərlə bağlıdır, təkdir və sadəcə bənzərləri var. Mexaniki sənətlər isə kinofilm, fotoqrafiya kimi sənətlərdir. Benjaminə görə, onlar sənətin aurasını pozmuşdur. Çünki, mexaniki sənətlər yenidən yaradılma və təkrara əsaslanmır. O, eyni zamanda, bir nəzəriyyə formalaşdırır. Buraya daxildir:

1. Uyumsuzluq;

2. Parçalanma;

3. Şok;


Bu məfhumları sənaye cəmiyyətini gündəlik həyat tərzi ilə əlaqədə izah edir. Benjaminin fikrincə, sənət cəmiyyətin güzgüsü deyil, o, sadəcə cəmiyyət üçün örnək olur və yol göstərir.

Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin