Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Qaston Başların tənqidi yaradıcılığı 38. Yaradıcı tənqid və nümayəndələri



Yüklə 153,78 Kb.
səhifə35/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
Ədəbi tənqid. cavab

32. Qaston Başların tənqidi yaradıcılığı 38. Yaradıcı tənqid və nümayəndələri

Yaradıcı tənqid bədii əsərləri birbaşa və sadəcə psixologiya, eyni zamanda sosiologiya kimi ədəbiyyatla o qədər də əlaqəsi olmayan elmlər vasitəsilə açıqlamağa cəhd edən tənqidlərə bir reaksiya olaraq yaranmışdır. Yaradıcı tənqid bədii materialı daha çox əsərin özündən çıxış edərək təhlil etməyə çalışır. Buna görə də yaradıcı tənqid, bəzən də daxili tənqid adlandırılır. Bədii əsərlər onu yaradanın həqiqi aləmlə olan əlaqəsinin onun həyata, ətraf mühitə və özünə olan baxışlarını ortaya çıxarır. Lakin hər bir bədii əsər onun yaradıcısından ayrı olaraq da dəyərləndirilə bilir.

Yaradıcı tənqid yazıçıdan kənarda əsəri öyrəndiyi üçün bir növ strukturalist tənqidə bənzəyir. Psixoanalitik tənqiddən fərqli olaraq, yazıçı şəxsiyyətini əsərin təhlilində qabartmır.

Bu tənqid bədii mətnlərə bir bütün nizamlı və məntiqli bir sistem kimi baxır. Bu zaman tənqidçi bədii mətni anlamağa çalışır və sanki onu nizamlayır. Məs.: Qaston Başların belə bir fikri var: “Biz mavi səmaya baxdığımızı zənn edirik, amma birdən fərqinə varırırq ki, səma bizə baxır”.

Yaradıcı tənqid obyekt ilə subyekt, dünya və şüur, yazıçı və əsəri arasındakı qarşılıqlı əlaqələri təhlil etməyə və bədii mətnin sərhədlərini müəyyənləşdirməyə çalışır. Bu zaman yaradıcı tənqidin nümayəndələri hər hansı bir müəllifin əsərlərini bütün vəhdətdə təhlil edir. Bədii əsərin təhlilində impression yanaşma - yazıçı kimi düşünmək və xəyal qurmaqla əsəri təhlil etməkdir.

Yaradıcı tənqidin nümayəndələri Qaston Başlar, Jorj Pule, Jan Pyer Rişar kimi şəxsiyyətlərdir.




Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin