Qaston Başlar (1884-1962)
Yaradıcı tənqidin banisi və aparıcı nümayəndəsidir. Fəlsəfə ixtisası üzrə təhsil almış, tarix elmi ilə məşğul olmuşdur. Daha sonra psixologiya və impres-sionalizm elmlərinə maraq göstərmişdir. Başlara görə, elm də, ədəbiyyat da, şeir də yaradıcılıq müstəvisində bir-birini tamamlayır. O düşünürdü ki, şüur ən çox ədəbiyyat, xüsusilə də, şeir sahəsində təzahür edir. Q.Başlar Aristotelin davamçısı kimi çıxış edərək, əsərlərini dörd elementlə əlaqədar yazmışdır.
1. “Atəşin psixoanalizi” (1937)
2. “Su və xəyallar” (1940)
3. “Hava və xəyallar” (1942)
4. “Torpaq və iradənin arzuları” (1947)
Q. Başlar bu əsərlərində özünəməxsus ifadələr yaradıb:
“Aşiq sular”, “Dərin sular”, “Duru sular”, “Ağır su”, “Uçuş xəyalı”, “Hava ağacı”.
Daha sonra o, 4 elementin çox məhdudlaşdırıcı olduğunu düşünmüşdür. Həmçinin, bu elementlər bir-biri ilə əlaqəlidir və bir-birinə qarışa bilir: “Su və atəş”, “Su və torpaq” və s.
Dostları ilə paylaş: |