Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Dostoyevskinin çoxcəhətli şəxsiyyətinə 4 fərqli yöndən baxmaq olar:yazıçı kimi, nevroz xəstəsi kimi, əxlaq tərbiyəçisi kimi və günahkar insan kimi



Yüklə 153,78 Kb.
səhifə4/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   2   3   4   5   6   7   8   9   ...   54
Ədəbi tənqid. cavab

Dostoyevskinin çoxcəhətli şəxsiyyətinə 4 fərqli yöndən baxmaq olar:yazıçı kimi, nevroz xəstəsi kimi, əxlaq tərbiyəçisi kimi və günahkar insan kimi. Bu mürəkkəb dolaşıqlığı aydınlığa çıxarmaq heç də asan deyildir.

Onun şəxsiyyətinin ən az şübhə doğuran cəhəti yazıçılığıdır,çünki yazıçı kimi Şekspirlə 1 səviyyədə durur.“Ka- ramazov qardaşları”indiyə qədər yazılan romanların ən güclüsüdü,“Böyük inkvizitor”əfsanəsi dünya ədəbiyyatının ən yüksək nailiyyətlərindəndi,onun qiyməti yoxdur.Amma təəssüflər olsun ki,yazıçı yaradıcılığı problemnin həllin- də psixoanaliz acizdir.

Dostoyevskinin əxlaqçılıq cəhətini təhlil etməksə daha asandır.Yüksək əxlaq səviyyəsinə çatmaq üçün hər hansı 1 insanın böyük günahlar işləməsinin zəruri olduğu fikrinə əsaslanmaqla Dostoyevskinin böyük 1 əxlaq tərbiyəçisi olduğunu söyləməli olsaq,onda gərək ortaya çıxacaq 1 şübhəni görməzliyə vuraq. Əxlaqlı insan odur ki,şeytana uy- duğunu anlayan kimi yolundan dönsün və özünü xilas eləsin.1yandan günah işləyən,o 1-i yandan da peşmanlıq hiss edərək əxlaqi qaydalar ortaya qoyan 1 insan yolun asanı ilə gedir.Belə 1 insan əxlaqın əsas prinsipini - tutduğu yol- dan dönmənin zəruriliyini pozmuş sayılmalıdı.Çünki əxlaqlı davranmaq hər şeydən öncə,bütün bəşəriyyətin prakti- ki maraqlarına uyğun dəyər daşımaqdır.Yolun asanı ilə gedən şəxs qədim dövrlərin barbarları kimi davranır. Qədim dövrün vəhşi insanı əvvəl insanı öldürür, sonra isə peşmanlıq yaşayırdı.

Beləliklə,peşmanlıq hissi keçirmək insan öldürməyi əsaslandıran 1 üsul halına gəlmişdi. İvan Qroznı da eyni şə- kildə davranmışdı.Əxlaqa münasibətdə göstərilən bu tarazlaşdırıcı vəziyyət Rusların fərqləndirici xüsusiyyəti oldu- ğu kimi, Dosteyevskinin əxlaqi axtarışlarının verdiyi nəticədə yüksək bir şey deyildi.

Dostoyevski fərdin instinktiv istəklərilə cəmiyət həyatının ehtiyaclarını uzlaşdırmaqçün çətin mübarizəyə girən- dən sonra dünyəvi və ruhi avtoritetlərə baş əymək;xristianların Allahının və çarın önündə əyilmək və kobud 1 rus millətçiliyi düşüncəsinə bağlanmaq yoluna düşdü.Əslində,o qədər də ağıllı olmayan insanlar daha az səy göstərmək ilə eyni nəticələri əldə etmişdilər. Dostoyevski kimi böyük 1 şəxsiyyətin zəif nöqtəsi də budur. Bu baxımdan, bəşər mədəniyyətinin gələcəyi Dostoyevskiyə çox az şeyi borclu olacaq.Dostoyevski bəşəriyyətin müəllimi və xilaskarı olmaq şansından imtina etmiş və öz düşmənlərilə birləşmişdir.Onun bu vəziyyətə keçirdiyi nevroz xəstəliyi ucba tından düşdüyünü deyə bilərlər.Yoxsa zəkasnın böyüklüyü və insanlığa bəslədiyi sevginin gücü ona peyğəmbərlərə xas  1 həyatın yolunu göstərə bilərdi.    

Dostoyevskini 1 günahkar və ya cinayətkar kimi görməkdən çəkinirik, lakin bu çəkinmə obıvatelin cinayətkarı qiymətləndirməsi kimi qəbul edilməməlidir.Cinayətin səbəbləri  dərhal ortaya çıxır:cinayətkarçün 2 təməl ruhi özü- nəməxsusluq var.Bunlardan biri hüdudsuz özünə vurğunluq,digərisə destruktivliyə güclü meyildir.Bu 2 xüsusiyyə- tin ortaq tərəfi isə onların özünü büruzə verməsi üçün sevgisizlik və insana emosional baxımdan qiymətləndirici münasibətin çatışmazlığıdır.Belə 1 insanla Dostoyevski arasında əkslik olduğu ilk baxışdan görünür, Dostoyevski sevilməyə böyük ehtiyacı olan və bəzən bunu,məsələn,özünün ilk arvadına və arvadının aşnasına  nifrət etmək və intiqam almaq əvəzinə onlara kömək etməyə şərait yaradan qeyri-adi şəfqətlə dolu 1 insandır.Onda belə 1 sual çıxır –Dostoyevskini cinayətkarlar cərgəsinə qoymaq nədən irəli gəlir? Bu onun süjet seçimindən irəli gəlir, onun qəhrə- manları,əsasən,zorakı,qatil,eqosentrik xarakterlərdir ki,bu da Dostoyevskinin daxili aləmində bu cür meyillərin ol- duğunu göstərir.Bu həm də qumar oyunlarına qarşı ehtiraslı marağı, azyaşlı 1  qız uşağını pozması(“Etiraf”)kimi onun öz həyatına aid bəzi faktlardan qaynaqlanır.Bu ziddiyyət belə həll olunur: Dostoyekskini cinayətkara çevirə biləcək destruktivliyə gülcü meyilliliyi həyatında əsas etibarilə onun özünə yönəldilib(yəni xaricə deyil, daxilə yö- nəldilib), odur ki, özünü mazoxizmdə və günah hissində göstərir. 

Hər halda,onun xarakterində hər şeyə cırnamağında, əzab verməyində,hətta ən sevdiyi adamlara belə dözümsüz- lük göstərməsində,eləcə də oxucuya müraciət manerasında təzahür edən sadizm əlamətləri az deyil. Demək, xırda şeylərdə o, kənara, mühüm məsələlərdə isə özünə qarşı sadistdir, yəni əslində mazoxistdən başqa bir şey deyil. O, mazoxist, üzüyola, xeyirxah və həmişə kömək əli uzatmağa hazır olan bir insandır.  

Dostoyevskinin mürəkkəb şəxsiyyətindən 3 faktoru seçmişik-onlardan biri kəmiyyət,digər 2-si isə keyfiyyət fak- torlarıdır. Onun emosional həyatının qeyri-adi gərginliyi, anadangəlmə cinsi pozğunluğa instinktiv meyli(bu onun sadomazoxist və cinayətkar 2 insan olduğunu qaçılmaz şəkildə ortaya qoyur) və təhlilə gəlməyən yaradıcılıq iste- dadır.Bunların 1 araya gəlməsi nevroz olmadan da tam mümkündür:çünki nevroza aidiyyəti olmayan yüz faizli ma- zoxistlər var.Bununla birlikdə,instinktiv istəklərlə onlara qarşı duran qadağalar(buraya ucaltma metodlarını da əlavə etsək) arasındakı güclərin tarazlığı Dostoyevskinin “instinktiv xarakter” adlandırılan təbəqəyə aid olunmasını zəruri edir.Lakin onda həmdə nevrozun olması vəziyyəti əməlli-başlı qəlizləşdirir.Haqqında bəhs etdiyimiz faktor- ların nevroza ehtiyacı olmadığını demiş olsaq da,gərək unutmayaq ki,“mən”(eqo)tərəfdən cilovlanması gərək olan nizamsızlıqlar nə qədər çoxolarsa,nevrozun yaranması da o qədər asanlaşır.Çünki nevroz eqonun(mən”in)1 sintezə müvəffəq olmadığını göstərən işarədir və “mən” bunun əvəzini öz tənhalığı ilə ödəmiş olur.

Bəs,Dostoyevskinin nevrozu özünü nədə göstərir? Dostoyevski özünü epileptik adlandırırdı və başqaları da şüu- runu itirməsi,qıc olma və kəskin ruh düşkünlüyü ilə müşayiət olunan ağır tutmalarını əsas gətirərək onun epilepsiya xəstəsi olduğuna inanırdılar.Əslində isə epilepsiya adlandırdıqları Dostoyevskinin keçirdiyi nevrozun 1 simptomu idi ki,bu halda həmin xəstəliyi ister o epilepsiya,başqa sözlə,ağır epilepsiya kimi müəyyənləşdirmək olar. 2 səbəbə görə bunu tam əminliklə təsdiqləyə bilmirik: I-si,ona görə ki,epilepsiya adlandırılan anamnez tutmalar haqqında məlumatlar yetərincə və etibarlı deyil, II də xəstəlik hallarına aid epletoid tutmalarla bağlı anlayış hələ aydın deyil. 

Əvvəlcə ll məqamı nəzərdən keçirək. Qarşımızdakı problemə işıq salmayacağı üçün tutma patalogiyasını uzun-uzadı araşdırmağa ehtiyac yoxdur. Yüz illərdir məlum olan morbus sacer 1 klinik reallıq kimi mövcuddur. Bu qor- xunc xəstəliyin xarici görünüş baxımından səbəbsiz kimi görünən çılğınlıqlar,insanı təşvişə və aqressivliyə yönəlt- məsi, bütün zehni fəaliyyətləri tədricən zəiflətməsi məlum gerçəkliklərdi.Ancaq bunların sərhədləri dəqiq müəyyən ləşdirilməmişdi.Başlanğıcda dilin qatlanması və  sidik qaçırdılması kimi hallarla özünü göstərən və getdikcə xəstə- nin özünü təhlükəli şəkildə yaralamasına səbəb ola bilən“statusepiletikus”a gətirib çıxaran təhlükəli tutmalar; qısa müddətli özündən getmə hallarına,ya da baş hərlənməsinə çevrilə bilər,xəstənin sanki şüur xaricinin təsirində özün- dən asılı olmadan göstərdiyi davranışlar kimi də başa düşülə bilər.Bu tutmalar,adətən,ilk baxışdan anlaya bilməyə- cəyimiz sırf fiziki səbəblərdən yaransa da, ilk dəfə sadəcə, psixoloji səbəblərlə(məsələn, qorxu ilə)bağlı ola bilər və ya başqa vəziyyətlərdə ruhi həyəcanlardan asılı ola bilər.



Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin