Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə6/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   2   3   4   5   6   7   8   9   ...   54
Ədəbi tənqid. cavab

Persona arxetipi. Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və Animus arxetipi. Anima və Animus iki bir biri ilə bağlı arxetipdir. Faktiki olaraq fərd tərəfindən dərk olunmurlar. Anima - latın dilində "qəlb", animus isə "ruh" deməkdir. Anima kişidə qadın başlanğıcı, animus isə qadında kişi başlanğıcı obrazında çıxış edən şüursuz təsəvvürlərdir. Məhəbbət və nifrət hissləri bu əsasda yaranır. Düşünmək, hiss etmək, həyatı və dünyanı, allahı və insanı dərk etmək anima və animusun fəaliyyət üsuludur. Təbiət etibarilə anima erotik və emosional, animus isə düşünən və tənqididir. Real həyatda anima və animus kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Anima kişidə qadınlığın, animus qadında kişiliyin təzahürüdür, çünki junga görə elə bir kişi yoxdur ki onda qadından nəsə olmasın, eyni zamanda da əksinə. Tamamilə animusun təsirinə düşən qadın qadınlığını itirmək təhlükəsindədir və animanın göstərişlərinə sözsüz əməl edən kişi "qadınlaşa" bilər. Animanın inkişafının 4 mərhələsi mövcuddur: bioloji qadın- həvva, romantik və estetik səviyyəli seksual və erotik qadın - troyalı yelena, dini pərəstiş obyekti olan ruhi ana- məryəm və müdrikliyi təcəssüm edən sofiya. Animus da öz növbəsində 4 mərhələdən keçir: yüksək enerji və fiziki qüvvəyə sahib kişi - herkules, dərrakəli, məqsədyönıü, qadını öz işgüzarlığı ilə cəzb edən- yupiter, böyük həyat təcrübəsi olan, bilikli kişi - alim, professor və s. və dindar və yaradıcı kişi -hermes. Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin