Su höVZƏLƏrinin sahənin tullantilari ilə ÇirkləNMƏ MƏNBƏLƏri və Çirkab sularin emal üsullarinin təsnifati neftin emalı zamanı əmələ gələn çirkab suların əsas mənbələri


Susuzlaşdırma və duzsuzlaşdırma prosesi



Yüklə 0,76 Mb.
səhifə2/16
tarix10.12.2023
ölçüsü0,76 Mb.
#139120
1   2   3   4   5   6   7   8   9   ...   16
C fakepath NQE v NKS MM mьh.mater

Susuzlaşdırma və duzsuzlaşdırma prosesi.
Neft mədənlərindən qəbul olunan neftin tərkibində 2%-ə qədər su və 0,5%-ə qədər duz olur. Hansı ki, tərkibində 0,0005%-dən çox duz, və 0,1% su olmayan neftemal üçün yararlı hesab olunur.
Buna görədə emala verilən neft əvvəlcə susuzlaşdırılır və sonra xüsusi elektroduzsuzlaşdırıcı qurğuda (EDQ) duzsuzlaşdırılır.Xam neftə əvvəlcə su əlavə edirlər, sonra əmələ gəlmiş emulsiyanı iki pillədə- əvvəlcə 75-800S temperaturda termiki duruldurlar, sonra isə EDQ-da emulsiya ayrılır və susuzlaşdırılır.
Davamlı emulsiyaları parçalamaq üçün OP-7, OP-10 (köpük əmələ gətirən) , dissolvan və b. demulqatorlardan istifadə olunur. EDQ-dan atılan sular xüsusi kanalizasiya sisteminə axıdılır. Bu suyun tərkibində duzlar, neft, kükürdlü birləşmələr, və neftin tərkibində qarışıq şəklində olan başqa maddələr olur.
Neftin atmosfer və vakkum emalı.
Neft emalının ilkin texnoloji prosesi duru distillatın və yağ fraksiyasının borulu atmosfer-vakkum qurğusunda (BAVQ) bir başa qovma ilə alınmasıdır. Neft EDQ-dan sonra istidəyişdiriciyə verilir, sonra BAVQ-nun atmosfer hissəsində sobada qızdırılır və rektifikasiya kalonuna (atmosfer) verilir və orada yüngül məhsullara parçalanır. Kalonun şəffaf məhsulları-benzin, kerosin və dizel yanacağı – istidəyişdiricilərdə soyudulur və kondensatorlarda kondensləşdirilir.Qalıq neft məhsulları kalonun aşağı hissəsindən borulu sobadan vakkum kalonunun vakkum hissəsinə daxil olur və nəticədə vakkumda qovma ilə yağ distillatı və kub qalığı alınır. Neftin ilkin qovma prosesində kükürdlü birləşmələr parçalanır və onlardan bir hissəsi şəffəf distillatlara, bir hissəsi isə qaza və neft qalıqlarına keçir.
Qarışdırıcı barometrik kondensatorda vakkum BAVQ-da suyun neft məhsullarının buxarları və qazla (toxunması) qarışması nəticəsində yaranır. Nəticədə işlənmiş sular neft buxarları və hidrogenxloridlə çirklənir. Buna görə də son zamanlar qarışdırıcı barometrik kondensatorlar səth tipli kondensatorlarla əvəz olunur ki, bu kondensatorlarda su ilə qarışmır.
Neftin bir başa qovulmasında iki növ məhsul alınır: distillat (benzin, kerosin, liqroinlər, dizel yanacağı və solyar yağı) və çöküntülər (qalıqlar) (mazut, qudron, qazoyl).
Kükürdlü birləşmələr metaldan olan texnoloji avadanlıqlar üçün aqressiv olduğu üçün əmtəə məhsulunun tərkibində belə birləşmələr olmamalıdır. Buna görə də neft məhsullarını qələvinin sulu (NaOH) məhlulu ilə yumaqla kükürdlü birləşmələrdən təmizləyirlər. Bu zaman neft məhsullarından merkaptanlar, hidrogenkükürd (H2S), başqa kükürdlü birləşmələr və eləcədə fenol qələvi məhluluna keçir. Qələvi məhlulu təkrar istifadə olunduğundan çoxlu miqdarda kükürdlü və başqa birləşmələrlə çirklənir və xüsusi kanalizasiya sisteminə axıdılır.
Beləliklə, neftin BAVQ- emalı zamanı neftlə, neft məhsulları və kükürd birləşmələri ilə çirklənmiş sular əmələ gəlir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin