Şüa terapiyası


) Tüpürcək vəzi şişlərində neoadyuvant radioterapiyanın effekti necədir?



Yüklə 1,32 Mb.
səhifə7/15
tarix21.10.2017
ölçüsü1,32 Mb.
#7891
1   2   3   4   5   6   7   8   9   10   ...   15

331) Tüpürcək vəzi şişlərində neoadyuvant radioterapiyanın effekti necədir?
A) Şüa müalicəsindən (cəmi 45-50 Qr mənbə dozasında) sonra 50% xəstədə lokal kontrol

B) Şüa müalicəsindən sonra 80% xəstədə lokal kontrol

C) Foton və ya elektronla şüa müalicəsindən (cəmi 66-70 Qr mənbə dozasında) sonra 50% xəstədə lokal kontrol

D) Şüa müalicəsindən (cəmi 66-70 Qr mənbə dozasında) sonra 80% xəstədə lokal kontrol

E) Foton və ya elektronla şüa müalicəsindən (cəmi 40-45 Qr mənbə dozasında) sonra 70% xəstədə lokal kontrol
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.887
332) Qalxanabənzər vəzinin differensassiya olmamış və medulyar xərçəngində radioterapiya aparılır?
A) Elektronlarla+ radioaktiv yodla

B) Fotonlarla və ya elektronlarla

C) Radioaktiv yodla

D) Radioaktiv yod+ fotonlarla

E) Fotodinamik radioterapiya
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 176
333) Qalxanabənzər vəzinin xərçəngində radioaktiv yodla müalicə hansı doza və ritmdə aparılır?
A) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır. Müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalırsa radioyodoterapiya davam etdirilir (cəmi 12-18 kurs müalicə aparıla bilər)

B) Ssintoqrafiya aparılır və “isti” ocaqlar varsa radioyodoterapiya aparılır. Xəstələrə 300-450 mKi aktivlikdə 131I verilməsi optimaldır

C) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır

D) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır. Təkrar müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalırsa radioyodoterapiya davam etdirilir (cəmi 2-8 kurs müalicə aparıla bilər)

E) Xəstələrdə 300-450 mKi aktivlikdə 131I verilməsi optimaldır. Təkrar müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalırsa radioyodoterapiya davam etdirilir (cəmi 2-8 kurs müalicə aparıla bilər)
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 178
334) Qida borusu xərçəngində qeyri və ya şərti radikal operasiyalardan sonra radioterapiya hansı dozada aparılır?
A) Rezeksiya olunmuş şişin yatağı 40-45 Qr dozada şüalandırılır

B) Qida borusu 40-45 Qr dozada şüalandırılır

C) Qida borusu 30-35 Qr dozada şüalandırılır

D) Şişin yatağı 30-35 Qr dozada şüalandırılır

E) Rezeksiya olunmuş şişin yatağı 60-65 Qr dozada şüalandırılır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 191
335) Qida borusu xərçəngində klassik rejimdə aparılan radikal şüa müalicəsindən sonra yaşama göstəriciləri?
A) 3 il 6.2% xəstə yaşamışdır

B) 5 il 2.2% xəstə yaşamışdır

C) 3 il 36.2% xəstə yaşamışdır

D) 5 il 26.2% xəstə yaşamışdır

E) 5 il 16.2% xəstə yaşamışdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 198
336) Düz bağırsağ xərçənginin yerli yayılmamış formasında daha effektli müalicə?
A) Operasiyaünü şüa

B) Operasiyaünü dərman + şüa

C) Operasiyaünü dərman

D) Operasiya

E) Şüa
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.1380
337) Kiçik hüceyrəli ağciyər xərçənginin yerli yayılmamış formalarında şüa müalicəsi hansı məqsədlə aparılır?
A) Aparılmır

B) Ürək çalışmamazlığında

C) Dərman müalicəsindən sonra alınmış tam və ya hissəvi remissiyanın konsolidasiyası məqsədi ilə və ya baş onurğa beyninə metastaz olduqda

D) Tənəffüsün bərpası üçün

E) Bütün xəstələrə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 221
338) Kiçikhüceyrəli ağciyər xərçəngində baş beynin profilaktik şüalandırması hansı dozada həyata keçirilir?
A) 20 Qr

B) 50 Qr


C) 30 Qr

D) 10 Qr


E) 65-70 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 222
339) Radikal şüa müalicəsi sərbəst metod kimi qeyri-kiçik hüceyrələri ağciyər xərçənginin I-III mərhələsində hansı xəstələrə təyin edilir?
A) Leykopeniya olduqda

B) Hepatit olan xəstələrə

C) Bütün xəstələrə

D) İnkurabel və ya operasiyadan imtina edən xəstələrə

E) Biricili şiş 3 sm-dən böyük olduqda
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
340) Kurabel və operabel ağciyər xərçəngində radioterapiyanın cərrahi müdaxilədən qabaq təyin edilməsi nə üçün məqsədəuyğundur?
A) Nəticədə operasiya zamanı qanaxma azalır

B) Nəticədə yüksək proliferativ aktivliyə malik şiş hüceyrələrinin məhvi, şişin ölçülərinin kiçilməsi operasiyanın aparılması üçün daha optimal ablastik şəraitin yaradılması

C) Nəticədə operasion yara tez sağalır

D) Nəticədə Go fazasında olan hüceyrələr məhv olunar

E) Nəticədə operasiya zamanı qanaxma azalır və operasion yara tez sağalır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
341) Ağciyərlərin periferik şişlərində birinci şişdən ağciyər kökünə gedən “yolun” şüalanma sahəsinə salınması (peribronxial və penrivaskulyaor şiş infeksiyası) vacibdirmi?
A) Limfa düyünlərində metastaz olarsa

B) Mütləqdir

C) Qəti olmaz

D) Mütləq deyil

E) Şişin ölçüsündən asılıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
342) Ağciyər xərçəngində cərrahi müdaxilədən sonra radioterapiyanın təyin edilməsi nə üçün məqsədəuyğundur və hansı dozada aparılır?
A) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər, sonra isə şüalanma sahələri kiçildilməklə ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər

B) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər

C) Ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər

D) Operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər

E) Aparılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
343) Yuinq sarkomasında radioterapiya hansı dozada aparılır?
A) Şiş hüceyrələrinin tam eradikasiya üçün 30-35 Qr radikal doza hesab edilir

B) Toxumadaxili 100-110 Qr

C) Müştərək 90-100 Qr

D) Aparılmır

E) Şiş hüceyrələrinin tam eradikasiya üçün 50-60 Qr radikal doza hesab edilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 223
344) Yuinq sarkomasında radioterapiya həcmi necədir və hansı dozada aparılır?
A) Bu zaman zədələnmiş sümük 40 Qr, patoloji proses və ətraf 4-5 sm normal toxumalarda daxil olmaqla 50 Qr və şişin özü 60 Qr dozada şüalandırılır

B) Ancaq şişin özü 60 Qr

C) Zədələnmiş sümük tam 60 Qr

D) Ancaq şişin özü 40 Qr

E) Zədələnmiş sümük tam 40 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 233-234
345) Estezioneyroblastomada radioterapiya nə vaxt təyin edilir?
A) Diaqnoz qoyulduqdan sonra

B) Xəstəliyin yayılmış formalarda kimyəvi dərmanlara bir neçə kurs polikimyaterapiyadan sonra

C) Bütün xəstələrə

D) Xəstəliyin yerli formalarında qeyri- radikal operasiyadan sonra şişin yatağı və regionar zonalara 50-55 Qr dozada

E) Təyin edilmir
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 77
346) X-histiositozunda (eozinifil qranulema, Letter-Sive xəstəliyi, Hend-Şuller-Krisçen xəstəliyi) radioterapiya hansı dozada aparılır?
A) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,8 Qr olmaqla, cəmi 60 Qr

B) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,0 Qr olmaqla, cəmi 10 Qr

C) Şüa müalicəsi birdəfəlik mənbə dozası 2.0 Qr olmaqla, cəmi 40 Qr

D) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 20-30 Qr

E) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 50-60 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 191
347) Kaposi sarkomasının yerlı formalarında radioterapiya hansı dozada aparılır?
A) Elektronlarla birdəfəlik mənbə dozası 2 Qr həftədə üç dəfə cəmi 45-50 Qr

B) Fotonlarla birdəfəlik mənbə dozası 2 Qr olmaqla həftədə beş dəfə cəmi 40 Qr

C) Fotonlarla birdəfəlik mənbə dozası 8-10 Qr həftədə bir dəfə cəmi 15-20 Qr, birdəfəlik mənbə dozası 4 Qr həftədə bir dəfə cəmi 15-20 Qr

D) Elektronlarla birdəfəlik mənbə dozası 10 Qr həftədə iki dəfə cəmi 60 Qr

E) Elektronlarla birdəfəlik mənbə dozası 1Qr həftədə iki dəfə cəmi 10 Qr+ fotonlarla birdəfəlik mənbə dozası 2 Qr olmaqla həftədə beş dəfə cəmi 40 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 120-121
348) Vipomaların inoperabel-inkurabel hallarında radioteraoiya hansı dozada aparılır?
A) 35-40 Qr

B) Regionar zonalar 25-30 Qr dozada

C) Şiş və regionar zonalar 55-60 Qr dozada

D) Toxumadaxili 110-110 Qr

E) Aparılmır
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 56
349) Pineal şişlərdə radioteraoiya hansı dozada aparılır?
A) Baş beynin 40 Qr total və əlavə olaraq 1-li mənbə 15 Qr

B) Aparılmır

C) Baş beynin 40 Qr total

D) Ancaq şiş 40 Qr

E) Ancaq şiş 60 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 97
350) Yuvenil angiofibromada radioterapiya hansı dozada aparılır?
A) Şiş 55-60 Qr dozada

B) Ancaq şiş kəllə əsasına sirayət etdikdə isə 40-46 Qr dozada

C) Şiş 30 Qr dozada şüalandırılır

D) Aparılmır

E) Prosesin 1 və 2-ci 30-36 Qr, şiş kəllə əsasina sirayət etdikdə isə 40-46 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 154
351) Feoxromositomada hansı şüalanmadan istafadə edilir?
A) Distansiyalı

B) Kontakt

C) Distansiyalı+ kontakt

D) Orqandaxili

E) 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG),
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
352) Süd vəzisi xərçəngində radikal mastektomiyadan sonra döş qəfəsinin ön divarı hansı sahələrdən şüalandırılır?
A) Ön sahələrdən

B) Ön və arxa sahələrdən

C) 2-ön və arxa sahələrdən

D) 2-medial və lateral tangensional sahələrdən

E) Bir ön və ya 2-ön və arxa sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
353) Süd vəzisi xərçəngində regionar limfa düyünlərinin-qoltuqaltı, körpücükaltı və-üstü nahiyələrinin şüalandırması sərhədləri necədir?
A) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan birinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 10 sm xaricə

B) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan beşinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 5-6 sm xaricə

C) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan altıncı qabırğanın yuxarı səthi, daxildən orta xəttən 8 sm xaricə

D) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan ikinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 1-2 sm xaricə

E) Yuxarıdan-qoltuqaltı sahənin aşağı səthi, körpücük sümüyünün ortasına qədər, aşağıdan ikinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 1-2 sm xaricə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
354) Radikal mastektomiyadan sonra şişin ölçüləri 3,2 sm və regionar lımfa düyünlərində metastaz təyin edilməmişsə operasiyadan sonrakı radioterapiya necə aparılır?
A) Braxioterapiya

B) Müştərək

C) Qeyri-radikal dozada

D) Radikal dozada

E) Aparılmır
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.1225
355) Süd vəzisi xərçəngində sektoral rezeksiya+qoltuğaltı lımfadenoektomiyadan sonra radioterapiya necə aparılır?
A) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada, sonra şişin yatağı əlavə 10-15 Qr 60 Qr qədər

B) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada

C) Regionar zonalar 45-50 Qr dozada

D) Şişin yatağı 10-15 Qr 40 Qr

E) Aparılmır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287-288
356) Süd vəzisi xərçəngində radioterapiya müstəqil müalicə metodu kimi operasiya aparılmasına əks-göstəriş olan və ya cərrahi müdaxilədən qəti imtina edən xəstələrə necə aparılır?
A) Süd vəzisi və regionar zonalar 50-60 Qr

B) Aparılmır

C) Süd vəzisi və regionar zonalar 50-60 Qr, birinci şiş kiçildilmiş sahələrdən əlavə (braxioterapiya) 15-20 Qr dozada

D) Braxioterapiya 50-60 Qr

E) Birinci şiş kiçildilmiş sahələrdən 45-50 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 291.
357) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı sahələr daxil edilir?
A) Süd vəzi+ döş əzələləri

B) Süd vəzi, döş əzələləri və döş qəfəsi divarı

C) Döş qəfəsi divarı

D) Döş əzələləri və döş qəfəsi divarı

E) Süd vəzi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
358) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı həcmi əhatə edilir?
A) Daxildən-sternal xətdən 4-5 sm yuxarı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə və ya daxili qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm aşağı

B) Daxildən-sternal xətdən 4-5 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya lateral qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə medial qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 6-7 sm aşağı

C) Daxildən-sternal xətdən 4-5 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm daxil

D) Daxildən-sternal xətdən 4-5 sm aşağı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm medial və ya kənar qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm aşağı

E) Daxildən-sternal xətdən 4-5 sm daxilə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə, və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 4 sm aşağı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
359) Prostat vəzi xərçənginin distansiyalı şüa müalicəsində şüalanmaya hansı sahələr daxil edilir?
A) Prostat vəzi, regionar limfa düyünləri

B) Prostat vəzi, toxum kisəciyi, sidik kisəsinin boynu

C) Prostat vəzi, paraprostat toxumaları

D) Prostat vəzi, paraprostat toxumaları, toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri

E) Toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 351
360) Prostat vəzi xərçənginin distansiyalı şüa müalicəsində hədəfin sərhədləri necədir?
A) Yuxarı sərhədi I-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun aşağı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

B) Yuxarı sərhədi 1-ci bel fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı-sarkum fəqərəsi, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

C) Yuxarı sərhədi 2-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun yuxarı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını xarici kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

D) Yuxarı sərhədi I-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun aşağı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

E) Yuxarı sərhədi 1-ci sakrum fəqərəsi (daxili qalça limfa kollektorlarının xarici qalça damarına keçdiyi səviyyə), aşağı anusun aşağı kənarı səviyyəsində, yan sərhədi çanaq boyunca və ya çanaq sümüklərin divarı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 351
361) Braxiterapiya sözü nə deməkdir?
A) Yalnız toxumadaxili şüa müalicəsi

B) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi

C) Yalnız boşluqdaxili şüa müalicəsi

D) Radionuklid kapsulların şişlə uzaq məsafədə terapevtik istifadəsi

E) Yalnız applikasion şüa müalicəsi
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
362) İlk dəfə braxiterapiyanın əsası neçənci ildə qoyulmuşdur?
A) 1945-ci il

B) 1930-ci il

C) 1918-ci il

D) 1901-ci il

E) 1961-ci il
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
363) Braxiterapiyanın hansı metodları mövcuddur?
A) Toxumadaxili, endovaskulyar

B) Toxumadaxili, boşluqdaxili, applikasion

C) Boşluqdaxili, applikasion

D) Toxumadaxili, endolyuminal, boşluqdaxili, applikasion, endovaskulyar

E) Endolyuminal, endovaskulyar
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002. page 6-14
364) Braxiterapiyanın hansı növləri mövcuddur?
A) LDR- aşağı doza gücü,HDR- yüksək doza gücü

B) LDR- aşağı doza gücü ,MDR- orta doza gücü

C) HDR- yüksək doza gücü

D) LDR-aşağı doza gücü ,MDR-orta doza gücü ,HDR-yüksək doza gücü

E) MDR- orta doza gücü,HDR- yüksək doza gücü
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
365) LDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 12 qr/saat

B) 12 qr/saat

C) 2 qr/saat

D) 6-12 qr/saat

E) 2-6 qr/saat
Ədəbiyyat: GEC ESTRO Handbook of Brachytherapy 2002 .page 103-116
366) MDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 2 qr/saat

B) 12 qr/saat

C) 12 qr/saat

D) 2-12 qr/saat

E) 6-12 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002 . page 103-116
367) HDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 2 qr/saat

B) 12 qr/saat

C) 12 qr/saat

D) 2-6 qr/saat

E) 6-12 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
368) Uşaqlıq boynu xərçənginin hansı mərhələsində müştərək şüa müalicəsi

tətbiq edilir?
A) 1a,1b,2a,2b,3a,3b

B) 2a,2b,3a

C) 1a,1b,2a,2b

D) 1a,1b,2a.2b,3a,4a,4b

E) 3a,3b,4a,4b
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина 1989.стр. 240-260
369) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsinə əksgöstərişlər hansıdır ?
A) İltihabi proseslər, hamiləlik

B) İltihabi proseslər, uzaq metastazlar

C) İltihabi proseslər, uzaq metastazlar, xarici cinsi orqanların inkişaf patologiyası, uşaqlıq və yumurtalığın şişi, hamiləlik

D) Xarici cinsi orqanın inkişaf patologiyası

E) Hamiləlik
Ədəbiyyat: İ.İsayevin Bədxassəli şişlərin şüa müalicəsinin əsasları Bakı 2001.səh. 317-318
370) Uşaqlıq cismi xərçənginin müalicəsində şüa terapiyasından necə istifadə edilir?
A) Kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi

B) İstifadə edilmir

C) Radikal müştərək şüa müalicəsi, kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi, paliativ

D) Kompleks müalicəsinin komponenti kimi, paliativ

E) Radikal və paliativ şüa müalicəsi
Ədəbiyyat: Рак шейки и тела матки, Марьина Л.А., Нечушкин М.И., 2004. стр.264-306
371) Uşaqlıq cismi xərçənginin müalicəsində radikal şüa terapiyası nə zaman tətbiq edilir?
A) Uşaqlıq cismi xərçənginin lokal və qeyri-operabel formalarda

B) Ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda

C) Ümumi somatik əksgöstəriş olduqda, cərrahi əməliyyatdan imtina edildikdə

D) İstifadə edilmir

E) Cərrahi əməliyyata ümumi somatik əksgöstəriş olduqda,qeyri-operabel formalarda,cərrahi əməliyatdan imtina edildikdə
Ədəbiyyat: Рак шейки и тела матки , Марьина Л.А., Нечушкин М.И., 2004. стр.272-273
372) Uşaqlıq cismi xərçənginin şüa müalicəsi zamanı hansı şüa sahələrindən istifadə oluna bilər?
A) İndividual seçilir

B) Hərəkətli sektor- 6 hərəkət mərkəzindən

C) Statik 2 qarşı-qarşıya , hərəkətli sektor – 4 hərəkət mərkəzindən

D) Statik 4 çəp şüa sahələrindən

E) Statik 8 çəp şüa sahələrindən
Ədəbiyyat: Practical Radiotherapy Planming , Jane Dobbs 1999
373) Uşaqlıq yolu xərçəngində hansı şüa terapiyası metodlarından istifadə edilir?
A) Distansiyalı qamma terapiya, toxumadaxili braxiterapiya

B) İstifadə olunmur

C) Distansiyalı qamma terapiya

D) Toxumadaxili və boşluqdaxili braxiterapiya

E) Distansiyalı qamma terapiya, toxumadaxili və boşluqdaxili braxiterapiya
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
374) Uşaqlıq yolu xərçənginin I-ci mərhələsində şüa müalicəsinin hansı metodundan istifadə edilir?
A) Distansiyalı qamma terapiya

B) Distansiyalı qamma terapiya, braxiterapiya

C) Rentgenterapiya

D) Braxiterapiya

E) Distansiyalı, rentgenterapiya
Ədəbiyyat: Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, İ.İsayev, 2001. səh 303-308
375) Uşaqlıq cismi xərçənginin 1a mərhələsində nə zaman cərrahi əməliyyatdan sonra şüa terapiyası istifadə olunur?
A) Risk faktorları müsbət və aşağı differensasiyalı xərçənglərdə

B) Risk faktorlarının olub-olmamasından asılı olmayaraq, aşağı differensasiyalı xərçənglərdə

C) Risk faktorları müsbət olarsa

D) İstifadə olunmur

E) Risk faktorları mənfi olduqda
Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008
376) Uşaqlıq cismi xərçənginin 2a mərhələsində nə zaman cərrahi əməliyyatdan sonra tək braxiterapiya aparılır?
A) Orta və aşağı differensasiyalı xərçənglərdə

B) Miometrial invaziya ≥50 %,orta differensasiyalı xərçənglərdə

C) Tək braxiterapiya istifadə edilmir

D) Miometrial invaziya ≤50 % ,yüksək differensasiyalı xərçənglərdə

E) Miometrial invaziya ≥50 %,aşağı differensasiyalı invaziya
Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin