Şüa terapiyası


) Müştərək şüa müalicəsi nədir?



Yüklə 1,32 Mb.
səhifə6/15
tarix21.10.2017
ölçüsü1,32 Mb.
#7891
1   2   3   4   5   6   7   8   9   ...   15

296) Müştərək şüa müalicəsi nədir?
A) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

B) Boşluq və toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

C) Neytron terapiyası

D) Elektron və qamma şüalanmasından birlikdə istifadə edilməsi

E) Radioaktiv yodla müalicəsi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p. 424
297) Yerli yayılmamış, operabel şişlərlə operasiyaönü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Şiş toxumasında proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

B) Şiş toxumasında hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

C) Şiş toxumasında proliferativ aktivliyi aşağı olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünən, aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin artmasına və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

D) Şiş toxumasında proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

E) Orqanizmdə proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.84
298) Şişin yerli yayılmış mərhələsində əməliyyat önü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Ancaq orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsini məqsədi ilə aparılır

B) Xəstələrin subyektiv halının yaxşılaşması məqsədi daşıyır

C) Şişin ölçülərinin kiçilməsi və operabel mərhələyə keçməsi, eyni zamanda orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsinə şərait yaradır

D) Limfodisseksiya aparılmasına ehtiyyac azalır

E) Xəstələrdə operasiya zamanı qanaxma riskini azaldır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
299) Böyük franksiyalı operasiaönü radioterapiya hansı cəmi mənbə dozasında aparılır və operasiya şüa müalicəsindən necə gün sonra aparılır?
A) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün, 46-8 franksiya aparılır, operasiya 2-4 həftədən sonra həyata keçirilir

B) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün, 4-5 franksiya aparılır, operasiya 10-14 həftədən sonra həyata keçirilir

C) Birdəfəlik mənbə dozası 2-3Qr olmaqla, hər gün, 4-5 franksiya aparılır, operasiya 2-4 həftədən sonra həyata keçirilir

D) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, gündə 2 dəfə, 4-5 franksiya aparılır, operasiya 2-4 həftədən sonra həyata keçirilir

E) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün, 4-5 franksiya aparılır, operasiya 2-4 həftədən sonra həyata keçirilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
300) İntraoperasion şüalanma aparılmasında məqsəd nədir və bu metod nə zaman həyata keçirilir?
A) Qanaxma təhlükəsi olduqda operasiyanın həcmini azaltmaq məqsədi ilə

B) Ancaq normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman, böyük dozada müalicə imkanı yaradır

C) Operasiya vaxtı normal toxumaların zədələnməsini minimuma etdirməklə patoloji prosesi böyük dozada şüalandırmaq, residivlərin müalicəsində, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

D) Müalicə vaxtı və operasiyanın həcmini azaltmaq məqsədi ilə vəziyyəti ağır olan xəstələrdə

E) Ancaq şişin redisivi olduqda, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.86
301) Operasiyadan sonra aparılan şüa müalicəsində məqsəd nədir?
A) Leykositoz və temperaturası olan xəstələrdə simptomatik məqsədi ilə

B) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə, operasiyaünü şüa müalicəsindən sonrakı radiasiya dozanın artırılması üçün

C) Şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalan və ya qala bilən şiş hüceyrələrinin məhv edilməsidir

D) Operasiyaünü şüa müalicəsindən sonra dozanın artırılması

E) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.87
302) Müalicəvi şüa patomorfozu nədir?
A) İonlaşdırıcı şüaların orqanizmdə yaratdığı mikroskopik və morfoloji dəyişikliklər

B) İonlaşdırıcı şüaların qayda və birləşdirici toxumada yaratdığı morfoloji dəyişikliklər

C) İonlaşdırıcı şüaların birləşdirici toxumasında yaratdığı morfoloji dəyişikliklər

D) İonlaşdırıcı şüaların qayda yaratdığı morfoloji dəyişikliklər

E) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.89-90
303) Dodaq qırmızı haşiyəsinin şişlərinin hansı mərhələsində radikal şüa müalicəsi təyin edilir?
A) III mərhələ

B) II-III mərhələ

C) I və II mərhələ

D) I-III mərhələ

E) I mərhələ
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100
304) Dodaq qırmızı haşiyəsinin şişlərinin radikal şüa müalicəsi (T1-2N0M0) hansı dozada təyin edilir?
A) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 35-40Qr

B) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 65-70Qr

C) Birinci patoloji ocaq-65-70 Qr

D) Birinci patoloji ocaq-45-50 Qr, reqionar limfa düyünləri 35-40Qr

E) Birinci patoloji ocaq-35-40 Qr, reqionar limfa düyünləri 35-40Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100-102
305) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərində radioterapiyanın hansı metodu

daha yüksək effekt verir?
A) Braxioterapiya

B) Teleqammaterapiya

C) Müştərək şüa müalicəsi

D) Braxioterapiyavə radioaktiv yod

E) Radioaktiv yod
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.110-120
306) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərinin radikal dozada neçə sahələrdən həyata keçirilə bilər?
A) Əvvəl, sonra 5-6 3 sahədən

B) 1 3 sahədən

C) 1 sahədən+radiomodifikatorlar

D) 2-3 sahədən

E) 5-6 sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.126
307) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərində radioterapiyadan sonra 5 il yaşayan xəstələrin sayı ən çox?
A) 35-40 % təşkil edir

B) 50 % dən çox təşkil edir

C) 15-20 % təşkil edir

D) 2-5 % təşkil edir

E) Heç kəs yaşamır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.128
308) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərində hansı fraksiyalı radioterapiya daha effektlidir?
A) Dinamik rejimi

B) Hiperfraksiyalı

C) Klassik

D) Multifraksiyalı

E) Surətləndirilmiş hiperfraksiyalı
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.920
309) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərinin kombinə olunmuş müalicəsində standart rejimdə operasiyaönü radioterapiya hansı dozada aparılır?
A) 20-25 Qr+hipertermiya

B) 34-40 Qr

C) 20-25 Qr+mizonidazol

D) 20-25 Qr

E) 60-65 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.128
310) Birinci mənbəyi məlum olmayan sahədən bəd xassəli şişin boyun limfa düyünlərinə metastazlar hədəfin sərhədləri və cəmi mənbə dozası təşkil edir?
A) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 20 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 30 Qr

B) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 50 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 10 Qr

C) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 50 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 10 Qr

D) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 50 Qr

E) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 60 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 20 Qr
Ədəbiyyat: Лучевая терапия в лечении рака., ВОЗ, 2000, стр. 67
311) Burun-udlaq şişlərində daha effektli müalicə metodu?
A) Ximioterapiya+radioterapiya

B) Ximioterapiya

C) İmmunoterapiya

D) Radioterapiya

E) Radioterapiya+ximioterapiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.832
312) Burun-udlaq şişlərində şüa müalicəsi aparıldıqda birinci şişin- hədəfin sərhədləri necədir?
A) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın ün kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

B) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

C) Yuxarı- beyincik, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

D) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

E) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa- onurğa beyni və yan-yuxarı çənə boşluğunun daxili divarları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
313) Burun-udlaq şişlərində regionar limfa düyünlərində metastaz olduqda radikal şüa müalicəsi hansı dozada aparılır?
A) Birinci şiş- 65-70 Qr, regionar zona- 70 Qr

B) Birinci şiş- 35-40 Qr, regionar zona- 55-60 Qr

C) Birinci şiş- 65-70 Qr, regionar zona- 35-40 Qr

D) Birinci şiş- 65-70 Qr, regionar zona- 55-60 Qr

E) Tək regionar zona- 55-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
314) Burun-udlaq şişlərində müasir multimodal terapiya nəticəsində prosesin I-II mərhələsində 5-illik yaşama göstəricisi?
A) 50%-dan az

B) 70% və ondan çox

C) 20-30%

D) 10-15%,

E) 90-95%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.134
315) Dil xərçəngində optimal radikal şüa müalicəsi necədir?
A) Distansiyalı statik 25-30 Qr+toxumadaxil 45-50 Qr, birincili şişdə cəmi doza 80 Qr

B) Elektronlarla şğalanma 40 Qr dozada

C) Distansiyalı qammaterapiya 60 Qr+ elektronlarla 40 Qr dozada

D) Distansiyalı qammaterapiya 60 Qr dozada

E) Toxumadaxil 55-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.116
316) Dil şişlərinin distansiyalı şüalanmasının aparılması üçün hədəfin sərhədləri necədir?
A) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi

B) Yuxarıdan 0.5 sm damaq əsasından aşağı, alt-dilaltı sümük, arxa alt çənə bucağı, ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

C) Yuxarıdan 2,0 sm beyin əsasından aşağı, alt-dilaltı sümük, arxa üst çənə bucağı, ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

D) Yuxarıdan 3,5 sm damaq əsasından aşağı, alt-dilaltı sümük, arxa alt çənə bucağı, ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

E) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi, yan- alt çənənin horizontal qolu
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.115
317) Qırtlaq-udlağın bəd xassəli şişlərin şüa müalicəsində birinci şişin- hədəfin sərhədləri necədir?
A) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın arxa divarı, dilaltı sümüyün cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

B) Yuxarı qırtlaq qapağının yan səthi, udlağın ağız hissəsinin ün divarı; ; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın ün-divarı, dilaltı sümüyün cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

C) Yuxarı qırtlaq qapağının aşağı səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın arxa divarı, dilaltı sümüyün cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

D) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın arxa divarı, dilaltı sümüyün cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

E) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın ün divarı, dilaltı sümüyün cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.138
318) Qırtlaq-udlağın bəd xassəlı şişlərində optimal radikal şüa müalicəsi hansı dozada aparılır?
A) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 35-40 dozada şüalandırılır. Radioterapiyanın I etapından sonra effekt olmadıqda cərrahi simptomatik müalicəsinin aparılması ön plana çıxır

B) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünləri şüalandırılmır. Radioterapiyanın I etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

C) Birincili şiş 65-70 Qr dozada şüalandırır. Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 35-40 dozada şüalandırılır. Radioterapiyanın I etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

D) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünləri 35-40 dozada şüalandırılır. Radioterapiyanın I etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

E) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 35-40 dozada şüalandırılır. Radioterapiyanın I etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 139
319) Qırtlaq-udlaq şişlərində multimodal müalicədən sonra 5 il yaşayan xəstələrin sayı?
A) 45-50%

B) 20-25%

C) 0%

D) 5-10%


E) 85-90%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 140
320) Qırtlağın bağüstü nahiyəsinin xərçəngində hədəfin şüalanma sərhədləri?
A) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-ün çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

B) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın yan qanadları

C) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-arxa qalxanabənzər qığırdağın qanadları

D) Yuxarı-qırtlar qapağının aşağı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

E) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
321) Qırtlağın bağüstü nahiyəsinin xərçəngində hədəf şüalandırılır?
A) 3 perpendikulyar sahədən

B) 1 perpendikulyar sahədən

C) Orqan daxilindən

D) 4-5 yan sahələrdən

E) 2 ön yan çəp və ya ön perpendikulyar + 2 ön yan çəp sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
322) Qırtlağın bağ hissəsinin şüalanmasından hədəfin sərhədləri necədir?
A) Yuxarı-dilaltı sümüyü, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

B) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan qalxanvari qığırdağın daxili kənarı

C) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

D) Yuxarı-təpə sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin arxa boynu, arxa-çalovabənzər qığırdaq, yan qalxanvari qığırdağın daxili kənarı

E) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-üzün çalovabənzər qığırdaq, yan-əlavə qalxanvari qığırdağın daxili kənarı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
323) Qırtlağın bağ hissəsinin şüalanması hansı sahələrdən aparılır?
A) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

B) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

C) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

D) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən

E) Beş ön çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
324) Qırtlağın bağaltı nahiyəsinin şüalanma sahələri necədir?
A) Beş ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

B) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

C) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

D) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

E) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
325) Qırtlaq şişin şüalanması zamanı Lermit sindromunun profilaktikası vacib şərt nədir?
A) Onurğa beyninin ionlaşdırıcı şüalanma təsirindən kənarlaşdırılması

B) Onurğa beyninin maksimal dozanın 15-20% və ondan az ionlaşdırıcı şüalanma təsirinə məruz qalmadı

C) Onurğa beyninin maksimal dozanın 60% və ondan çox ionlaşdırıcı şüalanma təsirinə məruz qalmadı

D) İntensiv simptomatik müalicənin aparılması

E) Hiperqlikemiyadan istifadə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 148
326) Qırtlaq şişin şüalanması zamanı cəmi mənbə dozası hansı hallarda 60-65 Qr catdırılır?
A) Bütün hallarda

B) Heç bir halda

C) Qammaterapiyada

D) Braxioterapiyada

E) 35-40 Qr dozadan sonra şişin rerqssiyası 50% və ondan çox olarsa
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 149-150
327) Qırtlaq xərçənginin III-IV mərhələlərində radioterapiyadan sonra 5 il yaşayır:?
A) 5-8% xəstələr

B) 25-30% xəstələr

C) 15-18% xəstələr

D) 55-58% xəstələr

E) 0% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
328) Qırtlaq xərçənginin I-II mərhələlərində radioterapiyadan sonra 5 il yaşayır?
A) 0% xəstələr

B) 60-80% xəstələr

C) 10-15% xəstələr

D) 25-30% xəstələr

E) 95-100% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
329) Qırtlaq şişin şüalanmasının həyat üçün təhlükəli ən ağır gec fəsadları?
A) Miokardit, pulmonit

B) Ödem, xondrit, mielit, nekroz

C) Mizoit, otit

D) Miozit, meningit

E) Olmur
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.994
330) Haymor boşluğu şişlərində radikal şüa müalicəsi hansı sahələrdən aparıla bilər?
A) Bir ön yan sahədən (sahə 6-7x6-7sm, 70-750 bucaq altında)

B) Bir ön (sahə 4-5x8-9sm, hərəkətli kəfkirli metodla (1200)

C) Hərəkətli kəfkirli metodla (1200)

D) İki yan (5-6x7-8sm) sahələrdən, hərəkətli kəfkirli metodla (1200), sahələrdən, hərəkətli kəfkirli metodla (1200)

E) İki ön yan sahələrdə (sahə 6-7x6-7sm, 70-750 bucaq altında), bir ön (sahə 4-5x8-9sm, dozanın 60-66%) və iki yan (5-6x7-8sm) sahələrdən, hərəkətli kəfkirli metodla (1200)
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 160


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin