Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə1/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
  1   2   3   4   5   6   7   8   9   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022


KİMYA-CAVABLAR

Sual 1. Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Kimyanın ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur və bunlardır:
*Maddə kütləsinin saxlanması qanunu
*Tərkibin sabitliyi qanunu
*Ekvivalentlər qanunu
*Kütlə nisbətləri qanunu
*Həcmi nisbətlər qanunu
*Avaqadro qanunu
Kütlə və enerjinin saxlanması qanunu
Bu qanun materiya və hərəkətin saxlanması qanunudur. 1748-ci ildə Lomonosov tərəfindən kəşf edilmişdir.
Kimyəvi reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir.
2 H2 + O2 = 2 H2O
4 32 36


Sual 2. Tərkibin sabitliyi qanunu


Bu qanun 1801-ci ildə fransız alimi Prust tərəfindən kəşf olunmuşdur.
Alınma üsulundan və şəraitindən asılı olmayaraq hər bir kimyəvi birləşmənin tərkibi sabit qalır.
CO2 – nin müxtəlif üsullarla alınmasına baxmayaraq onun kimyəvi tərkibi həmişə sabitdir:
C + O2 → CO2 CaCO3 → CaO + CO2
Bu qanun molekulyar quruluşlu sabit tərkibli birləşmələrə tam tətbiq olunur, lakin dəyişən tərkibli maddələrdə pozulur.

Sual 3,4,5. Ekvivalentlər qanunu. Oksid, əsas, turşu, duz


Kimyada hər hansı birləşmənin əmələ gəlməsini miqdari cəhətdən səciyyələndirmək üçün ekvivalent anlayışından isdfadə edilir.
1 mol-atom (1 q/mol) hidrogen və ya 0,5 mol-atom (8 q) oksigenlə birləşə bilən, yaxud kimyəvi reaksiyada bu miqdarı əvəz edən istənilən element miqdarına həmin elementin ekvivalenti deyilir.
Bu qanun 1803-cü ildə alman kimyaçısı Rixter tərəfindən kəşf edilib.
Reaksiyaya daxil olan maddələrin kütlələrinin nisbəti onların ekvivalentlərinin nisbəti kimidir.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin