Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə16/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Zn0 – 2e - = Zn+2 oksidləşmə
Cu+2 + 2e - = Cu0 reduksiya

Sual 32. Standart elektrod potensialı və gərginlik sırası


Elektrodlar arasındakı yaranan potensiallar fərqi metalın xassəsindən, onun ionlarının qatılığından və temperaturdan asılı olub, Nernst formulu ilə hesablanır:
E = E0 + ( RT / nF ) ln C
E – metalın elektrod potensialı, E0 – metalın standart elektrod potensialı, n – metalın valenti, F – Faradey ədədi ( 96500 Kl), T – mütləq temperatur, R – universal qaz sabiti, C – metalın 1 molunun 1 l məhlulda mollarla ifadə olunmuş qatılığıdır. Metalların elektrod potensialını təyin etmək üçün standart hidrogen elektrodundan istifadə olunur. Hər hansı metalın potensialını ölçmək üçün həmin metal öz duzunun molyar məhluluna daxil edilir və onunla hidrogen elektrodu arasında qalvanik element düzəldilir.
Metalları standart elektrod potensiallarının artması sırası ilə yerləşdirdikdə onların elektrokimyəvi gərginlik sırası alınır. Bu siraya metalların standart elektrod potensialları sırası da deyilir.
Li,Rb,K,Ba,Sr,Ca,Na,Mg,Al,Mn,Zn,Cr,Fe,Cd,Co,Ni,Sn,Pb(H)Cu,HgAg,Pt,Au
Hidrogendən əvvəl yerləşən metalların standart elektrod potensialları mənfi, hidrogendən sonra yerləşən metalların standart elektrod potensialları müsbət olur. Metalların elektrokimyəvi gərginlik sirasına əsasən onların kimyəvi xassələri aşağıdakı kimi xarakterizə edilir:

  1. Gərginlik sırasında metal nə qədər solda yerləşirsə, kimyəvi cəhətdən o qədər fəal reduksiyaedici olur və asan oksidləşir, lakin ionları çətin reduksiya olunur.

  2. Bu sırada suyu parçalamayan hər bir metal, özündən sonra yerləşən metalları onların duzlarının sulu məhlullarından sıxışdırıb çıxarır (reduksiya edir).

  3. Gərginlik sırasında hidrogendən sonra yerləşən bütün metallar anionu oksidləşdirici olmayan turşulardan (HCl, duru H2SO4, CH3COOH) hidrogeni sıxışdırıb çıxarır (reduksiya edir), hidrpgendən sağda yerləşən metallar isə onu çıxara bilmir.


Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin