Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə18/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Birinci qanun. Elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir.
m = k · Q
Burada, m–elektroliz zamanı alınan maddənin kütləsi, k – mütənasiblik əmsalı, Q – məhluldan keçən elektrik yükünün kulonlarla miqdarıdır.
İkinci qanun. Elektrodlarda ayrılan hər bir maddənin miqdarı bir ekvivalentə bərabər olduğundan, Faradeyin ikinci qanunu xüsusi hal üçün belə ifadə olunur: Müxtəlif elektrlit məhlulundan 96500 Kl elektrik yükü keçdikdə elektrodlarda bir ekvivalent maddə ayrılır. 96500 Kl Faradey ədədi adlanır və F-lə işarə edilir. Faradey ədədi, Avoqadro ədədilə (N) elektronun yükü hasilinə bərabərdir.
F = N· e = 6,02·1023·1,6022·10-19 = 96500 Kl / ekv.

Sual 35. Metalların alınma üsulları (pirometalurgiya,elektroliz,hidrometallurgiya)


Hidrogen və bor istisna olmaqla, dövri sistemin I, II, III qruplarında ancaq metallar yerləşir. 110 kimyəvi elementin 88-i metaldır. Bunlardan yalnız qızıl, platın, gümüş və qismən də mis, civə sərbəst halda, qalanları isə birləşmələr şəklində tapılır. Fiziki xassələri: Metallar elektrik və istiliyi yaxşı keçirir. Temperatur artdıqca metalların elektrikkeçirmə qabiliyyəti azalır. Ən bərk metallara xrom, volfram, nikel və s. misal ola bilər. Ən ağır metal osmium, ən yüngül metal isə litiumdur. Metallar rənglərinə görə iki qrupa bölünür: qara və əlvan metallar. Qara metallar- dəmir, manqan, xrom, nikel və onların ərintiləri aiddir. Qalan bütün metallar əlvan metallar sayılır. Ən çətin əriyən metal volfram (tər=33900 C), renium (31700 C), osmium (27000 C), ən asan əriyən metal isə civə (-390 C) və seziumdur (280 C). Adi şəraitdə civə mayedir, qalan metallar bərk maddədir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.
1.Pirometallurgiya. Metallurgiyada əsas yeri pirometallurgiya tutur. Buna metal oksidlərinin ( C, CO, H2, aktiv metallar) və s. ilə reduksiyası misal ola bilər.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin