Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Sual 38. Metalların korroziyası. Kimy



Yüklə 98,2 Kb.
səhifə21/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Sual 38. Metalların korroziyası. Kimyəvi korroziya, elektrokimyəvi korroziya.
Metalların əksəriyyəti və onların müxtəlif ərintiləri təmasda olduqları mühitdə tədricən dağılır və yararsız hala düşür. Bunun səbəbi metalların mühitdə olan maddələrlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsirdə olmasıdır.Xarici mühitin kimyəvi təsiri ilə metalların tədricən dağlanmasına korroziya deyilir. Əmələ gəlmə mexanizminə görə korroziya prosesi iki növə ayrılır: 1. Kimyəvi korroziya. 2. Elektrokimyəvi korroziya.
Kimyəvi korroziya
Elektrik cərəyanı keçirməyən mühitdə metalların oksidləşərək dağılması kimyəvi korroziya adlanır. Kimyəvi korroziya quru qazların (O2, H2S, CO SO2) və s. və qeyri elektrolitlərin (neft, kerosin, sürtkü yağı, benzin və s.) təsiri nəticəsində baş verir.
3Fe + 3O2 = 2Fe2O3; 2Fe + 3Cl2 = 2FeCl3; Cu + S = CuS
Elektrokimyəvi korroziya
Metalların dağılmasının başlıca səbəbi elektrokimyəvi korroziyadır. Kimyəvi korroziyadan fərqli olaraq, elektrokimyəvi korroziya elektrik keçiriciliyi olan mühitdə baş verir. Metallar rütubətli torpaqda və elektrik keçiriciliyi olan başqa mühitlərdə elektrokimyəvi korroziyaya məruz qalırlar. Elektrolit mühitdə metal və ya ərintilərin korroziyasına elektrokimyəvi korroziya deyilir.
Saf metallar demək olar ki, elektrokimyəvi korroziyaya uğramır. Lakin texnikada işlədilən metallarda həmişə başqa metal və ya qeyri-metal qarışıqlar olur ki, bu da onların korroziyasını sürətləndirir.


Sual 39,40. Korroziyadan mühafizə üsulları.
Metalları korroziyadan mühafizə etmək üçün tətbiq olunan üsulları şərti olaraq bir neçə qrupa bölmək olar: 1) metalların legirlənməsi; 2) mühafizə örtükləri; 3) elektrokimyəvi mühafizə; 4) mühitin xassəsinin dəyişdirilməsi.
1. Metalların legirlənməsi. Bu üsulla metalları korroziyadan mühafizə etmək üçün ərintiyə passivləşdirici komponentlər, məsələn, xrom, nikel, titan və vanadium əlavə edilir. Legirlənmiş ərintilərin korroziyaya qarşı davamlılığı yüksək olur.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin