Maqnezium yer qabığında nisbətən geniş yayılmış (2,1%) elementdir, təbiətdə birləşmələr şəklində tapılır.
Təbii birləşmələri. MgCO3 - maqnezit MgCO3· CaCO3 - dolomit KCl·MgCl2· 6H2O - karnalit Alınması. MgCl2 : KCl (-) K / \ A (+) Mg2+ + 2e → Mg0 2Cl- - 2e → Cl20
MgCO3 → MgO + CO2 MgO + C → Mg + CO Fiziki xassələri. Maqnezium təmiz halda gümüşü-ağ rəngli metaldır. Lakin havada oksidləşərək tədricən tündləşir. Maqnezium elektrik və istiliyi yaxşı keçirir. Kimyəvi fəal metaldır. Ona təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Ərimə temperaturu tər. = 6500C , p = 1,74q / sm3 . Kimyəvi xassələri. Mg + 2H2O → Mg(OH)2 + H2 2Mg + O2 → 2MgO Mg + H2 → MgH2 Mg duru turşulardan hidrogeni çıxarır.
Mg + 2HCl → MgCl2 + H2 Mg + H2SO4 → MgSO4 + H2 Qatı H2SO4 –də qızdırmaqla həll olur.
Mg + 2H2SO4 → MgSO4 + SO2 + 2H2O 4Mg + 10HNO3 (d) → 4Mg(NO3)2 + N2O + 5H2O 3Mg + 8HNO3 (q) → 3Mg(NO3)2 + 2NO + 4H2O MgO - ağ rəngli toz halında maddədir. Su və hətta zəif turşularla reaksiyaya daxil olur. Çətin əriyən (30000) maddədir.
MgCO3 → MgO + CO2 MgCl2 + 2NaOH → Mg(OH)2 + 2NaCl Tətbiqi. Maqnezium (45% Mg, 48% NaNO3 və 7% üzvi yapışdırıcı maddə) tərkibdə işıqlandırıcı maddə kimi fotoaparatlarda, işıqlandırıcı güllə və mərmilərin istehsalında istifadə edilir. Elektron (3-10% Al, 0,2-3% Zn, qalan hissəsi Mg) və maqnal (78-98% Al, 2-3% Mg və Cu, Cr və s.) adlı ərintiləri avtomobil, aviasiya və raket texnikasında istifadə edilir. Gəmilərin sualtı hissəsini korroziyadan elektrokimyəvi üsulla mühafizə etmək üçün maqnezium protektor kimi tətbiq olunur. Maqneziumun mühüm duzlarından biri də MgSO4 · 7H2O kristalhidratdır. Buna ingilis duzu (acı duz) deyilir və tibbdə istifadə olunur.
Alüminium kimyəvi elementlərin dövri sistemində 3 – cü dövrün III qrupunun əsas yarımqrupunda yerləşir, maksimum oksidləşmə dərəcəsi +3, valentliyi isə III olur.
Alüminiumun təbiətdə tapılması. Alüminium təbiətdə ən geniş yayılmış metaldır. Yer qabığının kütləcə 8,8% - ni təşkil edir. Təbiətdə yayılmasına görə oksigen və silisiumdan sonra bütün elementlər arasında 3- cü, metallar arasında isə 1-ci yeri tutur.
Al2 O3 · 2SiO2 · 2H2O - kaolinit və ya ağ gil Al2O3 · nH2O - boksit, alüminium filiz