TiJ4 → Ti + 2J2 Fiziki xassələri. Titan gümüşü- ağ rəngli yüngül metaldır. O yüksək bərkliyə malikdir, lakin soyuq halda belə titandan asanlıqla məftil çəkmək olur. tər = 17250C, p=4,54 q/sm3. Kimyəvi xassələri. Ti + 2H2O → TiO2 + H2 2Ti + 3H2SO4 (duru) → Ti2(SO4)3 + 3H2 Titan qatı sulfat turşusunun isti məhlulunda həll olur.
2Ti + 6H2SO4 (qatı) → Ti2(SO4)3 + 3SO2 + 6H2O Hidrogen halogenidlərin titana təsiri müxtəlifdir. Qaz halında HF və HCl ilə təsir etdikdə reaksiya aşağıdakı tənliklər üzrə gedir.
Ti + 4HF → TiF4 + 2H2 Ti + 4HCl → TiCl4 + 2H2 Titanın TiO, Ti2O3 tipli oksidləri də vardır. TiO-əsasi oksiddir,duru HCl və H2SO4-də həll olduqda reduksiyaedici xassə göstərir.
TiO – aşağıdakı reaksiya əsasında almaq olar. Sarı rəngli.
TiO2 + Ti → 2TiO TiCl2 + 2NaOH → Ti(OH)2 + 2NaCl Ti2O3 - aşağıdakı reaksiya üzrə alırlar. Tünd bənövşəyi rəngli maddədir.
2TiO2 + C → Ti2O3 + CO TiO2 praktiki olaraq suda həll olmur.
TiCl4 + O2→ TiO2 + 2Cl2 Tətbiqi. Poladı əritdikdə titan oksigen və azotu tamamilə kənar etmək üçün istifadə olunur. Onda metal bircinsli olur və boşluqlar qalmır. Dəmir ilə xəlitə şəklində (ferrotitan) xüsusi polad istehsalında aşqar kimi tətbiq olunur. Titandan nüvə reaktorlarının ən mühüm detalları hazırlanır. Ti xəlitələri olduqca davamlıdır və korroziyaya qarşı yüksək müqavimət göstərir. Xüsusi çəkisinin az olması sayəsində titan çox qiymətli konstruksiya materialı kimi tətbiq edilir. Ərintilərindən atom reaktorlarında, gəmi və maşınqayırmada, elektrotexnikada, raket texnikasında və s. tətbiq olunur.
Sual 48,49. Mis
Dövri sistemin I əlavə yarımqrupuna mis, gümüş və qızıl d- elementləri daxildir.
Misin təbii birləşmələri.
Cu2S - mis sulfid,mis parıltısı CuFeS2 - xalkopirit,mis kolçedanı Cu2O - kuprit Alınması. Misin mis parıltısından(Cu2S) alınması prosesini aşağıdakı kimi göstərmək olar.
1.Pirometallurgiya üsulu . 2Cu2S + 3O2 → 2Cu2O + 2SO2 2Cu2O + Cu2S → 6Cu + SO2 2. Hidrometallurgiya üsulu .
CuSO4 + Fe → Cu + FeSO4 3.Elektroliz üsulu. 2CuSO4 + 2H2O → 2Cu + O2 + 2H2SO4 Fiziki xassələri. Mis açıq çəhrayı rəngli, yumşaq metaldır. Misin ərimə temperaturu tə=10830C-dir. O, elektriki və istiliyi çox yaxşı keçirir. Mis ağır metaldır. Sıxlığı (p=8,9 q/sm3).