Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə4/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   2   3   4   5   6   7   8   9   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Mx = 2·DH2
Mx - qazın molekul kütləsi, DH2 - onun hidrogenə görə sıxlıgıdır.
Qazların molekul kütləsi onların havaya görə sıxlığına əsasən də hesablanır.
Mx = 29 · Dhava 29 - havanın orta molekul kütləsi.


Sual 9. Atomun ümumi quruluşu haqqında ümumi məlumat. Rezerfordun planetar modeli
Atoma uzun müddət maddənin ən kiçik hissəciyi kimi baxılmışdır. 19cu əsrin sonunda aparılan tədqiqatlar göstərdi ki, atom həm mürəkkəb bir mikrosistemdir, həm də parçalanandır. Atom 3 elementar hissəcikdən - elektron, proton və neytondan ibarətdir. Elektronun və protonun yükü əks işarə ilə bir-birinə bərabərdir. Neytron isə heç bir yükə malik olmayan neytral hissəcikdir.
Rezerford nazik metal lövhələrdən alfa zərrəciklərin səpələnməsinə əsasən atom nüvəsini kəşf etmiş və atomun planetar modelini vermişdir. Modelə əsasən atomun mərkəzində müsbət yüklü nüvə yerləşir, onun ətrafında isə elektronlar fırlanır. Nüvənin yükü elementin dövrü sistemdəki sıra nömrəsinə uyğundur. Atomun kütlə ədədi onun proton və neytronlarının cəminə bərabərdir: A=Z+N
Planetar modelə görə ən sadə atom adi hidrogen atomudur. O nüvədən və nüvə ətrafında fırlanan yeganə elektrondan ibarətdir.

Sual 10. Borun 1ci posulatı


Planetar modelin ziddiyətlərini aradan qaldırmaq üçün N.Bor hidrogen atomunun quruluşu haqqında nəzəriyyə irəli sürmüşdür. Atom quruluşunun öyrənilməsində onun spektrlərinin mühüm əhəmiyyəti var. N.Bor atomun elektron quruluşu haqqında 2 posulat vermişdir.
Borun 1ci posulatı:
Elektron nüvə ətrafında enerji şüalandırmadan yalnız hərəkət miqdarı momenti ( h / 2𝞹 ) n - ə bərabər olan dairəvi orbitlər üzrə hərəkət edə bilər.
Elektron nüvə ətrafında istənilən orbit üzrə deyil, atomun dayanıqlı halını təmin edən müəyyən orbit üzrə hərəkət edir.
Elektronun nüvə ətrafında hərəkət etdiyi enerji səviyyələri kvant səviyyəlləri adlanır. Həmin səviyyilərin enerjisi bir-birindən fərqli olduğu üçün onlar E1, E2, E3 ...və s. ilə işarə edilir. Nüvəyə yaxın səviyyənin az, uzaq səviyyələrin enerjisi isə çox olur.


Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin