Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Kvant yarımsəviyyələri daxilində elektronlar orbitallarda elə yerləşir ki, onların spin kvant ədədlərinin cəmi ( m



Yüklə 98,2 Kb.
səhifə7/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   2   3   4   5   6   7   8   9   10   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Kvant yarımsəviyyələri daxilində elektronlar orbitallarda elə yerləşir ki, onların spin kvant ədədlərinin cəmi ( ms ) maksimum olsun.
Elektronlar əvvəlcə spinləri paralel olmaq şərti ilə tək-tək, sonra isə boş orbitallar qalmadığı halda əvvəlki elektronlarla əks- spinli vəziyyətdə qoşalaşaraq orbitalları tutur.


Sual 15. Minimum enerji prinsipi. Kleçkovski qaydası.
Elektronlar orbitallarda paylandıqda da birinci olaraq minimum enerjiyə malik orbitalları tutur. Minimum enerji halında elektronun nüvə ilə əlaqəsi artır və dayanıqlı vəziyyət yaranır. Kleçkovski kvant səviyyələrində enerjinin artma ardıcılığının n+l cəminə uyğun olaraq dəyişdiyini müəyyən etmiş və bunun əsasında 2 mühüm qayda vermişdir:
I q a y d a : Atomda orbitallar elektronlarla dolduqda n + l cəmi kiçik olan orbital əvvəlcə tutulur.
3d n+l = 3+2=5 5s n+l = 5+0=5
4s n+l = 4+0=4 5p n+l = 5+1=6
s = 0
p = 1
d = 2
f = 3
II q a y d a : n+l cəminin ədədi qiyməti bərabər olan iki orbitaldan baş kvant ədədinin qiyməti kiçik olan orbital əvvəlcə dolur. 3d və 4p – orbitalları üçün n+l cəmi bərabərdir ( 3+2=5; 4+1=5). Bu halda 3d – orbitalı üçün n=34p – orbitalı üçün n=4 olduğundan, qaydaya əsasən 3d – orbitalı 4p- orbitalından əvvəl dolur.
3d n+l = 3+2=5
4p n+l = 4+1=5

Sual 16. Dövri sistem, dövri qanun, mozli qanunu, elementlərin sıra nömrəsi, elektromənfilik.
Kimyəvi elementlərin sistemləşdirilməsi onların kimyəvi və fiziki xassələrinin öyrənilməsi əsasında yaradılmışdır. Mendeleyev 1869-cu ildə dövri qanunnu kəşf etmiş və elementlərin dövri sistemini yaratmışdır. Dövri qanunun klassik tərifi belə ifadə olunur : Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit və mürəkkəb maddələrin xassələri atom çəkilərindən dövri surətdə asılıdır. Dövri sistemin inkişafının 2ci mərhələsi Mozli qanununun kəşfi ilə əlaqədardır. Dövri qanunun müasir tərifi aşağıdakı kimi ifadə olunur:

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin