Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir



Yüklə 98,2 Kb.
səhifə11/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir.
A + B = AB υ = k ∙ [A] ∙ [B]
υ – reaksiyanın sürəti; [A] [B] – A B maddələrinin molyar qatılığı; k – reaksiyanın sürət sabitidir.
mA + nB = pC υ = k [A]m ∙ [B]n υ = k mCA nCB
Əgər reasiyaya daxil olan maddələrdən biri bərk halda olarsa, reaksiyanın sürəti qaz və ya mayenin qatılığından asılıdır.
C + O2 = CO2 υ = k ∙ [O2]


Sual 22. Kimyəvi tarazlıq. Dönən və dönməyən reaksiyalar. Le-Şatelye prinsipi.
Kimyəvi reaksiyalar dönəndönməyən olur. Yalnız bir istiqamətdə gedən reaksiyalara dönməyən reaksiyalar deyilir. Reaksiyanın bir istiqamətdə axıra qədər getməsi üçün alınan məhsullardan biri qaz və ya çöküntü halında ayrılmalı, yaxud zəif elektrolit olmalıdır. ( Bertolle qaydası).
Kimyəvi reaksiyaların əksəriyyəti dönəndir. Eyni şəraitdə bir-birinə əks olan iki istiqamətdə gedən kimyəvi reaksiyalara dönən reaksiyalar deyılır. Dönən prosesdə düzünə və tərsinə gedən reaksiyaların sürətinin bərabərləşdiyi hala kimyəvi tarazlıq deyilir.
Tarazlığın yerdəyişməsi Le- Şatelye prinsipinə görə müəyyən olunur (1884): Sistem tarazlıqda olduqda, xarici şəraiti müəyyən edən kəmiyyətlərdən birini dəyişdikdə, sistemin tarazlığı həmin şəraitin təsir effektinin azalması istiqamətində öz yerini dəyişir.
Sual 23. Kimyəvi tarazlığa tempraturun, qatılığn və təzyiqin təsiri.
Qatılığın təsiri. Dəmir 3- xloridə kalium-rodanidlə təsir etdikdə al-qırmızı rəngli dəmir 3- rodanid əmələ gəlir:
FeCl3 + 3KCNS = Fe (CNS)3 + 3KCl
Sistemə FeCl3 əlavə etsək tarazlıq sağa doğru yerini dəyişər. Bunu məhlulun rəngininin tündləşməsi ilə müşahidə etmək olar. Əksinə, reaksiya məhsullarından birinin qatılığını artırdıqda tarazlıq sola doğru yerini dəyişər və dəmir 3- rodanidin qatılığı azaldığından məhlulun rəngi açıqlaşar.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin