Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit maddələrin və birləşmələrin forma və xassələri, atomların nüvə yükündən dövri surətdə asılıdır



Yüklə 98,2 Kb.
səhifə8/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit maddələrin və birləşmələrin forma və xassələri, atomların nüvə yükündən dövri surətdə asılıdır.
(1913) İngilis alimi Mozli elementlərin xarakterik spektrlərinin atomun nüvə yükündən asılılığını öyrənərək bu qanunu vermişdir:
Atomun xarakterik rentgen spektr xətlərinin dalğa ədədlərinin kvadrat kökü onun nüvə yükünün xətti funksiyasıdır.
a ( z-b )
Dövri sistem dövri qanunun qrafik ifadəsidir. Dövri sistem 7 dövrdən və 8 qrupdan ibarətdir. Dövrlər Qələvi metallarla başlayır, təsirsiz qazlarla tamamlanır. Dövrlər kiçik və böyük dövrlərə bölünür. Kiçik dövrlər 1 sıradan böyük sıralar 2 sıradan ibarətdir. Elementlərin şaquli sıraları qruplar adlanır. Hər qrup 2 yarımqrupdan ibarətdir.
Sual 17. Kimyəvi rabitə. Kovalent rabitə, hidrogen rabitə.
Atomlar arasında kimyəvi rabitənin yaranması nəticəsində molekul əmələ gəlir. Atomlar arasında kimyəvi rabitə əmələ gəldikdə sistemin enerjisi azalır. 2 atom bir-birinə yaxınlaşdıqda onların cazibə və dəfetmə qüvvələrindən ibarət qarşılıqlı təsir enerjisi yaranır.
Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Kovalent rabitə 2 müxtəlif mexanizm üzrə əmələ gəlir:

  1. Əks-spinli tək elektronların qoşalaşması ilə

  2. Donor-akseptor mexanizmi ilə

Kovalent rabitə həm eyni (H2, O2, F2, Cl2 molekullarında, almaz kristalında), həm də müxtəlif atomlar (H2O, HCl, NH3) arasında yaranır. Buna uyğun olaraq kovalent rabitə qeyri-polyar və polyar olaraq iki qrupa bölünür.
Eyni atomlar arasında yaranan rabitə qeyri-polyar kovalent rabitə adlanır. Bu halda rabitədəki elektron cütü atomlar arasında simmetrik yerləşir, yəni hər iki atomdan eyni məsafədə olur və elektron sıxlığı bərabər paylanır. Əgər rabitədə atomların elektromənfilikləri müxtəlif olarsa, onda şərikləşdirilmiş elektron cütü qeyri simmetrik vəziyyət alır, yəni elektron cütü elektromənfiliyi çox olan atoma doğru cəzb olunur. Elektron cütləri qeyri-simmetrik yerləşən rabitə polyar kovalent rabitə adlanır.(H2O, HF, CCl4 və s.).

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin