Südabə İRƏvanli



Yüklə 0,51 Mb.
səhifə6/7
tarix20.02.2018
ölçüsü0,51 Mb.
#43001
1   2   3   4   5   6   7

Mən əsgər gedirəm ana
Bu şeir Ləj kəndinin Qarabağ veteranlarına həsr olunur
Geymişəm əynimə əsgər paltarın,

Bu gün əsgərliyə gedirəm ana.

Uzat əllərini, öpüm onları,

Qarşında mən təzim edirəm ana.

Beşiyim üstündə yorğun olanda,

Salmısan qəlbimə vətən eşqini.

Beşiyi tərpədib lay-lay çalanda,

Sanki oxumusan dövlət himnini.

Gedirəm vətəni qorumaq üçün,

Öz xeyir-duanı oxu sən ana.

Gedirəm döyüşə vuruşmaq üçün,

Gəlməsəm haqqını halal et ana.

Bu cür düşünməyi sən öyrətmisən,

Vətəndə anadır, demisən mənə.

Vətənin qeyrəti, ana qeyrəti,

Bunları sən mənə vermisən ana.


Akşin Əliyev. 07. 08. 2017

AĞSAQQALLAR
Nəhmətov Məhərrəm Rufulla oğlu
Ləj kəndinin ağsaqqallarından biri də Nəhmətov Məhər­rəm Rufulla oğludur. O, 1906-cı ildə Lənkəran rayonunun Cil kən­dində anadan olmuşdur. Sonra isə ailəsi ilə birlikdə Lən­kəran rayonunun Ləj kəndinə köçmüşdür. Nəhmətov Məhərrəm Ləj kəndinə köç etmiş ilk ailələrindəndir. Ləj kəndinə köçən Məhərrəm kişi qısa bir müddət ərzində rayon idarə orqanlarının nüfuzunu qazanmışdır. Məhərrəm kişi Ləj kəndində ilk əvvəllər böyük torpaq ərazilərinə malik olmuşdur. Sonralar isə Ləj kəndində kolxoz və sovxozun ərazi gözətçisi olmuşdur. Məhər­rəm kişi o dövürlərdə Ləj kənd camaatının nüfuzunu qazanmış və onların xeyir-şərlərində himayəçilik edərək yaxın­dan kömək­lik göstərmişdir. Nəhmətov Məhərrəm qapısına gələn hər kəsi himayə etmişdir. Lakin səhhəti ilə bağlı 1987-ci il sentyabr ayının 28-də vəfat etmişdir.
Aslanov Kərbalayi Şirəli İbad oğlu
Ləj kəndinin tanınmış ağsaqqallarından biri də Aslanov Kərbəlayi Şirəli İbad oğludur. O, Lerik rayonunun Rəzgöv kən­­dində anadan olmuş və sonradan ailəsi ilə birlikdə Lənkə­ra­nın Ləj kəndinə köçmüşdür. O, uzun müddət Ləj kəndində el ağsaqqalı olmuşdur. Hələ sovet impe­ri­yası dövründə islam dininin təqib olunduğu illərdə o öz həyatını təhlükəyə ataraq həm Ləj kəndi camaatının, həm də ətraf kənd­lərin camaatının üzür mərasimlərini yola vermişdir. Belə ki, uzun bir dövür ərzində Ləj kənd camaatına din və mənəviyyat sahə­sində çox böyük dayaq olmuşdur. O, milli qəhrəman və Qara­bağ müha­ribəsi şəhidi olan Natiq Aslanovun atası­dır. Aslanov Kərbalayı Şirəli bir müddət sonra səhhəti ilə bağlı müalicə almış və qəflətən vəfat etmişdir.

Baxşiyev Rabulla
Ləj kəndinin ən tanınmış ağsaqqallarından biri də kənd sakini, el ağsaqqalı Baxşiyev Rabulladır. O, Lerikin Mondigah kəndində anadan olmuş və sonralar ailəsi ilə birlikdə Lənkəran rayonunun Ləj kəndinə köçmüşdür. Baxşiyev Rabulla Hal-hazır­da Ləj kəndində və həm də ətraf kəndlərdə ən tanınmış şəx­siy­yətlərdən biridir. O, demək olar ki, kəndin bütün mədəni-ictimai tədbirlərində yaxından iştirak edir. Kənddə olan bütün xeyir işlərdə yaxından iştirak edir və öz xeyir-duasını verir. Hal-hazırda təqaüdçüdür.
Cəfərov Əhəd Yədulla oğlu
Ləj kəndinin tanınmış ağsaqqallarından biri də Cəfərov Əhəd Yədulla oğludur. O, 1931-ci ildə Lerik rayonunun Mondigah kəndində anadan olmuş və sonradan ailəsi ilə birlikdə Lənkəran rayonunun Ləj kəndinə köçmüşdür. Cəfərov Əhəd Yədullah oğlu Ləj kəndində yaşadığı dövrlərdə uzun müddət kənd camaatının bütün xeyir və şərində yaxından iştirak etmiş və Ləj elinin bütün işlərində onlara dayaq olmuşdur. Cəfərov Əhəd Yədulla oğlu uzun müddət Lənkəran poçt idarəsinin Haftoni qəsəbəsinin Ləj kəndi üzrə poçtaliyon vəzifəsində çalışmış və kənd camaatının yazılı informasiya və mediya dərgi, qazet və jurnalları ilə təmin etmişdir. O, 1963-cü ildən başlayaraq 1989-cu ilədək poçtaliyon vəzifəsində çalışıb. Cəfərov Əhəd demək olar ki, ömrünün çox hissəsini Ləj xalqının rifahına həsr etmişdir. Sonralar səhhəti ilə bağlı təqaüdə çıxmış və 1989-cu ildə vəfat etmişdir. Onun işini oğulları Cəfərov Natiq Əhəd oğlu və Cəfərov Namiq Əhəd oğlu davam etmişdir.


Əhədov Nəhmət Qasi oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindən biri də Əhədov Nəhmət Qasi oğlu olmuşdur. O, Lerikin Mondigah kəndində dünyaya gəlmiş və sonralar ailəsi ilə birlikdə Lənkəran rayonunun Ləj kəndinə köçmüşdür. Ləj kəndində yaşadığı müddət ərzində o Ləj kənd camaatına böyük dayaq olmuş və Ləj camaatının bütün xeyir-şərində yaxından iştirak edərək öz məsləhət-töhvələrini vermişdir. Əhədov Nəhmət Ləj kəndində olan dövlət əhəmiyyətli binalarının tikintisində yaxından köməklik göstərmişdir.
Rzayev Səttar Səfər oğlu
Ləj kəndinin tanınmış simalarından biri də kənd sakini Rzayev Səttardır Səfər oğludur. O, 1940-cı ildə Lerik rayonunun Buzeyir kəndində dünyaya gəlmişdir. Uzun müddət Meşə idarəsinin Ləj kəndi üzrə ərazi meşəbəyisi vəzifəsində çalışmış, bu illər ərzində bütün rayon rəhbərlərinin və bütün kənd sakinlərinin dərin hörmətini qazanmışdır. O, öz vəzifəsini çox ləyaqətlə yerinə yetirmişdir. Onun işlədiyi dövrlər Ləj meşəsinin ən parlaq və çiçəklənməsi dövrüdür. Səttar kişi öz əməyini və peşəsinə çox dərindən bağlı idi. Elə bu səbəbdən də o, meşədə bitən hər bir ağacı və hər bir kolu çox dəqiqliklə bilir və onlara qulluq edirdi. Səttar kişi demək olar ki, öz ömrünün yarısından çoxunu Ləj meşəsinə sərf etmişdir. O, işlədiyi müddətdə kənd camaatının oduna olan ehtiyacını canla-başla təmin etmişdir.İllər keçsə də onun Ləj camaatına olan yaxşılıqları və hörməti yaddaşlarda həkk olunmuşdur. Lənkəran rayonunun özündə də bu günə qədər Səttar kişini çox fəxrlə anırlar. Bu gün Səttar kişinin işini ilk əvvəllər onun oğlanları olan Rzayev Nadir Səttar oğlu və Rzayev Muxtar Səttar oğlu və sonralar isə Rzayev Nazim Səttar oğlu və Rzayev Etibar Səttar oğlu davam etdirmişlər.

Məmmədov Xanmirzə Usta Sərhad oğlu
Ləj kəndinin ağsaqqallarından biri də Məmmədov Xanmirzə Sərhad oğlu olmuşdur. Onun atası Sərhad kişi usta və dülgər olduğuna görə el arasında ona “Usta Sərhad kişi” demişlər. O, Ləj kəndində yaşadığı müddətdə Ləj camaatına ağsaqqallıq etmiş və onların bütün xeyir və şərində məsləhət verərək yaxından köməklik göstərmişdir. Hal-hazırda onun oğlu Məmmədov Asəf Xanmirzə oğlu Ləj kəndində keçirilən Qurban bayramı mərasimlərində qurban ətinin bölüşdürülməsi və paylanması işində gənclərə yaxından köməklik göstərir.
Məmmədov Gülağa Usta Sərhad oğlu
Ləj kəndinin ağsaqqallarından biri də Məmmədov Gülağa Usta Sərhad oğludur. O uzun müddət Ləj kəndində yaşamış və Ləj kəndinin bütün xeyir-şərində yaxından iştirak etmişdir. Onun düzəltdiyi toy çadırı bütün Ləj kəndinin xeyir işində işlədilmişdir. O bütün ömrü boyu Ləj kəndinin abadlaşdırılma­sın­da yaxından iştirak etmişdir. O, həmişə kənd sakinlərinə, gənclərə məsləhət vermişdir.

Əhədov Balarza Nəhmət oğlu
Ləj kəndində olan aşbazlardan biri də Əhədov Balarza Nəh­mət oğludur. O 1953-cü ildə Ləj kəndində dünyaya gəl­mişdir. O, Ləj kəndində demək olar ki, bütün xeyirlərdə milli mət­bəxin müxtəlif cür yeməklərini bişirir. Onun bişirdiyi gözəl və ləziz yeməklər rayonda bəyənilir. Əhədov Balarza Nəhmət oğlu uzun müddət Lənkəran Qaz İstismar İdarəsində çalışıb, sonra təqaüdə çıxmışdır.

Əhədov Şükür Nəhmət oğlu
Ləj kəndinin orta yaşlı ağsaqqallarından biri də Əhədov Şükür Nəhmət oğludur. O, Ləj kəndinin bütün xeyir və şərində yaxından iştirak edir və kənd gənclərinə müəyyən məsələlərdə məsləhətlər verir. Hal-hazırda usta sənəti ilə məşğuldur.
Şaliyev Adil Sərhad
Şaliyev Adil Sərhad oğlu Ləj kəndində dünyaya gəlmişdir. O, Ləj kəndinin bütün toylarında gözəl kababçılıq edir. Onun ustalıqla bişirdiyi ət xörəkləri və kabablar nəinki kənddə, hətta rayonlarda da bəyənilir. O, həm də gözəl təsərrüfatçıdır.

ZİYALILAR
Hüseynov Fərman Ağaxan oğlu
Ləj kəndinin təhsil həyatında böyük xidmətlər göstərmiş ziyalılardan biri də Ləj kənd məktəbinin uzun müddət direktoru vəzifəsində çalışmış Hüseynov Fərman Ağaxan oğludur.

Hüseynov Fərman Ağaxan oğlu 1954-cü il Lənkəran rayonu Haftoni qəsəbəsində anadan olmuşdur. O, 1971-ci ildə rayo­nun İstisu qəsəbə tam orta məktəbini bitiirib. 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə da­xil olmuş, qiyabi yolla təhsilini davam etdirməklə 1973-cü ilin sentyabrından Ləj kənd ümumi orta məktəbində ixtisası üzrə müəllim kimi fəaliyyətə başlamışdır. Pedoqoji fəaliyyətinin ilk illərindən Hüseynov Fərman özünü bacarıqlı, məsuliyyətli və prin­sipial təhsil işçisi kimi göstərmiş, kənd ictimaiyyətinin, şagird və müəllim kollektivinin sevimlisinə çevrilmişdir. Məhz bu fəaliyyətinə görə F.Hüseynov 1978-ci ali məktəbi bitirəndə rayon rəhbərliyinin böyük etimadı nəticəsində Ləj kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilir və həmən və­zi­fədə fasiləsiz olaraq 32 il müvəffəqiyyətlə çalışdı. Bu dövr­də Ləj kənd məktəbi orta məktəbə çevrilmiş, təlim-tərbiyyənin keyfiyyəti yüksəlmiş, maddi-texniki bazası xeyli zənginləşmiş, hər il onlarla məzun ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. F.Hüseynov səmimi, təvəzökar insan, əsl pedaqoq, təhsil işinin bilicisi olmaqla bərabər, olduqca diqqətli və qayğıkeş insan idi. Çətinliyə düşən insanlara əlindən gələn köməkliyi əsirgəmirdi. F.Hüseynov 2010-cu ildə səhhəti ilə bağlı daşıdığı vəzifədən azad olunmuşdur. Sonra isə qəflətən vəfat etmişdir. Həyatda olmamasına baxmayaraq F.Hüseynovun xatirəsi bu gündə əzizdir.


Baxşiyev Əhməd Saleh oğlu
Ləj kəndinin ziyalılarından biri də Baxşiyev Əhməd Saleh oğludur. O, Ləj kəndində anadan olmuş və elə orta təhsilini də burada almışdır. Sonra isə SSRİ-nin Tver vilayətinin Torjok şəhərində Bədən tərbiyyəsi texnikumunu bitirmiş və sonradan Azərbaycanda ali təhsil almışdır. Baxşiyev Əhməd Saleh oğlu uzun müddət Ləj kənd məktəbində Təlim Tərbiyə İşləri üzrə Müdir Muavini, vəzifəsində çalışmışdır. Qəflətən vəfat etmişdir.
Mehdiyev Talıb Əmənulla oğlu
Ləj kəndinin tanınmış simalarından biri də, Mehdiyev Talıb Əmənulla oğludur. O, Ləj kəndində anadan olmuş və elə orta təhsilini də burada almışdır. Sonra isə SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) Aviasiya məktəbini bitir­miş­dir. Mehdiyev Talıb uzun illər Lənkəran aeroportunda dispetçer vəzifəsində çalışmışdır. Mehdiyev Talıb Əmənulla oğlu öz işini sevən, təvazökar və alicənab bir şəxsdir.

Əliyev Rəşad Damad oğlu
Ləj kəndinin ziyalılarından biridə Əliyev Rəşad Damad oğludur. O, Ləj kəndində anadan olmuş və elə orta təhsilini də burada almışdır. Orta təhsilini başa vuran kimi ali məktəbə daxil olmuşdur. Əliyev Rəşad Damad oğlu ali təhsil alandan sonra bir müddət Rvo kənd məktəbində fizika-riyaziyyat fənnindən dərs vermiş və sonra isə öz doğma məktəbində çalışmışdır. Əliyev Rəşad Damad oğlunun yetirmələri respublikamızın müxtəlif ali məktəblərinə daxil olmuş və hal-hazırda rayonun müxtəlif ida­rə­lərində çalışırlar. Müəllifin özü və Ləj məktəbinin bir neçə gənc müəllimi də məhz onun yetirmlələridirlər. Hal-hazırda Ləj kənd N.Aslanov adına məktəbdə riyaziyyat fənni üzrə dərs deyir.
Qurbanov Mehman Balaşirin oğlu
Ləj kəndinin ziyalılarından biri də Qurbanov Mehman Balaşirin oğludur. O, Ləj kəndindən dünyaya gəlmiş və elə burada da öz orta təhsilini almışdır. Orta təhsilini başa vuran kimi ali məktəbə daxil olmuşdur. Uzun illərdir ki, Haftoni Qəsəbəsi İcra nümayəndəliyinin müavini vəzifəsində çalışır.
Şərbətov Rafiq Heybət oğlu
Ləj kəndinin tanınmış şəxslərindən biri də Şərbətov Rafiq Heybət oğludur. Şərbətov Rafiq Heybət oğlu Ləj kəndində anadan olmuş və orta təhsilinidə burada almışdır. O, hal-hazırda Lənkəran telekomunikasiya idarəsində işləyir. Şərbətov Rafiq Ləj kəndinin tarixində ilk dəfə olaraq Əliyev Azər Böyükağa oğlu ilə birlikdə “Aztelekom” internet provayderini Ləj kəndinə gətirmişdir. Şərbətov Rafiq nəinki kənd sakinlərinə, hətta bütün rayon sakinlərinə də həm telekomunikasiya sahəsində, həm də peyk antenalarının quraşdırılması proeksiyaları üzrə yaxından köməklik göstərir. Ailəlidir, üç övladı var.

Novruzov İslam Zəbiəli oğlu
Ləj kəndinin ziyalılarından biri də Novruzov İslam Zəbiəli oğludur. O, Ləj kəndində anadan olmuş və orta təhsilini də elə burada almışdır. Sonra isə ali təhsil almışdır. Novruzov İslam Zəbiəli oğlu uzun müddət Ləj kənd məktəbində və Lənkəran Təhsil şöbəsində təlimçi vəzifəsində çalışmışdır. Onun yetir­mə­ləri rayonun müxtəlif müəsisələrində çalışırlar.
Quliyev Ramiz Ağalar oğlu
Ləj kəndinin ziyalılarından biri də Quliyev Ramiz Ağalar oğludur. Quliyev Ramiz Ağalar oğlu 10 sentyabr 1957-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, 1963-cü ildə Ləj kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş və 1973-cü ildə isə Kərgəlan kəndindəki məktəbə daxil olub oranı bitirib. Quliyev Ramiz Ağalar oğlu 1973-cü ildə Bakı Bədən tərbiyyəsi İnistitutunun futbol fakültəsinə daxil olmuşdur. O, 1975-ci ildə hərbi xidmətə getmiş və 1979-cu ildə hərbi xidməti müvəffəqiyyətlə başa vurmuşdur. Quliyev Ramiz Ağalar oğlu 1979-cu ildən Ləj kənd məktəbində çalışır. İşlədiyi uzun bir dövür ərazində respublikamız üçün çoxlu respublika səviyyəli idmançılar yetişdirmişdir. Bu gün Ramiz müəllimin yetir­mə­ləri zona, respublika və dünya olimpiya yarışlarında iştirak edib 1-ci yer və qızıl medal qazanmışlar.
Əliyev Qabil Orucəli oğlu
Ləj kəndinin ziyalılarından biri də Əliyev Qabil Orucəli oğludur. O, 1976-cı ildə Ləj kəndində anadan olmuş və elə orta təhsilini də Ləj məktəbində almışdır. Orta təhsili bitirdikdən sonra ali məktəbə daxil olmuşdur. Hal-hazırda Bakı şəhərində hərbi qospitalda həkim vəzifəsində çalışır.
Cavadov Oğul
Ləj kəndinin ağsaqqallarından biri də Cavadov Oğuldur. O, 1939-cu ildə Lənkəran rayonu Tüədo kəndində anadan olmuş və sonralar ailəsi ilə birgə Ləj kəndinə köçmüşdür. Oğul kişi həmişə Ləj camaatının xeyir və şər işlərində öncülük etmiş və onların bütün işlərində yaxından köməklik göstərmişdir. O, Ləj kəndində Qurban mərasimlərində yaxından köməklik göstə­rərək həmişə ləj xalqına dayaq olmuşdur.
Cavadov Oğlan Cavad
Ləj kəndinin ağsaqqallarından biri də Cavadov Oğlan olmuşdur. O, Lənkəran rayonunun Tüədo kəndində anadan olmuş və sonralar Ləj kəndinə köçmüşdür. Oğlan kişi Ləj camaatının bütün xeyir-şər işlərində həmişə elə dayaq olmuş və Ləj camaatının rəğbətini qazannmışdır.
Cavadov Fərzi Hacıağa oğlu
Cavadov Fərzi Hacıağa oğlu 1940-cı ildə Lerik rayonunun Bandakujə kəndində anadan olmuş və sonradan ailəsi ilə bir­lik­də Lənkəran rayonunun Ləj kəndinə köçmüşdür. Ləj kəndinin orta yaşlı ağsaqqallarından biri də Cavadov Fərzi Hacıağa oğludur. O Ləj kəndində həmişə xalqın xeyir və şər işlərində yaxından iştirak etmiş və həmişə ləj camaatına dayaq olmuşdur. Fərzi kişi uzun ildir ki, kənddə Qurban mərasimində xalqın qurban payına olan ehtiyacını təmin edir.
Məmmədov Fərrux
Məmmədov Fərrux Lerik rayonunun Nisli kəndində dün­ya­­ya gəlmiş və sonralar ailəsi ilə birlikdə Ləj kəndinə köç­müş­dür. Ləj kəndinin ağsaqqallarından və Böyük Vətən müharibəsi veteranlarından biri də Fərrux kişi olmuşdur. O, Böyük Vətən müharibəsi veteranı olmuşdur. O, Ləj kəndində yaşa­dığı illərdə kənd camaatının bütün xeyir və şərində ya­xından köməklik göstərmişdir. O, həmişə Ləj camaatına dayaq olmuşdur.
Şükürov Mali Zəki oğlu
Ləj kəndinin ağsaqqallarından biri də Şükürov Malidir. O, 1939-cu ildə Lənkəran rayonunun Tüədo kəndində anadan olmuş və sonralar Ləj kəndinə köçmüşdür. Ləj kəndində yaşadığı dövürlərdə o, kənd camaatının xeyir-şər işlərində yaxından iştirak etmişdir.

Ləj kəndinin digər ağsaqqalları Quliyev Ağalar Əşrəf oğlu, Məmmədov Əlixan, Vahabov Şahab, Bayramov Cəfər Bəyə­li oğlu, Bayramov Nəcəfəli Bəyəli oğlu, Bayramov Söhbət Heybət oğlu, Rəhimov Rəhim Bəfa oğlu, Qasımov Aslan Rəhim oğlu, Qasımov Salman Rəhim oğlu, Hadıyev Rızabala Kamil oğlu, Əhədov Şahrıza Qasi oğlu, Əhədov Qafur Qasi oğlu, Quli­yev Sərdar, Əliyev Ağaşirin, Qasımov Qiyas Bəndi oğlu, Əlia­ğa­yev Babaxan, Quliyev Yunsur Nəci oğlu, Məmmədov Babaş Hacıəli oğlu, Baxşiyev İsabala Qardaş oğlu, Salahlı Əlirza, Qən­bərov Aşur Məmi oğlu, Qənbərov Şakir Kəkül oğlu, Qənbərov Sahib Kəkül oğlu, Eyvazov Şirnəli, Əliyev Damad, Şərifov Ağar­za Novruz oğlu, Qasımov Bəndi, Qasımov Ağəli, Rzayev Zakir Nurəli oğlu, Qasımov Aydın, Rəhimov Ağaqulu Əsədulla oğlu, Rəhimov Arif Əsədulla oğlu, Rəhimov Əsədulla, Quliyev Şəmsəddin Əşrəf oğlu, Xanmədov Əkbər, İbrahimov Əlizadə Vəli oğlu, Qurbanov Balaşirin, Quliyev Ağaqulu Musaxan oğlu, Quliyev Musaxan, Köçəriyev İgid Hidayət oğlu, Ağayev Ağa­mir Şamil, Rzayev Qafur Səfər oğlu, Quliyev Ağəddin Əşrəf oğlu, Quliyev Sarıbala Əşrəf oğlu, Mehdiyev Səməd Əmənulla oğlu, Qasımov Xəlil Bəndi oğlu, Rəhimov Namiq Əliabbas oğlu, Şərbətov Tofiq Heybət oğlu, Şərbətov Əidalət Heybət oğlu, Zeynalov Allahverdi Sətulla oğlu, Zeynalov Xalıq Sətulla oğlu, Quliyev Qənbər Hacıağa oğlu, Yusubov Sultanağa Fərhad oğlu, Yunusov Yunsurağa Fərhad oğlu, Cavadov Güloğlan Baloğ­lan oğlu, Nuriyev Bahadir Məmməd oğlu, Rəhimov Tel­man Fətulla oğlu, Rəhimov Elman, Fətulla oğlu Şıxcanov Əli Ağacan oğlu, Məmmədov Zakir Hacıəli oğlu, Qasımov Allah­verən Zahirəli oğlu, Qasımov Zairəli, Əliyev Mirağa Şamil oğlu, Şərifov Əlizadə Şamil oğlu, Şərifov Maarif Şamil oğlu, Salayev Bərxuda Şamil oğlu, Nağıyev Tumar və sairədir. Orta yaşlı ali təhsilli və ziyalı qrupu.


Baxşiyev Ramal Elşən oğlu
Ləj kəndinin ziyalılarından biri də Baxşiyev Ramal Elşən oğludur. O, Ləj kəndində anadan olmuş və elə orta təhsilini də Ləj kənd orta məktəbində almışdır. Sonra isə ali məktəbə daxil olmuşdur. Hal-hazırda Ləj kənd İcra nümayəndəliyində mühasib vəzifəsində çalışır
Mehdiyev Rüstəm Talıb oğlu
Ləj kəndinin ziyalılarından biri də Mehdiyev Rüstəm Talıb oğludur. O, Ləj kəndində anadan olmuş və elə orta təh­si­li­ni də burada almışdır. Orta təhsilini başa vuran kimi ali məktəbə daxil olmuş və aviasiya sahəsinə daxil olmuşdur. Hal-hazırda Lənkəran aeroportunda işləyir.
Quliyev Şair Ağalar oğlu
Quliyev Şair Ağalar oğlu Ləj kəndində anadan olmuş və elə orta təhsilinidə Ləj kəndindəki, məktəbdə almışdır. O, orta təhsilini başa vuran kimi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuraraq evinə qayıtmışdır. O uzun müddətdir ki, Fövqalada Hallar Nazirliyi tərkibində olan Lənkəran Yanğın­söndürmə idarəsində çalışır.Ailəlidir və iki övladı var.

Quliyev Mais Yunsur oğlu
Ləj kəndinin ziyalılarından biri də Quliyev Mais Yunsur oğludur. O, 1980-cı ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, orta təhsilini Ləj məktəbində almışdır. Orta təhsilini başa vurandan sonra ali məktəbə sənəd vermiş və Lənkəran Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vuran kimi bir müddət Haftonu qəsəbəsindəki orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışmışdır. Hal-hazırda iş adamıdır. Ailəlidir.
Quliyev Hafiz Şəmsəddin oğlu
Quliyev Hafiz Şəmsəddin oğlu Ləj kəndində anadan olmuş və elə orta təhsilini də Ləj kənd məktəbində başa vur­muşdur. Orta təhsilini başa vuran kimi hərbi xidmətə yol­lan­mış və hal-hazırda Fövqalada Hallar Nazirliyinin tərkibində olan Lənkəran yanğınsöndürmə idarəsində işləyir. Ailəlidir və üç övladı var.
Əhədov Şirxan Şükür oğlu
Ləj kəndinin ziyalılarından biri olan Əhədov Şirxan Şükür oğlu 1985-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuş­dur. O, 1991-2003-ci ildə Ləj kənd orta məktəbi bitirmiş və sonra Odlar Yurdu Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Əhədov Şirxan Şükür oğlu hal-hazırda Ləj kənd İcra nümayəndəsinin müavini vəzifəsində çalışır. Bu vəzifədə işlədiyi müddətdə həm rayon rəhbərliyinin, həm də kənd camaatının hörmətini və rəğbətini qazanmışdır. Şükürov Şirxan çox səbirli və təmkinli olmasıl ilə seçilir. O, öz iş rejimində vətəndaşlara qanun çərçivəsində yaxından köməklik göstərir.

Nağyev Məlik Tumar oğlu
Ləj kəndinin veteranlarından biri də Məlik Tumaroğludur. O Ləj kəndində anadan olmuş və orta təhsilini də elə Ləj kən­dində almışdır. Sonralar isə hərbi xidmətə Sovet ordusunda başla­mış­dır. Lakin o zamanlar Qarabağda baş verən qarışıqlıqlar nədəni ilə vətənə qayıtmış və vətənin ərazi bötövlüyünü qorumaq üçün milli ordu sıralarına daxil olmuşdur. Milli ordu sırala­rın­da bölük komandiri vəzifəsində çalışmış və öz hərbi vəzi­fə­sini qururla yerinə yetirmişdir.Lakin bir müddət sonra ordudan ayrılmış və Rusiyada qəflətən vəfat etmişdir.

Nağıyev Nağı Tumar oğlu
Ləj kəndinin tanınmış şəxslərindən biri də Nağıyev Nağı Tumar oğludur. Nağı 1977-ci ildə Ləj kəndində dünyaya gəlmişdir. O, 1983-cü ildə Ləj kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1994-cü ildə orta təhsilini başa vurmuşdur. Nağı Nağıyev sonra hərbi xidmətə yollanmış və hərbi xidmətini müvəffəqiyyətlə başa vurmuşdur. Sonra isə o, bir müddət səyyari qaydada mediya sahəsinə baş vurmuşdur. Hal-hazırda Lənkəran rayonunun meşə idarəsinin Ləj kəndi üzrə sahə gözətçisidir.
Mehdiyev Azər Talıb oğlu
Ləj kəndinin ziyalılarından biri də Mehdiyev Azər Talıb oğludur. O, 1980-cı ildə Ləj kəndində dünyaya gəlmiş və elə orta təhilini də Ləj məktəbində almışdır. Orta təhsilini başa vuran kimi ali məktəbə daxil olmuş və Aviasiya sahəsinə daxil olmuşdur. Hal-hazırda Bakı şəhərində Aviasiya sahəsində çalışır.Ailəlidir.

Baxşiyev Elsevər Rabulla oğlu
Ləj kəndinin sənətkarlarından biri də kənd sakini Baxşiyev Elsevər Rabulla oğludur. O, 1977-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 1982-1993-cü ildə Ləj kənd onbiriik orta məktəbi bitirmişdir. Baxşiyev Elsevər Rabulla oğlu 1994-cü ildə Ali məktəbə daxil olmuşdur. O, hal-hazırda mebel-inşaat və hazırlama işləri ilə məşğuldur. Baxşiyev Elsevər Rabulla oğlunun mətbəxlə bağlı bütün mebelyığma işini çox ustalıqla görür. Onun hazırladığı məmulatlar nəinki kənddə, hətta qonşu kəndlərdə də bəyənilir.
Novruzov Mahir Yaşar oğlu
Ləj kəndinin ziyalılarından biri də Novruzov Mahir Yaşar oğludur. O, 1976-cı ildə Ləj kəndində anadan olmuş və elə orta təhsilini də Ləj məktəbində almışdır. 1993-cü ilə ali məktəbə sənəd vermiş və Lənkəran Dövlət Universitetinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra Bakı şəhərinə köçmüş və hal-hazırda orada yaşayır və işləyir.
Rəhimov Aqil Atakişi oğlu
Ləj kəndinin ziyalılarından biri də Rəhimov Aqil Atakişi oğludur. Rəhimov Aqil Atakişi oğlu Ləj kəndində anadan olmuş və elə orta təhsilini də N.Aslanov adına Ləj kən orta məktəbində almışdır. Orta məktəbini başa vuran Aqil ali məktəbə daxil olmuş­dur. Ali məktəbi bitirən kimi bir müddət Haftoni qəsə­bə­sində poçt şöbəsində işləmiş və sonra isə Lerik rayonunda dövlət işində çalışmışdır. Aqil Rəhimov Azərbaycan Respublikası Prezi­denti yanında dövlət qulluğuna sənəd vermiş və Sosial muacvinətlər idarəsinin Lənkaran şöbəsinə daxil olmuşdur. Rəhimov Aqil Atakişi oğlu hal-hazırda Lənkəran rayon sosial muavinətlər idarəsində işləyir.

Nuriyev Mahir Bahadir oğlu
Ləj kəndinin ziyalılarından biri də, Nuriyev Mahir Bahadir oğludur. O, 1979-cu ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. Nuriyev Mahir orta təhsilini Ləj məktəbində almış və sonra ali məktəbə sənəd vermişdir. Nuriyev Mahir Lənkəran Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Hal-hazırda N.Aslanov adına Ləj kənd orta məktəbində dil-ədəbiy­yat fənnindən dərs deyir.Ailəlidir və üç uşağı var.
Məmmədov Malik Babaş oğlu
Ləj kəndnin tanınmış simalarından biri də Məmmədov Malik Babaş oğludur. O, 1976-cı ildə Ləj kəndində anadan olmuş və orta təhsilini də elə burda başa vurmuşdur. Sonra isə hərbi sahəyə baş vurmuşdur. Hal-hazırda zabitdir.
Novruzov Cəmil İslam oğlu
Ləj kəndinin ziyalılarından biri də Novruzov Cəmil İslam oğludur. O, 1980-cı ildə Ləj kəndində anadan olmuş və orta təhsilini də Ləj məktəbindfə almışdır. Sonra isə ali məktəbə daxil olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır və elə orada işləyir.
TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
Vəliyev Etibar Babəli oğlu

Etibar Babəli oğlu Vəliyev 16 mayın 1963-cü il də Azər­bay­can Respublikası Lənkəran rayonunun Ləj kəndində anadan olub.

1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir.

1978-ci ildə Azərbaycan Kənd Təsərrufatı Nazirli­yinin Bakı Plan-Uçot Texnikumuna daxil olub və 1981-ci ildə Kənd təsərrufatı istehsalatında mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir.

22 oktyabr 1981-ci il tarixindən 21 noyabr 1983-cü il tarixinədək hərbi xidmətdə olmuşdur.

1986-ci ildə S.Ağamalıoğlu adına şərəf nişanı ordenli Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub 1992-ci ildə Kənd təsərrufatının iqtisadiyyatı və təşkili üzrə tam kursu bitirib, iqtisadçı ixtisasına yiyələnmişdir.

1998-ci il tarixindən 2001-ci il tarixinədək Lənkəran Döv­lət Universitetinin  İqtisadiyyat və Texnologiya kafedrasında, “İqtisadiyyatın əsasları” fənnini tədris etmişdir.
Yaradıcılığı

Məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş. Yüzlərlə müxtəlif şeirlərin müəllifidir. İlk şeiri indiki “Lənkəran” qəzetində çap olunub.

“Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibi­d­ir. 2007-ci ildə “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurna­lı­nın nəşrə başlamasının 5 illiyi munasibəti ilə “Həsən bəy Zərdabi” mükafatı ilə təltif edilmişdir.

2016-ci ildə Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

2016-cı ilin 26 dekabr tarixində Lənkəran Dövlət Dram Teatrında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə şairinin rayon ictimaiyyəti və poeziya həvəskarları ilə görüşü keçirilib.

2016-cı il mayın 17-si Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Mənim Duyğum” kitabının təqdimat mərasimi keçirilib.

Şeirləri İstanbulda nəşr olunan Xocalı soyqırımına həsr edilən “Unutulmayan Hocalım” şeirlər antologiyasında yer alıb.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azər­baycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yax­şılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən “Prezidentin xüsusi təqaü­dünə” layiq görülmüşdür.

2017-ci il mayın 4-ü Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ürəyimdə döyünən Vətən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.

Şeirləri Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.




Kitabları

  • “Görüşə Gəl” (şeirlər) - “Nurlan” nəşriyyatı, 2006, 96 səh.

  • “Baxmağa Dəyər” (şeirlər) - “Nurlan” nəşriyyatı, 2010, 167 səh.

  • “Mənim duyğum” (şeirlər) - “Elm və Təhsil” nəşriyyatı, 2016, 203 səh.

  • “Ürəyimdə döyünən vətən” (şeirlər) – “ORXAN NPM”, 2017, 208 səh.


Mükafatları

  •  Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı (2007)

  •  Qızıl qələm mükafatı (2016)

  •  Prezident təqaüdü (2017)





Şəkil. Nəqqaş Namiq Musayevin üstündə bir bənd şeirini və imzasını həkk edib Etibar Vəliyevə hədiyyə etdiyi daş kitabə.

Məddah Seyran Tərlan oğlu Əliyev
Ləj kəndinin tanınmış şəxslərindən biri də Məddah Seyran Tərlan oğlu Əliyevdir. O, ətraf kəndlərdə öz gözəl səsi ilə mə­hər­­rəm aylarında üzür mərasimlərində və məscidlərdə mərsi­yə­lər oxuyur. O, 1976-cı ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuş və elə orta təhsilini də Ləj məktəbində almışdır. Orta təhsilini başa vuran kimi Əliyev Seyran hərbiyə yollanır. Hal-hazırda evlidir və 3 uşağı var.
Quliyev Samid Qənbər oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindın biri də Quli­yev Samid Qənbər oğlu 1984-cü ildə Lənkəran rayo­nu Ləj kəndində dün­yaya gəlmişdir. Quliyev Samid Qənbər oğlu 1990-2001-ci ildə Həbib Səfərov adına Kərgəlan kənd orta məktə­bin­də təhsil almışdır. O, 2001-ci ildə Bakı İslam Univer­sitetinin Şəriət fakül­tə­­­sinə daxil olmuş­dur. 2003-cü ildə Qafqaz Müsəl­man İdarə­si­nin göndərişi ilə təhsilini davam etdirmək üçün Misir Ərəb Res­publika­sının Əl-Əzhər Universitetinə ezam edilmişdir. Qu­liyev Samid Qənbər oğlu 2006-cı ildə BİU-ni Axund-İmam, İslmşünas, tərcüməçi, şəriət müəllimi ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirmişdir. Qulliyev Samid 2006-cı ilin yanvar ayından, 2008-ci ilin yanvar ayına kimi DİN DQ-nin N saylı hərbi hissəsində qulluq etmişdir.

Quliyev Samid 2010-cu il aprel ayından Ləj kənd məscidinin din icma üzvü, 2011-ci ilin may ayından məscidin axundudur. Quliyev Samid 1 dekabr 2012-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda” ilahiyyat” üzrə dokturantdır və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür(president.az./articles,6066,www.scwrs.gov.az.rarticle/49,Lenkeran-ih.gow.az/neüs/209.). 2012-ci ildən bir sıra dövrü mətbuatda “Haqqın nuru”, “Xalq qəzetində”, “Cəmiyyət və din”, “Azad Azərbaycan”, qəzetlərində, “Söz”, “Məşəl” və “Din” jurnallarında, həmçinin bir çox internet saytlarında müntəzəm olaraq elmi-dini məqalələrlə çıxış edir. Hal-hazırda “Məşəl” jurnalında fəlsəfə və yeni fikir şöbəsinin müdiridir. 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2017-ci ildən “Qızıl qələm” mükafatını almışdır. Ailəlidir və 4 uşağı var. Hal-hazırda Ləj kənd məscidinin axundudur.


Əliyev Məşhədi Mubariz Firdovsi oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindən biridə Əliyev Məşhədi Mubariz Firdovsi oğlu­dur. O, 1988-ci il yanvarın 17-də Lənkəran rayonu Ləj kəndində dünyaya gəlmişdir.

O, 1995- ci ildə Ləj kənd XI orta məktəbin birinci sinifinə getmiş və 2006-cı ildə oranı bitirmişdir. Əliyev Mubariz hələ 1999-cu ildən, yəni 3-cu sinifdə oxuduğu zaman məşhur ilahiy­yat­çılardan dini mövzuda dərslər almışdır.

2003-cü ildə Bakının Maştağa qəsəbəsindəİmam Sadiq əlehissalam adına mədrəsədə 2006-cı ilə qədər dini təhsil almışdır.

Maştağadakı mədrəsəni müvəffəqiyyətlə başa vurduqdan sonra Mubariz Əliyev 2006-cı ilin avqust ayında İranın Məşhəd şəhərinə dini təhsil almağa getmişdir. Orada “Mədrəsə əhl-ül beyt elmiyyə” hövzəsində 3 il təhsil almış və 2008-ci ildə oranı bitirmişdir.

Sonra isə 2008-ci ildə Məşhədi Mubariz Camət-ül Mustəfa Aləmiyyə Universitetinə daxil olmuş və 2014-cü ildə oranı bitirmişdir. Universiteti bitirən kimi “Elm-i Fiqh” dərəcəsi almışdır.

Dini elmləri mükəmməl bildiyindən hal-hazırda “Mutər­cim­lik” işiylə məşğuldur. Subaydır.


Aslanov Faiq Tofiq oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindən biri də Asla­nov Faiq Tofiq oğludur. O, 24 sentyabr 1976-cı ildə Bakı şəhə­rin­də anadan olmuşdur. 1982-ci ildə Lənkəran şəhər 3 saylı Orta məktəbin birinci sinifinə getmiş və 1993-cü ildə oranı bitirmiş­dir. Aslanov Faiq 1993-cü il tarixində Beynəlxalq Universi­te­tin hüquq fakültəsinə daxil olmuş və 1998-ci ildə oranı bitirmişdir. Aslanov Faiq Tofiq oğlu 1999-cu ildə hərbi xidmətə getmiş və 2000-ci ildə hərbi xidməti başa vurmuşdur. 2000-ci ildə Aslanov Faiq Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Lənkəran rayonlararası mühafizə şöbəsində pult-dispeçer, dəftərxana müdiri və kadr inspektoru vəzifəsində çalışır. Ailəlidir, üç övladı var. Aslanov Faiq öz doğma Ləj kəndinin bütün tədbirlərində yaxından iştirak edir və onun mədəni və siyasi həyatında özünəməxsus yer tutur.

Qasımov Qabil Salman oğlu
Ləj kəndinin tanınmış ziyalılarından biri də Qasımov Qabil Salman oğludur. Qasımov Qabil Salman oğlu 1979-cu ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, 1985-1996-cı ildə Ləj kənd XI illik orta məktəbi bitirmişdir. Qasımov Qabil sonra ali məktəbə daxil olmuşdur. Ali təhsillidir. Hal-hazırda “Aztelekom”da işləyir.
Əliyev Nazir Ələkbər oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindən biri də Əliyev Nazir Ələkbər oğludur. Əliyev Nazir Ələkbər oğlu Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, Ləj kənd məktəbini bitirmiş və sonra hərbi xidmətə getmişdr. Əliyev Nazir Ələkbər oğlu Azərbaycan Respublikası Gömük Komitəsinin Lənkəran şöbəsində işləyir. Ailələlidir.
Əliyev Habil Ağaşirin oğlu
Ləj kəndinin tanınmış hərbiçilərindən biri də polkovnik Əliyv Habil Ağaşirin oğludur. O, 1976-cı ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 1983-cü ildə Ləj kənd məktəbinin 1-ci sinifinə gtmiş və 1994-cü ildə orta təhsilini başa vurmuşdur. Orta təhsilini başa vuran kimi hərbi məktəbə daxil olmuş və bitirdikdən sonra zabit kimi xidmətini davam etmişdir. Əliyev Habil Ağaşirin oğlu göstərdiyi xidmətlərə görə qısa müddət ərzində baş leytenat, sonra kapitan, daha sonra da mayor hərbi rütbəsi almışdır. Aprel döyüşlərində göstərdiyi xüsusi qəhrəmanlığa görə PrEzident İlham Əliyevin fərmanı ilə Polkovnik rütbəsi verilmişdir.


Əliyev Azər Böyükağa oğlu
Ləj kəndinin ziyalıla­rın­dan biri də Əliyev Azər Bö­yü­k­ağa oğludur. O, 1984-cü ilin fevral ayında Lənkəran rayonunun Ləj kəndində anadan olmuş­dur.

Əliyev Azər Böyükağa oğlu 1991-ci ildə Ləj kənd XI illik Orta mətəbinin 1-cİ sinifinə getmiş və 2002-ci ildə oranı müvəffə­qiy­yətlə bitir­miş­dir. 2002-ci ildə hərbi xidmətə getmiş və 2004-cü ildə ordudan tərxis olunmuşdur. Əliyev Azər hal-hazırda ARB telekanalında işləyir. Ailəlidir, bir uşağı var.


Əliyev Ələkbər Zülfiqar oğlu
Ləj kəndinin tanınmış şəxsiyyətlərindən biri də Əliyev Ələkbər Zülfüqar oğludur. Əliyev Ələsgər Zülfüqar oğlu Lənkəran Milli qəhrəmanlar Şurasının sədridir. O, Milli qəhərəman, şəhid Əsgər Əliyevin atasıdır.
Rəhimov Rahim Rəhim oğlu
Ləj kəndinin ziyalılarından biri də Rəhimov Rahim Rəhim oğludur. Rəhimov rahim Rəhim oğlu 1977-ci il 16 avqusta Lən­kəran rayonu Ləj kəndində anadan olmuşdur. O, 1983-cü ildə Ləj kənd məktəbinin 1-ci sinifinə getmiş və 1994-cü ildə oranı bitirmişdir. Rəhimov Rahim Rəhim oğlu 1995-ci ildə Lənkəran Dövlət Universitetinin Pedaqoqika və psixologiya fakültəsinə daxil olmuş və 1998-ci ildə oranı bitirmişdir. 1998-ci ildə 533 bal toplayaraq Bakı Dövlət Universitetinin Beynəlxalq hüqu və Beynəlxalq Munasibətlər fakültəsinə qəbul olunub, bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitib. Sonra isə o, Azərbaycan televiziyası və Radio verilişləri Qapalı Səhmdar Cəmiy­yətinin “Gənclik və İdman” redaksiyasında “Gənc Dip­lomat” verili­şində şərhçi kimi çalışmağa başlamışdır. Rəhimov Rahim Rəhim oğlu ali təhsil aldığı illərddə bir sıra mətbuat orqanlarında (“Dövlət və Hüquq” jurnalı) məqalələrlə çıxış etmişdir.

Rəhimov Rahim Rəhim oğlu Ali məktəbi bitirdikdən sonra bir sıra yerli və xarici müəsisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.

1. Böyük Britaniyanın “Londongate İnsurance Company” şirkətində mühasib;

2. “MBASK Sığorta” şirkətində muhasib;

3. “Azesrun Holding” kadrlar İdarəsində Kadrlar üzrə mütəxəsis.

4. “Middle east Petrol” Neft şirkətində kadrlar İdarəsinin müdiri.

5. Böyük Britaniyanın “SWIFT Technical Azerbaijan” LTD şirkətində maliyyə Şöbəsinin müdir müavini.

6. Böyük brianiyanın “Laser Gulf Fabrication LTD” neft şirkətində hal-hazırda çalışır.

Rəhimov Rahim Rəhim oğlu işlədiyi müddətdə Böyük Britaniyanın bir sıra ali məktəblərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə (Maliyə Hesabatları hazırlanması və Audi şərhlər) diplom və serifikatları ilə təltif olunmuşdur. Ailəlidir.


Nuriyev Zaur Bahadır oğlu
Ləj kəndinin tanınmış ziya­lı­­la­rın­dan biri də Nuriyev Zaur Bahadır oğludur. O, 1979-cu ildə Lənkəran rayo­­nunun Ləj kən­din­də anadan olmuş­dur. 1985-cı ildə Ləj kənd XI illik orta məktəbin birinci sinifinə getmiş, 1996-cı ildə orta təhsilini başa vurmuşdur.Sona isə ali məktəbə daxil olmuş və oranı mü­vəf­fəqiyyətlə bitir­mişdir. Ali məktəbi bitirən kimi Nuriyev Zaur Bahadir oğlu İqtisadi İnkişaf Nazir­li­yində işə başla­mış­dır. Hal-hazırda orada işləyir. Qeyd etməliyik ki, Ləj kəndində yeni məktəbin tikilməsi Nuriyev Zaur Bahdır oğlunun xüsusi zəhməti və səyi hesabına başa gəlmişdir. Ləj kəndi camaatı yeni məktəb binasının Ləj kəndində tikilməsinə görə Nuriyev Zaur Bahadır oğluna ömürlük minnətdar olmalıdırlar.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin