sadə suisid, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendensiyalı şəxslərdə genişlənmiş suisid(məsələn, suisiddən azyaşlı oğlunu guya əzabdan qurtarmaq məqsədilə öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv suisid (belə hallar dini təriqət nümayəndələrində və ya psixiatriya xəstəxanasının pasiyentlərində rast gəlinir) formaları ayırd edilir.
İntiharla bağlı bir sıra ziddiyyətli fikirlər vardır. Son dövrün tədqiqatları bunlara da aydınlıq gətirmək imkanı verir:
İnsanlar həyata son qoymaq arzusunu bildirməklə sadəcə özlərinə diqqəti cəlb etmək istəyir. Əslində isə bu çox dərin psixoloji travmadan xəbər verir. İnsan müxtəlif yollarla ətrafdakıları xəbərdar etmək istəyir. Bu cür fikirlərə etinasız yanaşmaq olmaz.
İnsan intiharı xəbərdarlıq etmədən həyata keçirir. Əslində isə intiharı düçünən insan bununla bağlı bir çox işarələr verir. Hər özünə qəsd edən 10 nəfərdən 8-i bu xəbərdarlıq edir.
Özünə qəsd edən insanlar psixi pozuntulardan əziyyət çəkirlər. İntihar etmiş insanların heç də hamısı psixi pozuntulardan əziyyət çəkmir. İntaharı düşünən insan dözülməz psixoloji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfiliktdən uğurla çıxa bilmir. Bu heç də onun psixi pozuntudan əziyyət çəkdiyini göstərmir.
İntihar etmək qərarına gələnlər yaşamaq istəmir. Əslində isə bu insanlar ölümlə həyat arasında tərəddüd edirlər. Həyatdan yox, mənəvi ağrıdan yaxa qurtarmaq istəyir.
Suisidal cəhdlər zamanı bütün hərəkətlər düşünülməmiş olur. Əslində isə intihar haqda düşünən bütün şəxslər əksər hallarda intiharı uzun müddətdən bəri planlaşdırırlar.
Psixoloji baxımdan hər bir insan həyatında müəyyən çətin situasiyalara düşür ki, onlardan heç cür çıxış yolu tapa bilmir. Xarici təsirlər nəticəsində insanda daxili boşluq yaranır, insan qarşılaşdığı maneələrlə bacarmır. Bu zaman o, dözülməz psixoloji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfliktdən uğurla çıxa bilmir. Bu şəraitdən çıxış yolu tapa bilmir. Səbəb çox müxtəlif ola bilər: sevdiyi şəxsin itirilməsi, fiziki zorakılığa məruz qalma, şantaj, borc, böyük vəzifənin itirilməsi, hədə qorxu, əsəb pozuntusu,tənhalıq, dərin depressiya, kumirini təqlid və s.
İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir. İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Psixiatrik xəstəliklər
2. Sosial səbəblər
3. Psixoloji səbəblər
4. Bioloji səbəblər
5. Genetik yaxınlıq
6. Fiziki xəstəliklər
İntihara səbəb olan psixiatrik problemlər bunlardır:
İntiharı birmənalı olaraq psixi pozuntularla bağlamaq da düzgün olmazdı. Çünki psixi xəstələrin əksəriyyəti intihar etmirlər və intiharların əsas hissəsi xəstəliyin kəskinləşmə deyil, sakitlik dövrünə təsadüf edir. İntiharlar barədə nə qədər danışılsa da, bu mövzunun hələ də dərindən tədqiq olunmağa ehtiyacı var.
• Depressiya ,şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur
• Spirtli içkilərdən Narkotik maddələrdən istifadə
• Şəxsiyyət pozuntusu ,yüksək həyacanlılıq
Sosial səbəblər: Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur
Psixoloji səbəblər: Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.
Bioloji yaxınlıq: Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır. Suisidlərin araşdırılması zamanı intihara irsi meylin olması fakti aşkar olundu. İntihar etmiş şəxsin yaxın qohumları arasında suisid riski 4 dəfə artıq olması artıq elmə məlumdur. Ailədəki suisidlərin təqlidi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub olmaması alimlər üçün xüsusi əhəmiyyət kəsb edir. Suisidal davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə ( depressiya, şizofreniya, alkoqolizm) irsi meylin müəyyənləşdirilməsi genetik hipotezi təsdiq edən faktlardandır.
Ailəvi yaxınlıq: Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.
Fiziki xəstəliklər: Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalı sağlam insana görə daha çoxdur.
Fransız psixoloqu Emil Dürkqeym suisidin sosial faktorlarını ayırd etmişdir:
EQOİSTİK suisid-öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
ANOMİK suisid-sosial və siyası dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edir.
ALTRUİSTİK suisid-öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə rast gəlinir.
İntihar metodları sosial statusdan, cinsdən, peşədən asılı olaraq dəyişir.
Suisidlərin araşdırılması zamanı intihara irsi meylin olması fakti aşkar olundu. İntihar etmiş şəxsin yaxın qohumları arasında suisid riski 4 dəfə artıq olması artıq elmə məlumdur. Ailədəki suisidlərin təqlidi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub olmaması alimlər üçün xüsusi əhəmiyyət kəsb edir. Suisidal davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə ( depressiya, şizofreniya, alkoqolizm) irsi meylin müəyyənləşdirilməsi genetik hipotezi təsdiq edən faktlardandır.
Genetik faktorlardan əlavə suisidlərin yaranmasında orqanizmdə bəzi maddələrin çatmamazlığının da rolu qeyd olunur. Bu zaman orqanizmdə, xüsusilə beyin mayesində( likvorda) serotoninin və dofaminin mübadilə məhsullarının miqdarının azalması aşkar olunmuşdur.
İntihar məqsədinin aşkar edilməsi və qarşısının alınması çox çətin bir vəzifədir. Suisidal məqsədlər barədə birbaşa xəbərdarlıqlar, həyatın boş və mənasız olması barədə fikirlər, ciddi sosial və şəxsi problemlər, psixi vəziyyətin gərginləşməsi, müəyyən psixotrop maddələrdən istifadə təhlükə olduğunu göstərən faktorlardır. Bu zaman qarşımızdakı şəxsə məqsədi ilə bağlı suallar verib getdikcə daha açıq müzakirəyə cəlb etmək lazımdır.
İntihara sosial-iqtisadi problemlərin səbəb olduğu fikri cəmiyyətdə tez-tez vurğulanır: “Amma intihar hadisələrinin baş verməsini təkcə bu səbəblə bağlamaq olmaz. Çünki bu il intihar göstəricisinə görə, İsveçrə birinci yerə çıxıb. Bundan başqa, Hollandiya, Almaniyada, ABŞ-da intihar edənlərin sayı sürətlə artmaqdadır. Adətən ailəsində münaqişə, dava-dalaş olan uşaqlar intihara cəhd edirlər. Uşaqlarda suisidal davranışın əsas amili ailədəki vəziyyətlə bağlıdır. Uşaq yaşlarında 92% suisidlərin səbəbi uğursuz ailə situasiyasıdır.
Yeniyetmələrdə suisidin ümumi səbəblər sosial psixoloji dezadaptasiyadır. Bu da kəskin psixotravmatik situasiyanın təsiri altında yaranır, şəxsin yaxın ətrafı ilə qarşılıqlı ünsiyyəti pozulur. Belə ki, yeniyetmələr üçün bu ümumi, hər hansı bir pozuntu deyil, yaxınları və ailəsi ilə ünsiyyətin pozulmasıdır.
Yeniyetmələrdə suisidal davranış təqlidçilik xarakteri daşıya bilər. Onlar ətrafında gördüyü, məsələn tv, kütləvi nəşrlərdə oxuduğu hərəkətləri təkrarlamağa çalışır. Kütləvi intiharlara da rast gəlmək olur. “Verter effekti” fenomeni də kütləvi intiharlara misal ola bilər. “ Verter effekti” ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin “ Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür.
Təəssüfləndirici faktlardan biri də mənəvi gərginlikdən çıxış yolunu intiharda görənlər arasında yeniyetmələrin üstünlük təşkil etmələridir. Əyləncəni həyatın məqsədi qəbul edən yeniyetmələr bir müddət sonra bunun sonunun arzu etdikləri kimi olmadığını görürlər. Bundan sonra onlar özlərini uçurumun kənarında hiss edirlər. Geriyə baxdıqda zəhərli həyat, gələcəyə baxdıqda isə qaranlıq bir yol onların yaşamağa olan sevgilərini öldürür. Bu səbəbdən onlar qurtuluşu özlərini uçurumdan atmaqda görürlər. İntiharın ən böyük səbəblərindən biri ümidsizlik və özünə güvənmə duyğusunun olmamasıdır. Belə insanlar ən xırda çətinliklərə belə tab gətirə bilmirlər. Onlar çətinliklərə qarşı mübarizə aparmaqdansa, özlərini həyatın axarına buraxmaq yolunu seçirlər. Daşlı-qayalı çaya bənzəyən həyatda belə insanların maddi və mənəvi cəhətdən zədələnmə ehtimalları olduqca yüksəkdir.
Il ərzində Azərbaycanda təxminən (-+)500-əqədər intihar hadisəsi qeydə alınır. Mütəxəssislər bu rəqəmlərin “daha yüksək” olduğunu hesab edir, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır. Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib.
İnsanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər qeyd olunduğu kimi çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər. Beləliklə, bir qayda olaraq suisiddə günahkar yoxdur. Hər bir intihar-insanın özünün şəxsi,dərk olunmuş qərarıdır. Öz həyatı haqqında sərəncam vermək-hər bir şəxsin hüququdur.Lakin intiharın ən yaxşı profilaktikası – hər şəxsə bu hüququ hiss etməyə imkan vermək, problemin həllində başqa yollar axtarmaqdır. Suisid təhlükəsi müəyyən edildikdən sonra belə şəxslərin hospitalizasiyası çox vacib məqamdır.Yalnız aşağıdakı hallarda şəxsə ambulator yardım təklif olun bilər.
-Mütəxəsis konkret şəxsi yaxşı tanıyırsa;
-24 saat ixtisaslaşmış yardım göstərmək imkanı varsa;
-həmin şəxsin yaxınları ona nəzarət etməyi öz öhdələrinə götürürlərsə.
Belə şəxslərə yardım aşağıdakı tədbirlərdən ibarət olmalıdır:
-Onunla sıx kontakt yaradıb dərdinə şərik olmaq, iztirablarını zəiflətmək;
-Yaxın və doğmalarını xəbərdar edərək , onların pasiyentlə ünsiyyətini və yardımın təmin etmək;
-şəxsin tələbatlarını öyrənərək onun üçün planlı yardım proqramı təşkil etmək
-ehtiyac varsa, həkimə yönəldib dərman müalicəsi almasına şərait yaratmaq
Suisidlərin profilaktikası:
Birincili profilaktikaya əhali arasında maariflənmə tədbirlərinin aparılması, narkomaniya və alkoqolizmlə mübarizə, tibb işçilərinin, sosial işçilərin, psixoloqların peşəkar hazırlığının gücləndirilməsi, silah alveri, dərman satışına nəzarət tədbirləri aiddir.
İkincili profilaktikaya böhran mərkəzlərinin, inam telefonlarının yaradılması aiddir. Bu profilaktika həm dövlət , həm də qeyri-hökümət təşkilatları tərəfindən aparıla bilər.
Üçüncülü profilaktikaya suisidal cəhdlərin qarşısını alan tibbi, sosial tədbirlər, özünəyardım və qarşılıqlı yardımın müxtəlif formaları aiddir.
Dostları ilə paylaş: |