Sulhə DƏSTƏk verəK



Yüklə 50.83 Kb.
tarix02.12.2018
ölçüsü50.83 Kb.


SÜLHƏ DƏSTƏK VERƏK!
Bir Sentyabr Dunya Sulh Gunundə həmişə qeyd edilir ki, indiyə qədər bəşəriyyətdə 14000 muharibə olmuş və bu muharibələrdə 3.5 milyard insan öldurulmuşdur. Əlil olanların, yaralananların, mal və mülkiyyətə vurulan ziyanın həddi-hüdudu yoxdur. Bundan başqa namusu ləkələnənlərin, şərəf və ləyaqətini itirənlərin, dəli olub intihar edənlərin sayı-hesabı yoxdur. Müharibələr və onun iyrənc nəticələri bu gün də davam etdiyi üçün, insanların çoxalması, dünyada maddi ehtiyacların artması nəticəsində var-dövlətə sığınmaq, bunun yolunda işlənən sonsuz pisliklər, günahlar, əxlaqsızlıqlar sürətlə artmaqdadır.Dünya və bu dünyada yaşamaq çox gözəldir. Amma bəzi insanlar həyatı çirkləndirir və dünya təhlükə mənbəyinə çevrilir. Dünya o qədər təhlükəli olub ki, ölkələrdə istifadə olunan şəxsi mühafizə xidmətlərinin sayı, həmin ölkələrin rəsmi polisi və jandarmalarının sayını keçmişdir. Şəxsi təhlükəsizlik vasitələrinə xərclənən pulların sayı-hesabı yoxdur.

Adından göründüyü kimi İdeal Sülhün Təbliği Fondu dünyada ideal sülhün bərqərar olması üçün bütün potensialını səfərbər etmiş insanların könüllü birliyidir. Gələcək nəsillərin sulhsevərlik, qardaşlıq, barış hisslərinin qucağında böyüməsi naminə Fondun nəzdində milliyətindən, inancından asılı olmayaraq 10-15 yaşlı uşaqlardan ibarət “Beynəlxalq Parlament Mərkəzi” yaratmışıq və butun dunyada sizinle beraber acmayı düşünürüz, onlara “Sərhədsiz dunya uğrunda” mübarizə aparmaq üçün meydan vermişik. Fond İnsanları birliyə, sülhə çağıran, bir-birilərinə xoşgörüylə davranmalarını təbliğ edən yeni Sulh Modeli barədə “İnsan!!!???...X” adlı film çəkib. Bu filmi de sizinle beraber butun dunya dillerine tercume edip yaymayı düşünürüz.

Almaniya konstutsiyasının preambulası “Allahın və insanların qarşısında məsuliyyəti dərk edərək” sözləri ilə başlayır ABŞ dollarının üzərində “biz Allaha güvənirik” yazılmışdır. Bizim də şüarımız oxşardır: Yaradanımıza güvənirk, yaradılanı yaradandan ötrü sevirik!

Təməlini sevgi, divarlarını sədaqət, pəncərələrini xoş niyyət, qapılarını hörmət, damını etibar ilə hörəcəyimiz bir dünya qurmağa çalışmaq ən böyük əqidəmizdir.

Zəkamız, insanlara və həyata sevgimiz bizim silahımızdır. Müasir dünyanın ən böyük bəlalarından biri olan terrora və müharibəyə qarşı çıxan qüvvələrin öndə gedənlərindən biriyik. Bizim kimi insanlar hər yerdə var, hər zaman olmuş və bundan sonra da olacaq. Biz də o qüvvələrin sayının artması üçün onlarla birlikdə olmaq qərarına gəldik. Sizin də məhz sülhpərvər qüvvələrlə bir cərgədə durduğunuza şübhə etmədiyimiz üçün bu məktubu sizə göndəririk.

M. K. Ataturkun soylədiyi “ Yurdda sulh, Cahanda sulh” ideyasına xidmət etmək xatirinə İdeal Sülhün Təbliği Fondu dünyada sülhün təbliği üçün “Nuh Oğullarının Gəmisi” adlı yeni bir layihə hazırlayıb. “Dünyanı mənəviyyat aşiqləri qurtaracaq” süarı altında həyata keçiriləcək bu layihə İstanbuldan çıxaraq bir sıra şəhərlərdən keçməklə bütün Avropa sahillərini dolaşan səyahət gəmisində olan dəniz səyahətindən ibarətdir. Gəmidə səyahətə çıxanların əksəriyyəti milliyyətindən ve inancından asılı olmayaraq bütün dünyadan dəvət olunan elm adamları, ziyalılar, din və dövlət xadimlərindən ibarət olacaqdır.

Dunyanı terror bəlasından necə qurtarmalı?

Bu sualın bir cavabı var. Bütün sülhsevər insanlar öz güclərini birləşdirməli, başqalarına qarşılıqlı sevgi nümunəsi göstərərək onları da bu sevginin cazibə dairəsinə salmalıdır. Elmi konfrans və mədəni tədbirlərdən ibarət olan dəniz səyahətimizin əsas məqsədi bu nümunə üçün cığır olmaqdır.



Hormətli Dost, sizi də bu layihə iştirakcıları arasında görməkdən məmnun olacağıq. Bu layihədə iştirakınız, nümayəndənizi göndərmək, maddi dəstək vermək və ya uyğun gördüyünüz başqa bir formada ola bilər. İstənilən bir formada bizi dəstəkləyəcəyinizə inanırıq və əvvəllcədən sizə öz təşəkkürlərimizi bildiririk.

Bu səfərə qatılanlar maskasız, qəlbləri ilə gələcəklər. Dil şərt deyil, gözləri ilə danışacaqlar. Göz qəlbin aynasıdır. Səyahət zamanı Müzəffər Formulunu qəbul edən və dünyaya yaymaq istəyən uşaqların iştirakı ilə İnsanları Sülhə çağıran klip çəkiləcəkdir. Bu formul Mənəviyyatın Maddiyyata qalib gəlmə formuludur. Səfərə qatılanlara Məhəbbət Mülkü Sultanı Diplomu veriləcək .

Gəmidə Səyahətə çıxanlar insanları yaxşı əməllər etməyə çağırıb, pis işlərdən çəkindirəcəklər. Yaradanın qatında elə qullar var ki, Peyğəmbərlər və səhidlər onlara qibtə edir. O qullar insanlar arasında mehribanlıq, sevgi, dostluq ve sülh  yaradanlardır. Bu səyahətə qatılanlar və dəstək verənlər inşallah o qullardan olacaqlar.
Hörmətlə,

Sədr


Əlikram Muzəffər

Bu səyahəti Bakı Tur şirkəti həyata keçirəcək. www.bakitur.com



Müzəffər Formulu əlavə olunur
BURADAKI BÜTÜN GÖZƏL SÖZLƏR YARADANA MƏXSUSDUR.
Yer üzüne yalnız menim əməli saleh bəndələrim varis olacaq
Əməli saleh bəndələr, ölümdən sonra yaşamaq istəyən münəvvərlər, fikir sancısı çəkənlər, həqiqi möminlər, tək dinin Yaradana təslim olduğunu bilənlər, dünya tapmacasına cavab axtaranlar, müasir və gələcək dünyamızda sülh şəraitində yaşamaq istəyən hərkəs üçün
MÜZƏFFƏR FORMULU

MƏNƏVİYYATIN MADDİYATA QALİB GƏLMƏ FORMULU
Sivilizasiyalar arası, mədəniyyətlər arası dialoqun baş tutması, insanların bir-birinə xoşgörü ilə baxması üçün İdeal Sülhün Təbliği fondunun sülh modeli.

Düşünün ki, sonsuz bir dairə var: dairənin içərisinə yaradan, sevgi, kainat, vicdan, təbiət, həqiqət, haq-ədalət yazırıq. İçində yaza bildiklərimizi və yaza bilmədiklərimizi bütün dillərdə düşünün. Sonsuzluğu sonlu olan ağıl ilə anlamaq olmaz. İnsanlar! Bunları başa düşməyə çalışaq ki, bir-birimizi dil, milliyət və irq fərqi qoymadan xoş görə bilək. Anlayan ölür, ölən anlayır.



  • İnsan ağlına, gəncliyinə, milliyətinə, inancına, gözəlliyinə, sərvətinə görə özünü başqasından üstün görməməlidir.

  • Kim sübut edə bilər ki, peyğəmbərlər hansı millətdəndir?

  • Hər şey əslinə dönəcəkdir. O halda ölümdən niyə qorxursunuz.

  • Kim neçə nəsil ata-anasını saya bilər.

Özünə rəva görmədiyini başqasına rəva görmə

YARADAN İNSANIN SİRRİ, İNSAN YARADANIN SİRRİ


YARADAN

SEVGİ KAİNAT

VİCDAN

HƏQİQƏT TƏBİƏT


HAQQ-ƏDALƏT…

RUH

BƏDƏN

SƏMAYA

TORPAĞA

Yəni sonsuz bir okean

Bir damlada gizlidir


İNSAN


Bir damla-sonsuz okeanda gizlidir Fikrimizi insanlığa daha aydın izh etmək üçün bu formadan istifadə edək.

  1. Maddə-var olan, görünən, bilinməyən

  2. Ruh-can-var olan, görünməyən, bilinməyən

  3. Yer kürəsi-var olan, görünən, bilinməyən

  4. Kainat-var olan, görünən, bilinməyən

  5. Sevgi-var olan, görünməyən, bilinməyən

  6. Sonsuzluq-var olan, görünməyən, bilinməyən

  7. Yaradan-var olan, görünməyən, bilinməyən

Bu yazdığlarımızın heç birinin əvvəli və sonu bilinmir. Dünya da fırlanmağındadır. Hər kəs bu bilinməyənləri öz bildiyi kimi anlayır və başqalarına da öz bildiyi kimi anlatdığına görə anlaşılmazlıq yaranır.

Biz hələ gördüklərimizi dərk edə bilmirik.

Insan maddəni və ruhu bilmədiyi, anlamadığı halda Yaradanı dərk etməyə çalışır.

Yaradılan Yaradanı dərk etmək iqtidarında deyil. Biz bütün bunları deməklə insan, kainat, sevgi, Yaradan haqqında diskussiyalara(dərk olunana qədər) son qoyaraq, şərti olaraq sirr olaraq qəbul edib dünyada insanların bir-birinə xoşgürü ilə baxmasına dəvət edirik.



İDEAL CƏDVƏL

İndiki şəraitdə milli mənəvi dəyərləri qorumaq şərti ilə qloballaşmaq barədə müxtəlif diskussiyalar aparılır. Bəşəri yaşadan inkişafı tamamlayan, bütövləşdirən siyasətin, elmin, mədəniyyətin, iqdisadiyyatın vəhdətidir. Əsas bazis vətandaş-insan olmaq şərti ilə dünyada qanun və normativ aktların, iqdisadiyyatın, elmin, maarifin, birgə kompleks şəkildə inkişafını nəzərdə tutan cədvəli sizin müzakirinizə təqdim edirik.




Sahələr
Səviyyələr

Qanun və normativ aktlar



İqtisadiyyat

Elm

Maarif

Mədəniyyət



Qlobal-İdeal













Dünya dövlətləri













Regional dövlətlər













Ölkə













Şəhər













Rayon













Bələdiyyə













Məhəllə













Ailə













Vətəndaş-insan












Hərkəsin Qəbul Edəcəyi Əlavələrə Hazırıq.
Каталог: wp-content -> uploads -> docs
uploads -> Amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa çalışacağam
uploads -> Mühazirə1:İqtisadi informatikanın əsas anlayışları İnformatika haqqında ümumi məlumat
uploads -> Frankfurt məktəbi
uploads -> İxtisasın (proqramın) şifri və adı: 040545 Kompyuter şəbəkələrinin və hesablama texnikasının
uploads -> Onlayn jurnaliSTİka fənninin
uploads -> Mühazirə mətinləri. Matrislər və onlar üzərində əməllər
uploads -> İxtisasın (proqramın) şifri və adı 040529 – Nəqliyyatda daşımaların təşkili baki – 2014
uploads -> Multimedia Mərkəzi Ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün multimedia jurnaliSTİkasi fənninin
docs -> “Tratati precum gunoaiele”: Coalitia Antidiscriminare se alatura semnalelor de alarma ale Amnesty International in ceea ce priveste locuirea romilor


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə