Ol qəmzə ki, bağrım oldu əfgar ondan,
Hər ləhzə ərər zəifü bimar ondan,
Lə’lin ki ərər, xəstə könül zar ondan,
Neylək ki, sana var ərmiş azar ondan,
* * *
Ol şux ki, bir dəm mana həmdəm olmaz,
Zəxm ursa dəxi vəslinə mərhəm olmaz,
Eşqində könül nəsibi cüz qəm olmaz,
Könül götürə desəm, könül həm olmaz.
* * *
Ey çərxi-cəfagər, nə sitəmlər qıldın?
Canımı nişaneyi-ələmlər qıldın,
Mühlik nəbsim odun aləmlər qıldın,
Üzrünü necə qovum, kərəmlər qıldın?
* * *
Ağlama, ey göz kim, ol sərvi-səmənbər gələcək,
Köyməgil, ey can ki, ol xurşidi-ənvər gələcək,
Ey könül, bimarlıqdan qəm yemə kim, başına
Bir Məsiha tək hədisi-ruhpərvər gələcək.
* * *
Əşki-tufanı əgər cismim götürdü köyündən,
Ah kim, ta göz yumub açdım çıxardı köyündən,
Yox ki, sürdü köyündən ol sel mən avarəsin,
Nəxli-ümidim, nihalın həm qopardı köyündən.
QİTƏLƏR
Dostları ilə paylaş: |