Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا



Yüklə 2,03 Mb.
səhifə4/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   2   3   4   5   6   7   8   9   ...   27
Vəsl ara öldür məni hicran cəfasından burun,

Necə kim, qılsan xilas onun bəlasından burun.
Könlümə qəmdən burun xunab içirdi dərdi-eşq,

Xəstəyə şərbət içirən tək qəzasından burun.
Fariq ol, ey müddəi, məndən ki, görgəc yarı

Heç kamım yoxdur ölmək müddəasından burun.
Aşiq olmam mən bu gün, ey şeyx kim, canafərin,

Qismim etdi afəriniş ibtidasından burun.
Ey Məsiha, urma dəm kim, abi-heyvan zəhərdir,

Natəvan könlümə vəslinin ədasından burun.
Öylə yetdim cana hicrindən ki, gər tapsam visal,

Sormayam mən xəstə, hicran macərasından burun.
Ey Hüseyni, gər budur nalən eyb ərməs yara,

Gər yetər üşşaqi-bisaman nəvasından burun.
Sultan Hüseyn Bayqaranın qəzəlləri mövzuca çox da əlvan deyil. Onlar janrın tələbi ilə, əsasən, eşq-məhəbbət mövzusundadır, ancaq bu eşq dünyəvi­dir. Burada sevən aşiqin ürək çırpıntıları, duyğuları, hicran oduna yanması, sevgilisinin gözəlliyi, nazı, qəmzəsi, fitnəsi, zülmü real şəkildə təsvir edilir. Məsələn, bu beytlərə göz yetirək:

Təbii ki, şair öz sevgilisini Əzra, Leyli və Şirinlə, özü­nü isə Vamiq, Fər­had və Məcnunla müqayisə edir. Şərq poeziyasında çox işlənən bu müqayisə Hüseyn Bayqarada bir sıra orijinal misralara bürünür:



Eşqdən gəldi mənim başıma onca sə’b hal,

Kim onu Fərhad ilə Məcnun belə etməz xəyal...
Eşq zülmündən əgər Fərhadü Məcnun öldülər,

Məndə hər dəmdir ölüm, mən tək olar məzlum iməs...
Eşq atəşi içində yanan şair Məcnunun ondan bir qığılcım aldığını və bu zaman əl-ayağı­nı yandırdığını, Vamiqlə Fərhadın da hadisədən heyrətə düşdük­lə­­rini fəxrlə yazır:
Eşqim odundan, gəlib Məcnun bir uçqun istədi,

Al dedim, sunğac əlin başdan ayağın örtədi.
Çün eşitdi Vamiqü Fərhad Məcnun köyməsin,

Gəlibən görgəc iki, heyrət oları çürkədi.
Artıq bundan sonra Məcnuna dərs verməyin növbəsi çatır, şair özünün eşqdə daha üstün ol­duğunu vurğulayır, Məcnun eşqdə öz ustadını tanımalı, ger­çək divanəliyi məhz ondan öyrənməlidir:


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin