Gərd tək kim, tutsa yel, ol yerdə həm bir dəm dinəm.
Tiri-barani-qəmin ol növ’ yağdı cismimə,
Saxla, almazam hesabın, gər onu yüz yıl sanam.
Ey əcəl, bu zə’fdən mən xud dirilgim yox dürur,
Can verəndə qoy ki, onun asitanın yastanam.
Hicrinə örgənmək imkan yox ki, ol mühlik dürur,
Bəs əcəbdir, kimsə ölməyə, demək kim, örgənəm.
Mən mənü eşq, ey könül, ərmə həvayi-şəmməyi,
Zatıma gər zöhd ayinini illər ötgənəm.
Köyündə bixud yıxıldım, tapmaym, ya rəb, murad,
Gər desəm kim, bu farağat uyğusundan oyanam.
Ey Hüseyni, yaşırın şəm’i-şəbistanım mənim,
Eşqindən mən hər gecə pərvanə yanlığ örtənəm.
175
Yetdi can ağzıma, yetir ləbi kim can tapşıra,
Varı ölməzdən qabaq bu nəqdi-pünhan tapşıra.
Demə: hüsn əhlinə neçün nəqd can tapşırmadın,
İndi kim tapdım sənin tək namüsəlman, tapşıra.
Hicr ara düşvar can verməkdən olmuşam mə’lul,
Başıma, ey ömr, batraq gəl ki, asan tapşıra.
Vəsl ümidi birlə gər tapşırmadım canımı, leyk
İndi kim canıma mühlik oldu hicran, tapşıra.
Qan dökənə istədin könlüm, gər ol avaranı
Tapmadım, gəl kim, əvəz canımı tavan tapşıra.
Tiri-barani-qəmin öldürsə, mən həm yadigar
Navəki-cəbrin üçün bir niçə peykan tapşıra.
Ey Hüseyni, canı canan alnında tapşır dedin,
Olsa yüz canım qəbul, gər qılsa canan, tapşıra.
176
Dostları ilə paylaş: |