Huşunu zail qılıb, divanəliyi örgədəm.
Bu əcəb halıma gahi güldürəm, gah ağladam.
Can verərəm hicrində, zə’fimdən el görməz məni,
Eşq ara hər neçə derəm kim, özümü görsədəm.
Üns tutmuşam geyiklər birlə kim, ol şahsüvar
Ava gələndə ona bu növ’ özümü uçradam.
Çün göz açmaz uyğudan bəxtim, nə sud, ey dostlar,
Gər fəğandan hər gecə aləm elini oyadam.
Köksümə daş urmağımı eyb qılma, ey rəfiq,
Qoy ki, onda oynayan peykanlarını ornadam.
Çün Hüseyni könlü hər dəm bir tərəf avaradır,
Söz desən dur kim, cəvabında könlünü toxtadam.
177
Dostları ilə paylaş: |