Kim ona əfzun dəxi olmuş yenə bir zar odu.
Öz odum könlümə afət, yar odu cana bəla,
Baisi-ənduhü dərd ol, bidili-bimar odu.
Bu bəla bərqi, ol afəti-duzəxi gör türfə kim,
Tiz edər bu ikini bir xatiri-əfgar odu.
Böylə üç od bir könülə düşsə, köymək neyləyər,
Öylə kim, bülbül oduyü, gül oduyü, xar odu.
Cani-könlüm birlə bağrım köydü bu üç od bilə,
Yaxşı baxsam, yüz tamuğca hər birinin var odu.
Öz odum, ya yar oduna gərçi təskin versə əşk,
Vah, onu neylim ki, qılar yüz çakin izhar odu.
Gər Hüseyniyə bir odlu üz qəmi od salmasa,
Bəs niçin aləmi yandırdı Nəvaivar odu.
181
Eşqin odu cismi-canı, natəvanım örtədi,
Türfə od ərdi ki, peydayü nihanım örtədi.
Ruzigarım eylədi xalın səvadı tək qara,
Ruzigarım xud nə ola, xanimanım örtədi.
Xanimanım örtədi zülfün tünü tək, ey quyaş,
Xanimanı kim, varı namü nişanım örtədi.
Sorsalar əhbabi-könlüm, yanmağın de, ey səba,
Dostları ilə paylaş: |