Vah ki, qəm dəştində itən natəvan könlüm hanı?
Tərki-canım eyləyən bixaniman könlüm hanı?
Nə nişanından xəbər tapdım, nə adından əsər,
Hicr vadisində binamü nişan könlüm hanı?
Demə kim, canına aram istəsən, tapşır könül,
Sən əvvəl görən tək, ey arami-can, könlüm hanı?
Lütflər qılmış cahan rüsvası üşşaqına yar,
Vah, bunun tək çağda rüsvayi-cahan könlüm, hanı?
Yel saçar gül bərgi-bostan içrə ol ay başına,
Bu mahalda damla tək bir qətrə qan, könlüm hanı?
Sən xud dersən ki, eşq içrə gərək könlünə səbr,
Səbr edənə, ey rəfiq, mehriban könlüm hanı?
Ey ki, dersən kim, Hüseyni özgəyə vermiş könül,
Özgəyə vermək üçün, ey bədgüman, könlüm hanı?
192
Ey əcəl, asudə qıl hicran bəlasından məni,
Bir yolla qurtar ulusun macərasından məni.
Zə’fim aşdı hicr bağında sirişkü ahdan,
Qurtar, ey vəsl, ol çəmən abü həvasından məni.
Ey əcəl, qorxuzma öldürəm debən, öldürərsən
Gər diri tapsan fəraqın cəfasından məni.
Eşqü rəşkü hicri-mühlik, vah, ona canım fəda –
Kim, çıxarar bu bəlaların arasından məni.
Hər necə ötsə də həddən müddəi bidadü zülm,
Ötürə bilməz visalın müddəasından məni.
Der ki, səbr etgil həkmi-aqil, qılgil, saqiya,
Bir qədəh birlə xilas onun dəvasından məni.
Ey Hüseyni, səltənətdən onca fəxrim yox dürur,
Kim deyələr: köyünün heyli-gədasından məni.
193
Dostları ilə paylaş: |